Month: April 2020

  • Ekstrasens dünyanın koronavirusdan nə vaxt yaxa qurtaracağından danışdı – MÜSAHİBƏ

    COVID-19 mövzusu bu gün ən aktual və çox müzakirə olunan mövzu olaraq qalır. Dünyanın bütün ölkələri, o cümlədən Azərbaycan da koronavirusun kütləvi yayılmasının qarşısını almaq üçün mübarizə aparır. Həkimlərin epidemiyanın nə vaxt sona çatacağını dəqiq bilmədiyi halda, ekstrasenslər proqnoz verərkən daha açıq danışırlar.

    Media.Az-a müsahibəsində azərbaycanlı ekstrasens, parapsixoloq, “Ekstra hiss” proqramının beşinci mövsümünün qalibi Lamiyə İsmayılova dünyanın bu ölümcül xəstəlikdən nə vaxt qurtulacağı barədə fikirləri ilə bölüşüb.

    – Lamiyə xanım, söyləyin, koronavirusa qalib gəlmək nə zaman mümkün olacaq?

    – Görürəm ki, aprelin ortalarında bu epidemiyanın pik həddi olacaq. Bundan sonra mütəmadi şəkildə azalma olacaq. İlin sonuna qədər epidemiyanın nəticələri aradan qalxacaq, bütün narahatlıqlar, təşviş əhval-ruhiyyəsi yox olacaq.

    – Bu qədər çox gözləmək lazım gələcək?

    – Məsələ burasındadır ki, virusun iki mərhələsi olacaq. Aprelin ortalarından etibarən, dediyim kimi, epidemiya zəifləyəcək. İyun ayına qədər durğunluq olacağını söyləyə bilərik. Lakin iyul ayında epidemiyanın ikinci dəfə yayılması baş verəcək, virus mutasiyaya başlayacaq və bəzi ölkələrdə yeni formada meydana çıxacaq.

    – Həqiqətənmi həkimlər o zamana qədər vaksin yarada bilməyəcək?

    – Dünya ictimaiyyəti bunun üzərində çalışır. Sentyabrda vaksinlər barədə məlumatlar çıxacaq. Ancaq noyabra qədər koronavirus bəşəriyyəti hələ də narahat edəcək. İkinci dəfə yoluxma sayının artması Avropa ölkələri, İtaliya, həmçinin ABŞ və Cənubi Koreyaya toxunacaq. Lakin bu dəfə virus o qədər də öldürücü olmayacaq.

    – Bəs Azərbaycanda vəziyyət necə olacaq?

    – Ölkəmizin bəxti daha çox gətirib. Virusun kütləvi ölümlərə səbəb olmadan, ölkəyə səthi şəkildə toxunacağını söyləyə bilərik. Aprelin ortalarından etibarən davamlı olaraq zəifləyəcək. İyunda isə artıq olmayacaq.

    – Dünya 2021-ci ili virussuz qarşılayacaqmı?

    – Bəli, gələn ilin əvvəlində artıq bu barədə unudacaqlar.

    – Postvirus dövründə ölkələr hansı problemlərlə qarşılaşacaqlar?

    – Ümumiyyətlə, 2020-ci il bəşəriyyət üçün əlverişsizdir. İnsanların şüurunu tamamilə dəyişəcək, sanki bizə tab gətirməli olduğumuz böyük bir idarəolunmaz enerji axını gəlir. Kosmosdan Yer planetinə təhlükə daxil olur. Bu, ölümcül deyil, amma mənfi iz buraxacaq. Ən çətin dövr 2020-ci ilin payızıdır – dünya iqtisadi böhranla üzləşəcək.

    – Bu il hansı ölkələr üçün ən uğursuz olacaq?

    – Bir çoxları, xüsusən də ABŞ üçün. Siyasi qarışıqlıqdan əlavə, Amerikanı təbii fəlakətlər gözləyir: zəlzələ və daşqınlar. Ümumiyyətlə, 2020-ci ildə bir çox ölkələr təbii fəlakətlərdən əziyyət çəkəcək. Rusiya üçün bu il heç də ən uğurlu olmayacaq, vətəndaşların kütləvi narazılığı üzündən ölkə daxilində qeyri-sabitlik müşahidə olunacaq. Əgər 2021-2022-ci illərdən danışsaq, ABŞ-ı vətəndaş müharibəsi gözləyir.

  • Сахиль Бабаев сделал важное заявление в связи с работающими по трудовому договору

    Принят ряд мер с целью устранения негативного ущерба, нанесенного экономике и занятости в результате пандемии коронавируса и введенных ограничений.

    Как передает Oxu.Az, об этом министр труда и социальной защиты населения Сахиль Бабаев сказал в ходе пресс-конференции на тему мероприятий, направленных на поддержку занятости и социального благосостояния в соответствии с распоряжением Президента Ильхама Алиева от 18 марта 2020 года.

    По его словам, по четырем направлениям предусмотрены 10 мероприятий, которые охватят более 1 миллиона 900 тысяч человек.

    “На поддержание социальной стабильности будет использовано 394 миллиона манатов, из которых 100 миллионов будут израсходованы из государственного бюджета, 203 миллиона – из Государственного фонда социальной защиты и 91 миллион – из Фонда страхования от безработицы.

    Сегодня на отмеченные цели наряду с государственным бюджетом направлены все ресурсы государственных органов. Разработаны четыре основных направления, и за каждым из них стоит поддержка людей из разных слоев общества.

    910 тысяч человек, работающих в государственном секторе, обеспечены мерами социальной защиты. Не допускаются неоправданные сокращения, в рамках установленной квоты задействовано минимальное количество сотрудников для продолжения деятельности жизненно важных объектов и учреждений. Они продолжают получать свои заработные платы”, – сказал С.Бабаев.

    Министр отметил, что 660 тысяч человек работают в частном секторе без трудового договора.

    Чтобы не допустить сокращения этих людей, была проведена работа с работодателями. В течение 10 дней количество трудовых договоров было увеличено. Не было допущено сокращений. По расторгнутым договорам ведутся переговоры с работодателями.
    Этим предпринимателям будет оказана государственная поддержка, чтобы они не увольняли работников. На сегодняшний день нам удалось охватить 690 тысяч человек, работающих в ненефтяном секторе”,- подчеркнул министр.

    С.Бабаев отметил, что третье направление это безработные и лица без трудовых договоров, потерявшие работу из-за пандемии.

    “При помощи службы занятости более 100 тысяч безработных были взяты на учет. Остальные не состоят на учете. Сегодня у них нет социального обеспечения. По поручению Президента были подготовлены меры по обеспечению этих людей”, – добавил С.Бабаев.

  • Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO

    “Pandemiyanın və bərabərində gətirdiyi məhdudiyyətlərin iqtisadiyyata, məşğulluğa vurduğu zərərlərin aradan qaldırılması üçün silsilə tədbirlər görülüb”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub:

    “Bu tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək. Sosial sahədə dayanaqlığın qorunması üçün istifadə olunacaq vəsait 394 milyon manatdır, bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyonu İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək.

    Bu gün dövlət büdcəsi ilə yanaşı, rəsmi qurumların bütün ehtiyatları bu istiqamətlərə yönəlib. Dörd ana istiqamət var və bunun hər birinin arxasında müxtəlif kəsimdən olan insanlara dəstək verilməsi durur.

    910 min insan, dövlət sektorunda əmək müqaviləsi ilə çalışan işçilərin hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Əsassız ixtisarlara yol verilmir, müəyyən edilmiş kvota çərçivəsində həyati vacib obyektlərin, qurumların fəaliyyətinin davam etdirilməsi üçün minimal sayda işçi işə cəlb edilir. Onların gəlirlərinin təminatı davam edir”.

    Nazir qeyd edib ki, 660 min insan əmək müqaviləsiz qeyri-dövlət sektorunda çalışır:

    “Bu insanların qorunması üçün işəgötürənlərlə müzakirələr aparıldı. 10 gündə əmək müqavilələrinin sayında artım oldu. İxtisarlar olmadı. Ləğv edilən əmək müqaviləsi üzrə işəgötürənlə söhbət aparılır. Bunun obyektiv və subyektiv səbəbdən olması müəyyənləşdirilir.

    İşçilərin ixtisarını aparmayan sahibkarlara dövlət dəstəyi göstəriləcək. 690 min qeyri-neft sektorunda çalışan insanları əhatə edə bildik”.

    “Üçüncü istiqamət isə işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sahədə işləyən və bu gün pandemiyaya görə işini itirən insanlara aiddir. İşsiz əhalinin müəyyən qədər uçotu mövcud idi.

    100 mindən artıq şəxsin uçotu təmin edilmişdi. Yerdə qalan şəxslərin isə uçotu yox idi. Şikayət edənlərin böyük əksəriyyəti əmək müqaviləsi olmadan çalışanlar idi. O insanların sosial təminatı yox idi. Prezidentin tapşırığı ilə bu şəxslərin təminatı üçün tədbirlər hazırlandı”, – deyə S.Babayev əlavə edib.

  • Maskalarla bağlı gözlənilməz açıqlama: Yeddi gün…

    Tibbi maskaya təmas edən virus 4-7 gün ərzində canlı qalır.

    “HaberGlobal”ın verdiyi məlumata görə, bu, Honkonq Universitetindən olan elm adamlarının maskalarla bağlı apardığı araşdırmalardan sonra məlum olub.

    Bildirilir ki, bu səbəbdən maskaya əl vurduqdan sonra üzə və gözə toxunmaq olmaz, çünki bu halda virusa yoluxmaq mümkündür.

    Bundan başqa, maska, əlcək və ya dezinfeksiya vasitələrindən də üstün qoruma vasitəsinin əllərin yuyulması olduğu vurğulanıb.

  • Сахиль Бабаев сделал заявление в связи с единовременными выплатами из-за коронавируса – ВИДЕО

    В социальных сетях распространяется безосновательная информация в связи с единовременными выплатами в размере 190 манатов.

    Как передает Median.Az, об этом министр труда и социальной защиты населения Сахиль Бабаев сказал в ходе пресс-конференции на тему мероприятий, направленных на поддержку занятости и социального благосостояния в соответствии с распоряжением Президента Ильхама Алиева от 18 марта 2020 года.

    “Единовременные выплаты будут выплачены с целью поддержки лиц, семей, не охваченных соцобеспечением. Если у одного члена семьи есть трудовой договор, никто из этой семьи не получит единовременную помощь. Согласно условиям, выплата производится безработным гражданам”, – отметил министр.

    С.Бабаев отметил, что каждая заявка в электронной системе проверяется.

    “60% из поступивших в течение двух дней обращений – заявки граждан, которым не полагаются выплаты. Граждане, работающие по трудовому договору, занимающиеся предпринимательством лица, студенты не имеют права на получение единовременной выплаты”, – добавил министр.//oxu.az

  • Nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA – VİDEO

    “Sosial şəbəkələrdə 190 manat birdəfəlik ödəmə ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, birdəfəlik ödəmə sosial təminatdan kənarda qalan insanlara, ailələrə dəstək verilməsi məqsədilə veriləcək:

    “Əgər bir ailədən bir nəfərin əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdur ki, ödəniş işsiz şəxslərə verilir”.

    S.Babayev qeyd edib ki, elektron sistemə daxil olan hər bir müraciət yoxlanılır:

    “İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətləridir. Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməz”.

  • Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

    Azərbaycanda koronavirusa görə indiyə qədər edilən testlərin sayı açıqlanıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.

  • Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR

    “İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün ödənişli iş yerlərinin sayı 50 min artırılır. Bakı, Gəncə, Sumqayıt, digər şəhərlər və rayonlar üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, məşğulluq altsistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu, yəni 190 AZN məbləğində ödəmənin həyata keçirilməsi nəzərdə tutulur:

    “Bu tədbirlər işsiz olan, eləcə də pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Özünüməşğulluq proqramının icrasına başlanılıb. Üç minə yaxın insan təlimlərdən keçərək, layihəyə cəlb edilib”.

    “Bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq”, – deyə nazir qeyd edib.

  • Aprelin 20-dən sonra karantin müddət uzadıla bilər — AÇIQLAMA

    “Azərbaycanda koronavirusa yoluxma hallarının passivləşmə müddəti 15 gün olaraq proqnozlaşdırılır”.

    ”Median.Az” xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib ki, bu, situasiyadan asılı olaraq dəyişə bilər:

    “Xəstəliyin yayılma müddəti 15 gün olaraq proqozlaşdırılıb. Aprelin 20-nə qədər karantin tətbiq olunub. Amma bu tarixdən sonrakı epidemioloji vəziyyət uzadıla və ya yüngülləşdirilə bilər. Bu, situasiyadan, insanların karantin qaydalarına nə dərəcədə əməl etməsindən, ən əsası sosial izoliyasiya tədbirləri və gigyenik qaydalara nə dərəcədə əməl edilməsindən asılıdır”.

    Tibbi ekspert həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə isə COVID-19 epidemiyasının zəifləməsini mayda müşahidə etmək mümkün ola bilər.

  • Akif Çovdarov karantinə alındı

    Əfv olunan MTN generalları koronavirus riskinə görə karantinə alınıb.

    Median.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin avtomobili ilə çıxarılaraq karantinə aparılıb.

    Hər iki general səhhətinə görə əfvin icrası ilə bağlı tədbirdə iştirak etməyib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun da adı var idi.