Month: April 2020

  • Nazir son günlər əmək müqavilələrinin sayının artmasının səbəbini açıqladı

    “Bu ilin əvvəlinə Azərbaycanda işsiz əhali beş faiz təşkil edirdi ki, bu da 250 min insan idi. Onların 90 min nəfəri ötən ilin dekabrında qeydiyyata düşmüşdü. Yanvarın 1-nə olan məlumata əsasən,101 min insan qeydiyyata düşüb”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, hesablamalara əsasən, 250 min insanın 50 mini ödənişli iş yerlərinə yönəldiləcək:

    “Təqribən 200 min insanı bu vasitə ilə dəstəkləyə biləcəyik. Lakin müraciətlərin analizi göstərəcək ki, bu insanlardan nə qədəri sosial ödəniş almır. Onlar qeydiyyata düşdükcə onların hansısa müavinət, pensiya və subsidiya və ya başqa ödənişlər alması məlum olacaq.

    Bunun üzərindən real rəqəmi deyə biləcəyik. Bu gün biz bilmirik ki, kim harada işləyir. Yalnız əmək müqaviləsi ilə işləyənləri bilirik”.

    Nazir bildirib ki, son 10 gündə əmək müqavilələrinin sayının 30 min artmasının iki səbəbi var:

    “Birinci səbəb əməkhaqqı fonduna görə dövlət dəstəyinin verilməsi, ikinci isə çölə çıxmağa görə işçilərə icazələrin alınması ilə əlaqə idi”.

  • Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”

    “Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində 200 milyon manatlıq ehtiyatı yaranmışdı. Bu ehtiyat bu il sosial ödənişlərin dayanaqlığına yönəldiləcək”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar aprel və may aylarında sığorta haqlarının yığımlarında azalmaların olacağını gözləyirik:

    “Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığımız”la konpensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik olmayacaq.

    Mart ayında 2 milyon 300 mindən çox insana beş yüz milyon manatdan artıq ödənişlər Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub. Aprel ayında da belə olacaq”.

    “Artıq sabahdan etibarən ödənişlərə başlanacaq. Bu, 500 milyon manatdan artıq vəsaitdir. 2 milyon 300 min insanın içərisində 700 min insanımız 65 yaşdan yuxarı şəxslərdir”, – deyə nazir əlavə edib.

  • Министр рассказал о мерах, направленных на защиту безработных

    Для обеспечения занятости безработных лиц количество оплачиваемых рабочих мест увеличивается до 50 тысяч. Со следующей недели начнется процесс привлечения этих людей на созданные 50 тысяч рабочих мест.

    Как передает Median.Az, об этом министр труда и социальной защиты населения Сахиль Бабаев сказал в ходе пресс-конференции на тему мероприятий, направленных на поддержку занятости и социального благосостояния в соответствии с распоряжением Президента Ильхама Алиева от 18 марта 2020 года.

    По его словам, в подсистеме занятости предусмотрено осуществление выплаты лицам, получившим статус безработного, в размере прожиточного минимума, то есть 190 AZN:

    “Эти меры направлены на защиту безработных, а также лиц, потерявших работу в результате пандемии. Началась реализация программы самозанятости. Около трех тысяч человек прошли обучение и были вовлечены в проект. В этом году мы постараемся охватить как минимум 11 тысяч человек программой самозанятости”, – отметил министр.//oxu.az

  • Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR – VİDEO

    “İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün ödənişli iş yerlərinin sayı 50 min artırılır. Bakı, Gəncə, Sumqayıt, digər şəhərlər və rayonlar üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, məşğulluq altsistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu, yəni 190 AZN məbləğində ödəmənin həyata keçirilməsi nəzərdə tutulur:

    “Bu tədbirlər işsiz olan, eləcə də pandemiya nəticəsində iş yerini itirərək, işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Özünüməşğulluq proqramının icrasına başlanılıb. Üç minə yaxın insan təlimlərdən keçərək, layihəyə cəlb edilib”.

    “Bu il ən azı 11 min insanı özünüməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq”, – deyə nazir qeyd edib.

  • İşsizlərin nəzərinə: Bölgələr üzrə müraciət günləri açıqlandı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.

    Nazirlikdən verilən məlumatda bildirilir ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

    12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

    İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

  • Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri – FOTO

    ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu insan hüceyrələrində koronavirusun yayılmasının ilk dəfə mikroskop altında görüntülərini yayıb.

    Sondakika.com xəbər verir ki, ABŞ-da koronavirusa yoluxan xəstənin hüceyrələri laboratoriyada araşdırılıb.

    Əldə edilən görüntülərdən virusun hüceyrələrə necə yayıldığı bəlli olur.

  • Лукашенко озвучил новую статистику по COVID-19 в Беларуси

    Президент Беларуси Александр Лукашенко заявил, что в республике 794 человека госпитализированы с коронавирусом COVID-19, в том числе 31 пациент находится на искусственной вентиляции легких (ИВЛ), но в этом “катастрофы абсолютно нет”.

    Как передает Sputnik Беларусь, Лукашенко 7 апреля заслушал доклад о готовности системы здравоохранения республики противодействовать угрозе распространения коронавируса.

    “У нас сегодня 794 человека госпитализированы, 31 – на ИВЛ. Катастрофы абсолютно нет”, – заявил глава государства.

    При этом он обратил внимание на то, что в Беларуси наблюдается прирост инфицированных коронавирусом, но “слава Богу, что не лавинообразный”. “И это надо удержать”, – сказал Лукашенко.

  • Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

    Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 7-də respublikanın səhiyyə sisteminin koronavirusun yayılması təhlükəsinin qarşısının alınmasına hazırlığı barədə məruzə ilə tanış olub.

    “Sputnik Belarus” xəbər verir ki, dövlət başçısı Belarusda koronavirusla bağlı statistikanı açıqlayaraq, bunda heç bir “fəlakət” görmədiyini bildirib:

    “Bu gün bizdə 794 nəfər xəstəxanaya yerləşdirilib, 31 nəfər mexaniki ventilyasiya aparatına qoşulub. Burda heç bir fəlakət yoxdur”.

    Eyni zamanda, Belarusda koronavirusa yoluxanların sayının artmasına diqqət çəkən Lukaşenko bunun qarşısının alınmalı olduğunu deyib.

  • Median.Az “20 gündür balalarım acdır” deyən, Sumqayıtda yaşayan qadını tapıb yardım etdi – VİDEO

    Sosial şəbəkədə “20 gündür balalarım acdır” deyən qadının videosu böyük səs-küyə səbəb olub. 

    Biz də həmin videonu görüb, biqanə qala bilməzdik, dərhal gecə ilə ünvanı örgəndik və yollandıq xanımın yaşadığı Sumqayıt şəhərinə.Aygün xanım 2 azyaşlı uşağı ilə kirayədə yaşayır.

    Aygün xanım və balalar tam olaraq ərzaqla təmin edildi,əlavə olaraq bir aylıq kirayədə yaşadığı evinin pulu da ödənildi.

    Aygün xanım ona dəstək olan hər kəsə öz dərin təşəkkürünü bildirdi !

    Hesab edirik, məhz bu çətin zamanda hər birimiz həmrəy və səfərbər, dövlətə və xalqa dəstək olmalıyıq!

    Çünki biz birlikdə güclüyük!

  • Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək – RƏSMİ

    “Karantin müddəti uzandığı halda, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək”.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə veriləcək:

    “Əgər ailədə iki nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

    Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən şəxsin şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata düşməsində problem yarana bilər:

    “Bütün məlumatlar elektron fin nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və ona işsiz statusu verə bilməyəcəyik”.

    Nazir qeyd edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övladı varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır:

    “Ancaq ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, artıq dövlət ona yardım edir. Digərinin alması artıq düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”.