Month: April 2020

  • Вышедшие на улицу без SMS-разрешения лица не будут оштрафованы в следующих случаях – ВИДЕО

    Министерство внутренних дел Азербайджана подготовило видеоролик просветительского характера в связи с особым карантинным режимом в Азербайджане.

    В видео внесена ясность в вопросы, наиболее часто задаваемые населением. К ним относятся такие как “необходимо ли SMS-разрешение, чтобы выбросить бытовые отходы (мусор)?”, “кто подразумевается в пункте в связи с похоронами близких родственников?”,
    “какие ограничения предусмотрены в связи с деятельностью такси?”.

    Представляем читателям этот видеоматериал:

  • SMS-siz evdən çıxanlar bu hallarda cərimələnməyəcək – VİDEO

    Daxili İşlər Nazirliyi Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı maarifləndirici video çarx hazırlayıb.

    Videoda əhalini tez-tez narahat edən suallara aydınlıq gətirilib. Bunlara “məişət tullantısı atmaq üçün SMS icazəsi lazımdırmı”, “yaxın qohumların dəfni dedikdə kimlər nəzərdə tutulur”, “taksi fəaliyyəti ilə bağlı hansı məhdudiyyətlər olacaq” suallar aiddir.

    Həmin materialı təqdim edirik.

  • DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət

    Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

    DİM-dən verilən məlumata görə, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb. Yeni variant onlayn sınaq imtahanı (Azərbaycan və rus bölməsi üzrə) da 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

    Məlumatda deyilir ki, DİM Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.

    Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 14748 istifadəçi tərəfindən 30089 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

    Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

    Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək olar.

    Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə otk.az-da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

  • Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj – VİDEO

    İctimai Televiziya Koronaviruslu xəstələrin müalicə aldığı xüsusi rejimli xəstəxanadan reportaj hazırlayıb.

    Reportajda karantin zonasına daxil olarkən geyinilən xüsusi geyimdən tutmuş davranış qaydalarına kimi hər şey əyani şəkildə nümayiş etdirilib.

    Reportajın əsas qəhrəmanları isə əlbəttə ki, koronavirusla mübarizə aparan şəxslərdir. Onlar yaşadıqlarını, nələr hiss etdiklərini kamera qarşısında səsləndiriblər.

    Çəkiliş qrupu həmçinin süni nəfəs aparatına qoşulmuş xəstələri də ziyarət edib. Onların müalicəsi ilə məşğul olan həkim Rəfiqə Kərimli bildirib:

    “Bu xəstələrin on qatı ilə işləmişik. O bizim üçün yorucu olmayıb. Amma indiki geyimimiz dözülməzdir”.

    Həmin reportajı təqdim edirik.

  • В Москве за сутки заразились коронавирусом 14 детей

    Среди новых заболевших COVID-19 в Москве — 14 детей, сообщает столичный оперативный штаб по контролю и мониторингу ситуации с заболеванием, передает “РИА Новости”.

    Всего за сутки в столице выявили 434 случая коронавируса, среди них — 210 человек в возрасте от 18 до 45 лет, 143 человека — от 46 до 65 лет и 67 человек — старше 65 лет.

    Отмечается, что все пациенты, а также те, кто близко с ними контактировал, уже находятся под медицинским наблюдением.

    Выписались из больниц за минувшие сутки 26 человек, таким образом, общее число выздоровевших в столице достигло 194. Умерли за все время 27 человек.

    В России выявили 4731 больного коронавирусом, 43 человека скончались, 333 выздоровели. При этом число заразившихся за сутки снижается второй день подряд.

  • Moskvada bir gündə 14 uşaqda koronavirus tapıldı

    Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində 14 uşaqda koronavirus aşkarlanıb.

    “RİA Novosti” xəbər verir ki, ümumilikdə paytaxtda bir gündə 434 koronavirusa yoluxma faktı aşkar edilib.

    Onların arasında 18 yaşdan 45 yaşa qədər 210, 46 yaşdan 65 yaşa qədər 143 və 65 yaşdan yuxarı 67 nəfər var.

    Son 24 saat ərzində 26 nəfər sağalaraq evlərinə göndərilib.

    Qeyd edək ki, Rusiyada ümumilikdə 4731 nəfər koronavirusa yoluxub, 43 nəfər isə ölüb.

  • У жителя Бинагади изъяли более пяти килограммов героина

    Свыше пяти килограммов наркотического средства – героина изъято сотрудниками Управления полиции Насиминского района Баку в результате проведенных оперативно-разыскных мероприятий.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Оперативниками задержан житель поселка Бинагади Эльман Алиев (1977 г.р.), ранее судимый за хранение наркотиков. При личном досмотре у мужчины было обнаружено 20, 632 грамма героина. А при обыске дома полицейские нашли и изъяли более пяти килограммов порошка, предназначенного для реализации.

    По данному факту возбуждено уголовное дело. Выясняются обстоятельства преступления.

  • Binəqədi sakinindən beş kiloqramdan artıq heroin müsadirə edilib

    Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş kiloqramdan artıq narkotik vasitə – heroin müsadirə edilib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Əməliyyatçılar əvvəllər narkotik saxlamaqda ittiham olunan Binəqədi qəsəbəsinin sakini – 1977-ci il təvəllüdlü Elman Əliyevi saxlayıblar. Axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb.

    Evdə aparılan axtarış zamanı polislər satış üçün nəzərdə tutulan beş kiloqramdan artıq heroin taparaq müsadirə edib.

    Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

  • Suraxanıda 35 yaşlı kişi itkin düşdü

    Bakıda 35 yaşlı kişi itkin düşüb.

    Ötən gün paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Ə.Ağazadə evdən gedib və geri qayıtmayıb.

    Fakta bağlı araşdırma aparılır.

  • Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

    Aprelin 6-da Təhsil Nazirliyinin yeni “146-3” “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq.

    Nazirlikdən verilən məlumata görə, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

    Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

    “146-3” “Qaynar xətt” xidməti həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.