Month: April 2020

  • İranda koronavirusdan rekord sayda ölüm qeydə alındı

    İranda koronavirusla bağlı ölümlərin sayında rekord qeydə alınıb.

    Bu barədə Gazeta.ru məlumat yayıb.

    Ölkədə sutka ərzində 158 ölüm halı qeydə alınıb ki, bu da rekord göstərici olub. Qonşu ölkədə, həmçinin, 2560 yeni yoluxma faktı aşkarlanıb.

    Ölkə üzrə yoluxma hallarının ümumi sayı 55743-ə, ölüm hallarının sayı isə 3452-ə çatıb.

  • SOCAR призывает к солидарности в рамках борьбы с COVID-19 – ВИДEO

    Государственная нефтяная компания Азербайджана (SOCAR) подготовила видеоролик под лозунгом #Bizbirlikdəgüclüyük.

    Как сообщает в субботу Trend, в видеоролике нефтяники призывают к солидарности по недопущению широкого распространения коронавируса в Азербайджане.

  • Koronavirusla bağlı Azərbaycan neftçilərindən həmrəylik çağırışı – VİDEO

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) #Bizbirlikdəgüclüyük şüarının səsləndirildiyi videoçarx hazırlayıb.

    “Report” xəbər verir ki, videoçarxda neftçilər koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyir.

    Koronavirus infeksiyasının yayıldığı bu günlərdə iş başında olan neftçilər “Biz birlikdə güclüyük” mesajını səsləndirir.

  • Проживающие в Азербайджане иностранцы также должны получать разрешение по SMS

    Кабинетом министров Азербайджана было принято решение ввести с 5 апреля ограничения на передвижение в стране в рамках особого карантинного режима. Ограничения будут распространяться в том числе и на иностранцев и лиц без гражданства, проживающих и работающих в стране.

    Об этом сообщили в Государственной миграционной службе.

    Для получения разрешения на выход из дома иностранец должен отправить SMS на номер 8103. В SMS должен быть указан соответствующий индекс и информация, удостоверяющая личность иностранца.

    К данным, удостоверяющим личность, относятся:

    – для иностранцев, временно или постоянно проживающих в Азербайджанской Республике, или лиц без гражданства – серия и номер удостоверения разрешения на временное или постоянное проживание на территории Азербайджанской Республики (MYİ (DYİ)1111111)

    – для иностранцев и лиц без гражданства, срок временного пребывания которых на территории Азербайджанской Республики продлен – серия и номер решения о продлении срока временного пребывания (МОМ1111111).

    Для получения подробной информации иностранцы могут связаться с круглосуточным колл-центром Государственной миграционной службы по номеру 919, а также отправить свои вопросы на страницу госструктуры в Facebook.

  • Əcnəbilər sabahdan küçəyə çıxmaq üçün SMS-i bu formada göndərməlidir – RƏSMİ

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində 5 aprel 2020-ci il tarixdən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb.

    Median.Az Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.

    Məlumatlara görə, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir:

    “Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır:
    – müvəqqəti və ya daimi yaşayanlar üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);
    – müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);
    – olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.

    Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatların daxil edilməsi vacibdir.

    Müvəqqəti və daimi yaşama icazəsi verilmiş, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcək.

    Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən “919” Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin “Facebook” hesabına göndərə bilərlər”.

  • Baku Media Center подготовил очередной видеоролик о борьбе с COVID-19

    Учитывая быстрое увеличение случаев инфицирования коронавирусом (COVID-19) в мире и актуальность проблемы, Baku Media Center подготовил очередной видеоролик.

    В видеоролике рекомендуется не выходить из дома без крайней необходимости, продолжать обучение, работу посредством интернета и других ресурсов.

    Также, чтобы минимизировать риск заражения вирусом, подчеркивается важность строгого соблюдения правил особого карантинного режима.

  • Bakı Media Mərkəzindən koronavirusla mübarizəyə dair növbəti VİDEOÇARX

    Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

    Videoçarxda, ciddi zərurət olmadığı halda evdən çıxmamaq, təhsil, işləri internet və digər zəruri resurslar vasitəsilə evdə həyata keçirmək tövsiyə olunur.

    Virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi göstərilir.

  • Bakıda “Whatsapp” vasitəsilə narkotik satanlar ələ keçdi – FOTO

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar.

    Onların Nəsimi rayonunda yerləşən kirayədə qaldıqları evə baxış zamanı idman çantasının içərisində narkotik vasitələr olan 959 qram tiryək, 14, 712 qram heroin, 34 qram marixuana, 1, 696 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərdən satmaq məqsədi ilə aldıqları məlum olub. E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.

    Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki, narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sifariş verən şəxslər pulları müxtəlif yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.

    Nəsimi RPİ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Elman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb. Onun Binəqədi qəsəbəsində yerləşən evinə baxış zamanı 5 kiloqramdan 35 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

    Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən hər üç şəxs tutularaq istintaqa cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.



  • В Азербайджане выявлено 78 новых случаев инфицирования COVID-19 – ВИДЕО

    В Азербайджане выявлено 78 новых случаев инфицирования новым коронавирусом (COVID-19).

    Как сообщает оперативный штаб при Кабинете министров страны, состояние 17 находящихся в больницах особого режима лиц оценивается как тяжелое, 26 человек – среднее, остальных – стабильное.

    В целом, до сегодняшнего дня в Азербайджане коронавирусом заразился 521 человек, 32 человека выздоровели и были выписаны из больниц, пять человек скончались, 484 продолжают лечение в больницах особого режима.

  • Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ + VİDEO

    Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.