Month: April 2020

  • Rusiyada qalan azərbaycanlılar vətənə qayıtdı, karantinə yerləşdirildi – FOTO

    Azərbaycan və Rusiya arasında əldə olunmuş razılığa əsasən, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayının 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşlarının qəbulu, ölkə ərazisinə buraxılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.

    Bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib.

    Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoruyucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəzlərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

    Prezident İlham Əliyevin tapşırığına əsasən, DSX rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

    Vətəndaşlar Azərbaycan və Rusiya dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.















  • KİV DF-yə yeni sədr təyin edildi – SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat verib.

  • Арестованы девять нарушителей карантинного режима

    В ходе мероприятий, проводимых в рамках борьбы с распространением коронавируса, за 3 – 4 апреля были выявлены факты нарушения противоэпидемического режима на 11 объектах, в том числе на трех в сфере услуг в Баку.

    Как сообщили в Министерстве внутренних дел, владельцы этих объектов оштрафованы.

    В течение суток за попытку пересечения специальных полицейских постов, а также за нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов по соответствующей статье Кодекса об административных проступках были оштрафованы 5 062 человека, из них 3 718 – в Баку, девять человек были арестованы в административном порядке.

  • Xüsusi karantin rejimini pozan doqquz nəfər həbs edildi, 5062 şəxs cərimə olundu

    Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək karantin rejimini pozan 11 nəfər, o cümlədən, Bakı şəhərində üç iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

    Həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, ümumilikdə, 5062 nəfər olmaqla, onlardan Bakı şəhəri üzrə 3718 şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib.

    Doqquz şəxs isə inzibati qaydada həbs olunub.

  • Центр Гейдара Алиева поддержал страны, где широко распространен COVID-19 – ВИДЕО

    На здании Центра Гейдара Алиева в Баку была представлена видеопроекция как символ солидарности Азербайджана со странами, где широко распространена пандемия коронавируса (COVID-19).

    3 апреля на здании Центра была размещена проекция флага Китая в сопровождении музыки этой страны. Отметим, что в память жертв пандемии 4 апреля в Китае объявлен траур.

    Как проявление солидарности Азербайджана с международным сообществом в борьбе с распространением пандемии COVID-19, ежедневно на здании Центра Гейдара Алиева, являющемся архитектурным памятником мирового масштаба, будет демонстрироваться флаг одного государства, пострадавшего от вируса, под аккомпанемент музыки этой страны. Таким образом Центр Гейдара Алиева выражает уважение и поддержку государствам, где широко распространен COVID-19, и их народам.

    Проекцию на здании Центра ежедневно можно наблюдать с 20:00 по 00:00.

    View this post on Instagram

    Heydər Əliyev Mərkəzindən «COVID-19»un geniş yayıldığı ölkələrə dəstək Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib. Aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşaiyəti ilə proyeksiya olunub. Qeyd edək ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib. «COVID-19» pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.

    A post shared by Heydar Aliyev Center (@heydaraliyevcenter) on

  • Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı – VİDEO

    Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib.

    Bu barədə Mərkəz məlumat yayıb.

    Bildirilib ki, aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub.

    Qeyd olunub ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib.

    “COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq, hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək.

    Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək”, – deyə məlumatda bildirilib.

    View this post on Instagram

    Heydər Əliyev Mərkəzindən «COVID-19»un geniş yayıldığı ölkələrə dəstək Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib. Aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşaiyəti ilə proyeksiya olunub. Qeyd edək ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib. «COVID-19» pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.

    A post shared by Heydar Aliyev Center (@heydaraliyevcenter) on

  • В Газахе мужчину ударили ножом

    В Газахском районе произошла поножовщина.

    Как передаёт Median.Az со ссылкой наReport, жителя района Аскера Тагиева (1995 г.р.) ударили ножом.

    Он был госпитализирован.

    По данному факту проводится расследование.

  • Qazaxda 25 yaşlı gənc bıçaqlandı

    Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Report-un məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Əsgər Tağıyev qarın nahiyəsindən bir bıçaq zərbəsi alıb.

    O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirusa yoluxan Neftçala sakini: “Nəfəs almaq mənim üçün çətin idi…” – MÜSAHİBƏ

    Azərbaycanda bu günə qədər 443 koronavirusa yoluxma halı təsdiqlənib. Onlardan 32-si sağalıb, beşi isə ölüb. 406 xəstənin müalicəsi davam edir.

    Media.Az koronavirus infeksiyası aşkarlanan Azərbaycan vətəndaşlarından biri ilə danışa bilib.

    Hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında olan 32 yaşlı Neftçala rayon sakini adının açıqlanmamasını istəyib.

    – COVID-19-a harada və necə yoluxduğunuzu təxmin edə bilirsiniz?

    – Heç bir fikrim yoxdur. Karantin elan edilməmişdən əvvəl, bir çox obyekt hələ bağlanmamış mən aktiv həyat tərzi keçirirdim: gəzir, bazara və dükanlara gedirdim. Düşünürəm ki, koronavirusa yoluxmuş şəxsin təmasda olduğu səthə toxunduqdan sonra əllərimi gözlərimə və ya ağzıma vurmuşam, axı buna nəzarət etmək çətindir.

    – Virusun ilk əlamətlərini nə vaxt hiss etdiniz?

    – Martın 26-da özümü pis hiss etdim. Nəfəs almaq mənim üçün çətin idi, boğulma tutmaları oldu, temperaturum bir az yüksəldi. Həmin gün İtaliyada və İspaniyada insanların koronavirusdan kütləvi şəkildə öldüyü barədə çoxlu xəbərlər oxudum və təlaşa düşdüm. Koronavirusa yoluxduğum barədə fikirlər məni rahat buraxmırdı. Nə qədər həyəcan keçirirdimsə, bir o qədər də halım pisləşirdi.

    – Təcili yardım çağırdınız?

    – Mediada yazırdılar ki, nəfəs almada çətinləşmə və yüksək qızdırma olarsa, təcili tibbi yardıma müraciət etməliyik. Anladım ki, həqiqətən də,  məndə koronavirus varsa, digər insanları da yoluxa bilərəm. Əvvəldən səhhətim barədə məlumat verməklə həkim çağırdıq.

    – Koronavirus testindən keçdiniz?

    – Bəli, həkimlər boğazımdan yaxma götürdülər, otaqdan çıxmağı və digər ailə üzvləri ilə təmasda olmağı qadağan etdilər. Yaşadığım evin həyətində yaşamaq üçün hər cür şəraiti olan otaq var. Mən analizin nəticəsi bilinənə qədər bir müddət özünütəcrid məqsədi ilə ora köçdüm. Bu müddət ərzində temperaturum gah yüksəlirdi, gah da sabitləşirdi. Özümü çox pis hiss etdiyimi deyə bilmərəm.

    – Cavabı nə vaxta qədər gözləməli oldunuz?

    – Martın 31-də həm təcili yardım maşını, həm də polis gəldi. Dedilər ki, təcili olaraq məni karantinə almaq lazımdır, çünki testdə koronavirusa yoluxduğum təsdiqlənib. Beləliklə, məni Masallı Rayon Mərkəzi Xəstəxanasına apardılar.

    – Ailəniz də karantinə alındı? 

    – Bəli, amma xəstəxanada yox. Onlar evdə özünütəcrid vəziyyətindədirlər. Onlardan da COVID-19 testi götürülüb, amma nəticələr hələ bilinmir. Ümid edirəm ki, mənfi olacaq.

    – Müalicəniz necə keçir?

    – Özümü yaxşı hiss etdiyimə və temperaturumun 38 dərəcədən çox olmamasına görə mənə dərman vermirlər. Məni daha çox müşahidə altında saxlayırlar, vəziyyətimə nəzarət edirlər. Burada qalmağımın əsas məqsədi karantin tədbiridir. Başqalarına yoluxdurmamağım vacibdir.

    – Vəziyyətinizi təsvir edin…

    – Tipik simptomlarım yoxdur: başım ağrımır, başgicəllənməm, qusma və ishal yoxdur, boğazım ağrımır, burnum tıxanmır, dad və qoxu hiss edirəm, hətta öskürək belə olmur. Yeganə problemim qızdırma və zəiflikdir.

    – Xəstəxana şəraiti necədir?

    – Hər şey məni qane edir. Vəziyyətim mütəmadi yoxlanılır, temperaturum ölçülür, testlər üçün qan verdim. Səhiyyə işçilərinin qayğısını hiss edirəm. Bütün xəstələrə çox nəzakətlə davranırlar. Bizə vaxtında yemək verirlər. Yalnız şüşə butulkada olan su içirik. Palatalar təmir olunub, təmizdir. Mənə izah etdilər ki, mənim vəziyyətimdə dərmanlara ehtiyac yoxdur, çünki bədənim cavandır, virusa uğurla müqavimət göstərir və hər şey nəzarət altındadır.

    – Bəzi insanlar təcrid olunmaqdan qorxaraq, təcili yardım çağırmırlar…

    – Karantindən qorxmayın. Burada pis bir şey yoxdur. Bu, cəmiyyətin təhlükəsizliyi, Azərbaycanda insanların sağlam qalması üçün edilir. Məsuliyyətli olmalı və yalnız özünüzü deyil, yaşlılar və xroniki xəstəlikləri olan insanları da düşünməlisiniz. Normal vaxtlarda hərarətiniz varsa, heç kim sizi təcrid etməz.

    – Oxucularımıza nə demək istərdiniz?

    – Güclü immuniteti olan gənclər koronavirusa yaxşı tab gətirirlər. Düşünürəm ki, hətta xəstələndiyini fərq etmədən sağalan insanlar var. Mənim tövsiyəm təlaşa düşməmək, hər şeyə məsuliyyətlə yanaşmaq, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün həkimlərin və hökumətin bütün tapşırıqlarına əməl etməkdir.

    Xəstəliyi asan keçirə bilərsiniz, ancaq ehtiyatsızlıq səbəbindən zəif immunitet sistemi olan insanları yoluxdurarsınız, hansı ki, hətta ölümlə nəticələnə bilər. Küçəyə çıxmamağa çalışın, çünki insanlar COVID-19-a yoluxduğunu anlamaya bilər. Bütün azərbaycanlıları əlləri yumaq və spirtləmək, özünütəcrid barədə tövsiyələrə əməl etməyə çağırıram.

    Həmçinin, insanlardan koronavirusa yoluxanlara dəstək olmalarını xahiş etmək istərdim. Mənəvi dəstək bizim üçün çox vacibdir. Bu, təlaşa düşməməyimizə kömək edir. Yaxınlar, qohumlar, dostlar nə qədər tez-tez zəng etsələr, maraqlansalar, özümü bir o qədər yaxşı hiss edirəm, xəstəlik daha az yadıma düşür.

    Əgər belə dostlarınız varsa, onda videozəng etmək üçün ərinməyin, axı bu, çox ucuzdur. Təsəvvür edin ki, illərlə görmədiyim insanlar mənə zəng edir. Məsələn, dünən mənimlə paralel sinifdə oxuyan tanışım zəng edib. O, mənim nömrəmi tapıb və dəstək üçün mənimlə əlaqə saxlayıb.

  • В Баку мужчина пропал без вести

    В Сабунчинском районе Баку мужчина пропал без вести.

    Как сообщили oxu.az в правоохранительных органах, Э.Халилов (1980 г.р.) 3 апреля вышел из своего дома в поселке Мухтарова и не вернулся.

    Отмечается, что он страдает серьезным психическим расстройством.

    По данному факту проводится расследование.