Month: April 2020

  • Astara sakini narkotik satarkən tutuldu

    Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq, E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

    Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

  • В Саатлы 38-летнего мужчину ударили ножом

    В Саатлинском районе Азербайджана произошла поножовщина.

    Как передает АПА, житель села Мустафабейли Асим Зейналов (1982 г.р.) с ножевыми ранениями был доставлен в Центральную районную больницу Ширвана.

    Мужчина, потерявший много крови, был прооперирован.

    По данному факту полиция проводит расследование.

  • Saatlıda 38 yaşlı kişi bıçaqlandı

    Saatlı sakini bıçaqlanıb.

    APA-nın məlumatına görə, Saatlının Mustafabəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zeynalov Asim Gülmalı oğlu bıçaq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına daxil olub.

    Çoxlu qan itirən yaralı əməliyyata götürülüb.

    Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.

  • В Баку потушили два пожара

    В Сабаильском районе Баку произошел пожар.

    Как сообщает МЧС, в мастерской, находящейся на первом этаже двухэтажного дома, сгорели материалы из дерева и комплектующие для мебели.

    Остальная часть здания была защищена от огня, пожар потушен.

    Другой пожар зарегистрирован на территории Хатаинского района столицы. В результате сгорели воспламеняющиеся конструкции кровельного покрытия крыши гаража и доски. Сам гараж и близлежащие строения были защищены от огня. Пожар потушен.

  • Bakıda dülgər sexi və qaraj yanıb

    Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

    Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və içərisinə yığılan 2 m³ taxta materiallar yanıb. Qarajın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

    Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Обнародованы последние данные по COVID-19

    Число инфицированных коронавирусом COVID-19 в мире достигло 1 099 080.

    Как передает Median.Az, об этом собщает Worldometers.info.

    По данным сайта, от коронавируса умерли 59 179, выздоровели – 228 923 человека.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada koronavirusa yoluxanların sayı 1 099 080 nəfərdir.

    Bununla bağlı Median.Az Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən xəbər yayıb.

    Məlumatda ümumi ölənlərin sayının 59 179 nəfər olduğu bildirilir.

    Dünyada koronavirusdan sağalanların sayı isə 228 923 nəfərdir.

  • Bölgələrdə karantin rejimini pozanlar cərimələndi – VİDEO

    Ölkənin Şimal bölgəsində koronavirus ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət edilməsi və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Buna baxmayaraq, bəzi vətəndaşların xüsusi karantin rejimini pozması hallarına da rast gəlinir.

    İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə tədbirləri gücləndirib. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mütəmadi olaraq təhsil, səhiyyə və mədəniyyət müəssisələri, o cümlədən, parklar, avtobus dayanacaqları və səkilər, yaşayış binalarının həyət və girişləri tam dezinfeksiya olunur.

    Bunlarla yanaşı, polis əməkdaşları səs güclədiriciləri vasitəsilə əhalini evdə qalmağa çağırır.

    Aparılan əməliyyatlar nəticəsində Xızıda iki obyekt sahibi olmaqla, ümumilikdə 15 nəfərin karantin qaydalarını pozması halına rast gəlinib ki, onlar barəsində də qanuna müvafiq qaydada tədbirlər görülüb.

    Koronavirusla mübarizə tədbirləri Goranboy rayonunda da davam etdirilir. Burada da xüsusi karantin rejimini pozan üç obyekt və 38 vətəndaş cərimələnib.

    Rayonun giriş və çıxışlarında yerləşən müvəqqəti postlarda da nəzarət gücləndirilib. Eyni zamanda, yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət etməyən ticarət obyektləri və vətəndaşlara qarşı ciddi hüquqi tədbirlər görülür.

  • Мир предупредили о грядущем голоде из-за коронавируса

    Пандемия коронавируса нового типа может вызвать сбой поставок продуктов питания во всем мире. Опасность назвали реальной главы Продовольственной и сельскохозяйственной организации ООН (ФАО) Цюй Дунъюй, Всемирной торговой организации (ВТО) Роберт Азеведа и Всемирной организации здравоохранения (ВОЗ) Тедрос Адханом Гебрейесус.

    Если в разных странах начнут паниковать из-за доступности продовольственных товаров, это может вызвать ограничения на экспорт, что в свою очередь приведет к дефициту продовольствия на глобальных рынках, предупредили они.

    Цюй, Азеведа и Гебрейесус призвали мировых политиков “дать гарантии того, что товарные потоки текут как можно свободнее” даже в условиях закрытия границ в связи со вспышкой заболеваемости.

  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər

    Yeni növ koronavirus pandemiyası bütün dünya üzrə qida təchizatında problemlərə səbəb ola bilər.

    Belə bir təhlükə barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Tsyuy Dunyuy, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sədri Robert Azeveda və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus məlumat veriblər.

    Onların sözlərinə əsasən, əgər müxtəlif ölkələrdə ərzaq məhsullarının çatdırılması ilə bağlı panika başlasa, ixracda məhdudiyyətlər yarana bilər. Bu da öz növbəsində qlobal bazarlarda ərzaq qıtlığına gətirib çıxaracaq.

    Tsyuy, Azeveda və Qebreyesus dünya siyasətçilərini hətta koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması şəraitində belə, “ticarətin mümkün qədər sərbəst şəkildə aparılmağını” təmin etməyə səsləyiblər.