Month: April 2020

  • Ибрагим Мамедов: Имеющие разрешение на работу граждане не нуждаются в SMS-услугах, чтобы покидать дома

    Сотрудникам структур, которым Кабинетом министров выдано разрешение на продолжение работы, не требуется отправлять SMS для получения разрешения на посещение магазина или аптеки.

    Как передает Median.Az, об этом в эфире Real TV сказал глава пресс-службы Кабинета министров Азербайджана Ибрагим Мамедов.

    По его словам, данная категория граждан будет работать в обычном режиме.

    “Они не нуждаются в получении специального разрешения. Согласно решению №124 Кабмина по регулированию особого карантинного режима, они могут свободно передвигаться в течение суток”, – сказал И.Мамедов.//oxu.az

  • İbrahim Məmmədov: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”

    “Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil”.

    Oxu.Az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər:

    “İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.

  • BNA rəsmisi: Bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadədir

    “Gün ərzində fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə 500 nəfərə yaxın müraciət olub”.

    Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    O bildirib ki, Agentliyin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb: “Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib. Müraciət edənlərin böyük əksəriyyəti uzun müddət fərqlənmə nişanı olmadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər olub. Müraciət edənlərin bir qismi vergi ödəyicisi kimi qeydiyyatda olsa da, onların idarə etdiyi avtomobil taksi kimi qeydiyyatda olmayıb”.

    M.Ağayev müraciət edənlər arasında 65 yaşdan yuxarı sürücülərin olduğunu da qeyd edib: “Müraciət edənlər arasında yaşı 65-dən yuxarı sürücülərin olduğu da müəyyən olunub. Eyni zamanda, bəzi nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarxili qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri üçün irəli sürülən standartlara və normativlərə uyğun olmadığı da müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq, həmin sürücülərin avtomobillərinə fərqlənmə nişanı verilməyib. Nəqliyyat vasitəsi taksi kimi qeydiyyatda olan, davamlı olaraq fərqlənmə nişanı alan sürücülərə və taksi şirkətlərinə fərqlənmə nişanının verilməsi təmin edilib”.

    “Həmçinin bildirim ki, bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. Belə ki, həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir”, – deyə M.Ağayev əlavə edib.

  • Azərbaycanda bu şəxslər də küçəyə sərbəst çıxa biləcək – ƏLAVƏ SİYAHI

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edilib.

    Dəyişikliyə əsasən;

    1. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı”na aşağıdakı məzmunda 73-cü hissə əlavə edilsin: “73. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”.

    2. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə – “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na aşağıdakı məzmunda 24-38-ci hissələr əlavə edilsin:

    “24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

    25. Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

    26. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

    27. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

    28. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

    29. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

    30. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

    31. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi

    32. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

    33. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

    34. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

    35. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

    36. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

    37. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

    38. Yanacaqdoldurma məntəqələri”.

  • Статистика больных коронавирусом по регионам Азербайджана – ФОТО

    Раскрыта статистика заболеваемости коронавирусом по регионам Азербайджана.

    Как сообщает Oxu.Az со ссылкой на koronavirusinfo.az, 149 случаев из общего числа зараженных коронавирусом в Азербайджане зарегистрировано в Баку.

    В Ясамальском районе столицы число инфицированных граждан составляет 27, по 23 – в Бинагадинском и Насиминском районах, 19 – в Наримановском, 13 – Хатаинском, десять – Сабаильском, девять – Гарадагском, семь – Сабунчинском, пять – Сураханском, три – Хазарском, по два – в Пираллахинском и Низаминском районах.

    В Абшеронском районе инфицировано девять, в Сумгайыте – шесть человек.

    Что касается других регионов Азербайджана, то наибольшее количество больных коронавирусом зарегистрировано в Лянкяранском (18), Джалилабадском (15) и Сальянском (12) районах.

    Девять носителей инфекции COVID-19 зарегистрированы в Гусарском районе, пять – в Товузском, четыре – в Нефтчалинском, по три – в Нафталане, Дашкесанском, Физулинском, Хачмазском, Загатальском и Уджарском районах, по два – в Агдамском, Агдашском, Губинском, по одному – в Масаллинском, Сиязаньском, Хызынском, Габалинском, Тертерском, Гахском, Газахском и Билясуварском районах.

    Среди зараженных коронавирусом 98 подхватили вирус за рубежом.

    На сегодняшний день в Азербайджане подтверждено 443 случая заражения коронавирусом. 32 пациента вылечились, пятеро – умерли. Лечение 406 инфицированных продолжается.

    В целом в карантинных зонах Азербайджана изолирован 4 321 человек.

  • Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

    Azərbaycanda koronavirus xəstələrinin bölgələr üzrə dəqiq təsnifatı yayımlanıb.

    Oxu.Az koronavirusinfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlar ümumi xəstələrdən 149-u Bakı şəhərində qeydə alınıb.

    Paytaxt rayonları üzrə ən çox xəstə Yasamal(27), Binəqədi (23), Nəsimi (23), Nərimanovun (19) payına düşür. Abşerondan xəstələrinin sayı 9, Sumqayıtda isə 6-ya bərabərdir.

    Bakının digər rayonları üzrə göstəricilər belədir:

    Xətai rayonu – 13, Səbail rayonu- 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2

    Qeyri-müəyyən – 6

    Əyalətlərdə isə ən çox xəstə Lənkəranda (18) və Cəlilabaddadır (15). 98 nəfər koronavirusa yoluxan şəxs isə ölkə xaricindən gələnlərdir.

    Digər bölgələr üzrə göstəricilər belədir:

    Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1.

    Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

  • Анар Гусейнов: В Азербайджане нет объективной основы для дефицита продовольственных товаров

    Интервью с директором государственного производственного и перерабатывающего объединения ООО “Азераграр” Анаром Гусейновым.

    – Как Министерство сельского хозяйства и подведомственные учреждения осуществляет свою деятельность в рамках специального карантинного режима для предотвращения распространения инфекции коронавируса (COVID-19)?

    – Сейчас весь мир борется с коронавирусом в глобальном масштабе. В целях предотвращения распространения инфекции специальный режим карантина, объявленный в большинстве стран мира, оказал негативное влияние на мировую экономику. Государством на самом высоком уровне принимаются все необходимые меры, чтобы минимизировать влияние нынешней ситуации с коронавирусной инфекцией на экономику страны, а также защитить здоровье населения. В частности, строго контролируется обеспечение населения качественной и устойчивой сельхозпродукцией, принимаются необходимые меры поддержки.

    Как вы знаете, особый режим был установлен в связи с превентивными мерами, предпринимаемыми правительством Азербайджана для предотвращения коронавирусной инфекции. В соответствии с решением Кабинета министров о дополнительных мерах по предотвращению распространения коронавирусной инфекции на территории Азербайджанской Республики работникам Министерства сельского хозяйства и подведомственных учреждений разрешается действовать на основании служебных удостоверений или справок с места работы. В целях обеспечения продовольственной безопасности и устойчивого производства сельскохозяйственной продукции в рамках специального карантинного режима, применяемого в связи с коронавирусом, Министерство сельского хозяйства и его подведомственные органы продолжают свою деятельность в служебном порядке. Чтобы свести к минимуму это воздействие на сельскохозяйственный сектор, Минсельхоз тесно сотрудничает с центральными и местными органами исполнительной власти, проводит регулярные переговоры с поставщиками семян, удобрений, пестицидов и оборудования, а также с фермерами и принимает срочные меры для решения потенциальных проблем.

    – Может ли быть дефицит продовольствия в Азербайджане из-за карантинного режима?

    – В Азербайджане нет объективной основы для дефицита продовольственных товаров. В прошлом году в сельском хозяйстве были зафиксированы очень высокие показатели. Производительность в аграрном секторе возросла. Это означает, что также увеличилась способность страны в самообеспечении сельскохозяйственной продукцией. Что касается возможных опасений за этот год, хочу отметить, что осенний посев в стране проводился в октябре-ноябре прошлого года, а сбор зерна начнется в конце мая и начале июня. Весенний посев начнется c 10 апреля.

    Запасы семян, удобрений, пестицидов и рассады, необходимых для весеннего сева, были сформированы уже в начале года. Объем запасов позволяет удовлетворить спрос на яровые культуры в избытке. В то же время в конце апреля начнется сбор ранних сельхозпродуктов. Мониторинг на полях показывает, что производительность будет высокой.

    Согласно решениям оперативного штаба, при Кабинете министров, нет никаких ограничений на перевозку сельскохозяйственных продуктов в стране на средних и тяжелых грузовиках. Наши наблюдения за прошедший период показывают, что нет проблем с доставкой сельскохозяйственной продукции в столицу и крупные города. Нет недостатка в супермаркетах и других продуктовых точках, которым разрешено работать в течение периода карантина, а ассортимент и качество сельскохозяйственной продукции остаются на прежнем уровне.

    – По данным Министерства сельского хозяйства, спрос на сельскохозяйственную и продовольственную продукцию в период карантина в стране снизился. С чем это связано?

    – Как известно, по правилам карантинного режима прекратили свою деятельность дворцы бракосочетания, кафе и рестораны, объекты обслуживания, развлекательные центры, а также гостиницы и другие туристические объекты. Они считались оптовыми покупателями сельскохозяйственной продукции. Приостановка их деятельности, запрет на проведение свадеб и траурных церемоний автоматически снижает внутренний спрос на сельхозпродукцию. По данным Центра аграрных исследований при Минсельхозе, на данном этапе ожидается, что спрос на сельскохозяйственные и продовольственные товары сократится примерно на 5%. Этот фактор означает увеличение предложения для потребителей на рынке.

    – Будут ли ограничения на передвижение и перемещение негативно влиять на деятельность фермеров?

    – В последнем решении Оперативного штаба при Кабинете министров нет ограничений для фермеров и предпринимателей на сельскохозяйственную деятельность – они могут сеять и собирать урожай. Фермеры осуществляют свою работу в соответствии с правилами карантинного режима, гигиеническими нормами, дезинфекцией, а также требованиями соблюдения дистанции, правилами техники безопасности и охраны труда. Этот процесс также осуществляется в координации с местными органами исполнительной власти.

    В то же время процесс посева – это не массовый процесс. Посев осуществляется с помощью тракторов и в этом процессе задействованы максимум 1-2 механизатора. Что касается поставки семян, удобрений и пестицидов фермерам, то этот процесс в настоящее время осуществляется в обычном режиме, продажи организованы в регионах 85 юридическими и физическими лицами, зарегистрированными в качестве поставщиков удобрений в Электронной сельскохозяйственной информационной системе, а крупные компании занимаются также мобильной продажей удобрения.

    Министерство контролирует этот процесс и обращает внимание на соблюдение карантинных правил, как в точках, так и в мобильной форме продаж. Соответствующие инструкции были отправлены поставщикам.

    – Оперативный штаб также включил сельскохозяйственную технику в список транспортных средств с неограниченным движением…

    – Вы абсолютно правы. Одной из проблем фермеров было вовлечение сельскохозяйственной техники в агротехническое обслуживание. Обычно фермеры заказывают необходимое оборудование в одном регионе у агросервисов, расположенных в других регионах. В связи с этим включение сельскохозяйственной техники в список транспортных средств без ограничений со стороны Оперативного штаба ослабило обеспокоенность фермеров.

    Фермеры могут заказать технику для использования на ферме, обратившись в агросервисы, как и раньше. Фермеры могут направить свои обращения, связанные с организацией сельскохозяйственной деятельности во время карантина, в Колл-центр Министерства сельского хозяйствав 1652, а также на веб-сайт www.agro.gov.az и электронную почту web@agro.gov.az.

  • Anar Hüseynov: “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur”

    “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynovun müsahibəsi:

    – Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fəaliyyətini necə qurub?

    – İndi bütün dünya koronavirusla qlobal miqyasda mübarizə aparır. İnfeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə dünyanın əksər ölkəsində elan edilmiş xüsusi karantin rejimi qlobal iqtisadiyyata mənfi təsir edib. Koronavirus infeksiyası ilə əlaqədar mövcud vəziyətin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. O cümlədən, əhalinin keyfiyyətli və davamlı ərzaq təminatı daim diqqətdə saxlanılır, zəruri dəstək tədbirləri görülür. Bilirsiniz ki, koronavirus infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədər xüsusi iş rejimi müəyyənləşdirilib. Nazirlər Kabinetinin koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi müddətində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının davamlı istehsalını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeli qurumları öz fəaliyyətini işçi qaydada davam etdirir. Aqrar sektora bu təsirlərin minimuma endirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, toxum, gübrə, pestisid və texnika təchizatçıları və fermerlərlə mütəmadi danışıqlar aparılır, yarana biləcək çətinliklərin operativ həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

    – Karantin rejiminin tətbiqi ilə əlaqədar Azərbaycanda ərzaq qıtlığı yaşana bilərmi?

    – Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu, o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib. Bu il üçün ola biləcək narahatlıqlara gəldikdə isə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonun, iyunun əvvəllərində start veriləcək. Aprelin 10-dan isə yazlıq əkinlərə başlanacaq. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq. Əkin sahələrində keçirilən monitorinqlər məhsduldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir.

    – Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin verdiyi açıqlamalarda ölkədə karantin rejimi dövründə kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın azaldığı qeyd olunur. Bu, nə ilə əlaqədardır?

    – Bildiyiniz kimi tətbiq olunan karantin rejimi qaydalarına əsasən, şadlıq sarayları, kafe və restoranlar, xidmət obtyektləri, əyləncə mərkəzləri fəaliyyətini dayandırıb, eyni zamanda mehmanxanalar və digər turizm obyektləri də fəaliyyəti göstərmir. Bu obyektlər kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları sayılırdı. Obyektlərin fəaliyyətini dayandırması, toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulması avtomatik olaraq kənd təsərrüfatı məhsullarına daxili tələbatı azalıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalara görə, indiki mərhələdə qeyd olunan səbəblərdən kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın təxminən 5% civarında azalacağı gözlənilir. Bu amil bazarda istehlakçılara təklifin artması, məhsul bolluğu deməkdir.

    – Hərəkət və yerdəyişmə ilə bağlı məhdudiyyətlər fermerlərin fəaliyyətinə mənfi təsir etməyəcək ki?

    – Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında da qeyd olunur ki, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması, əkin işi aparması, məhsul yığımı məhdudlaşdırılmır. Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejiminin qaydalarına uyğun olaraq, müvafiq gigiyenik normalara, dezinfeksiya şərtlərinə, ara məsafənin saxlanması tələbinə və əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq həyata keçirirlər. Bu proses həmçinin yerli icra hakimiyyəti orqanları ilə korrdinasiya edilməklə gerçəkləşdirilir. Eyni zamanda, əkin prosesi də kütləvi proses deyil, sahənin əkilməsi, səpin aparılması prosesi texnika vasitəsilə həyata keçiririlir və bu prosesdə maksimum 1-2 mexanizator iştirak edir. Bu baxımdan fermerlərin fəaliyyətinin karantin şərtlərinə uyğun davam etdirməsində, aqrotexniki qulluq qaydalarına riayət etməsində problem yoxdur. Fermerlərin toxum, gübrə və pestisidlə təminatına gəldikdə isə, hazırda bu proses normal şəkildə həyata keçirilir, bölgələrdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 85 gübrə təchizatçısı olan hüquqi və fiziki şəxs tərəfindən məntəqələrdə satış təşkil olunur, eyni zamanda böyük şirkətlər səyyar gübrə satışını həyata keçirir. Nazirlik bu prosesi nəzarətdə saxlayır və istər məntəqələrdə, istərsə də səyyar formada satış zamanı karantin qaydalarına riayət olunmasına diqqət yetirilir. Bununla bağlı müvafiq təlimatlar təchizatçı şirkətlərə göndərilib.

    – Operativ qərargah kənd təsərrüfatı texnikasını da hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil edib…

    – Tamamilə haqlısınız. Fermerləri narahat edən məqamlardan biri aqrotexniki qulluq tədbirlərinə kənd təsərrüfatı texnikasını cəlb etməklə bağlı idi. Adətən fermerlər bir rayonun ərazisində ehtiyac yaranan texnikanı digər rayonlarda yerləşən aqroservislərdən sifariş edirlər. Bu baxımdan Operativ Qərargahın kənd təsərrüfatı texnikasını hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil etməsi fermerlərin narahatlığını aradan qaldırıb. Fermerlər əvvəlki qaydada aqroservislərlə əlaqə saxlayaraq təsərrüfatda istifadə etmək üçün texnika sifariş edə bilərlər. Fermerlər karantin dövründə təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı sualları Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin agro.gov.az internet səhifəsi və web@agro.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

  • Jurnalistlərin xidməti vəsiqələri və ya iş yeri barədə arayışla hərəkət etmələrinə icazə verilir

    “Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən KİV əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir”.

    APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib: “Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir. Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyətini nəzərə alaraq sui istifadə hallarına yol verməməsi xahiş olunur”.

  • Названа привычка, повышающая риск смерти от коронавируса

    У курящих людей заболевание COVID-19 проходит в более тяжелых формах, чем у остальных.

    Как передает Median.Az со ссылкой на РИА Новости, специалисты напомнили, что у заразившихся коронавирусом нередко развивается пневмония, а значит курильщики и люди с больными легкими находятся в группе риска.

    Для снижения вероятности заражения следует чаще мыть руки, соблюдать социальную дистанцию и не трогать руками лицо.