Month: April 2020

  • Отложенное из-за пандемии коронавируса “Евровидение-2020” будет проведено онлайн

    “Евровидение-2020”, отложенное из-за пандемии коронавируса, пройдет в формате онлайн-концерта.

    Информация об этом размещена на сайте конкурса.

    Сообщается, что песенный конкурс пройдет под девизом “Евровидение: Европа сияет светом”. Ведущими двухчасового шоу будут звезды Голливуда Шанталь Янзен, Ян Смит и певица Эдсилия Ромбли.

    В программе шоу 16 мая будет представлен 41 музыкальный номер. Концерт будет транслироваться на официальном Youtube канале организации.

    На онлайн-концерте выступят также победители конкурса прошлых лет.

    Организаторы заявляют о том, что данный формат послужит сплочению населения разных стран в этот сложный период. “Мы предлагаем, чтобы все телеканалы мира транслировали это шоу в духе единства”, – подчеркнули они.

    Отметим, что Азербайджан на песенном конкурсе “Евровидение-2020” представит Самира Эфенди с песней “Клеопатра”.

  • “Avroviziya” təşkilatçıları müsabiqə əvəzinə onlayn-konsert keçirəcəklər

    “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları may ayının 16-da onlayn-konsert keçirəcəklər.

    Bu barədə müsabiqənin saytında bildirilir.

    Məlumata əsasən, “Eurovision: Europe Shine A Light” adlı şouda müxtəlif ölkələrdən olan 2020-ci ilin, eləcə də ötən illərin iştirakçıları çıxış edəcəklər.

    İki saat sürəcək konserti “Avroviziya”nın rəsmi “YouTube” kanalında izləmək mümkün olacaq.

    “Biz Avropanı praym-taymda unikal televiziya proqramı vasitəsilə birləşdirmək niyyətindəyik. Başqa ölkələrdəki bütün yayımçıları şounu vəhdət və birlik ruhunda translyasiya etməyə səsləyirik”, – təşkilatçılar qeyd ediblər.

    Şounu niderlandlı aktrisa Şantal Yanzen, müğənni Edsiliya Rombli (1998 və 2007-ci illərdə müsabiqənin iştirakçısı) və aktyor Yan Smit aparacaqlar.

  • В Турции запретили выходить из дома жителям младше 20 лет

    Власти Турции ужесточили меры по борьбе с распространением коронавируса. О новых ограничениях в своем обращении заявил президент страны Реджеп Тайип Эрдоган, передает Anadolu.

    Так, в 30 крупных турецких городах и провинции Зонгулдак на 15 дней будет приостановлен въезд и выезд транспорта, и при необходимости этот срок может быть продлен, сообщил Эрдоган.

    Кроме того, теперь в Турции запрещено выходить на улицу жителям младше 20 лет, а при посещении общественных мест граждане в обязательном порядке должны носить медицинские маски.

    При этом Эрдоган отметил, что в своей подготовке к заболеванию и материальном оснащении Турция опережает многие развитые страны. В частности, страна сама производит необходимое количество масок, наборов для тестирования, а также имеет достаточное число врачей.

  • Türkiyədə yaşı 20-dən az olanlara evdən çıxmaq qadağan edildi

    Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirib.

    “Anadolu” agentliyi bildirir ki, yeni məhdudiyyətlər barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində məlumat verib.

    “Beləliklə, Türkiyənin 30 böyük şəhərində və Zonquldak vilayətində nəqliyyatın hərəkəti 15 gün müddətinə dayandırılacaq və zərurət yarandıqda bu müddət uzadıla bilər”, – deyə Ərdoğan bildirib.

    Bundan savayı, ölkənin yaşı 20-dən az olan sakinlərinə küçəyə çıxmaq qadağan edilib, ictimai yerlərdə isə vətəndaşlar mütləq tibbi maskalar taxmalıdırlar.

    Ərdoğan qeyd edib ki, Türkiyə xəstəliyə hazırlıq səviyyəsinə görə bir çox inkişaf etmiş dövlətləri qabaqlayır. Ölkə özü lazımi miqdarda maska, test dəstləri istehsal edir, həmçinin kifayət qədər həkimi var.

  • Синоптики предупредили об ухудшении погоды в Азербайджане

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов предупредил об изменении погодных условий на территории Азербайджана.

    С 6 по 9 апреля в Баку и на Абшеронском полуострове прогнозируются нестабильные погодные условия, постепенное понижение температуры воздуха.

    6-7 апреля скорость северо-западного ветра может достичь 15-20 м\с, местами – 28-33 м\с. 7-8 апреля ожидаются дожди, местами интенсивные.

    В районах Азербайджана с 6 по 9 апреля также прогнозируется нестабильная погода, дожди, в горах – снег. Местами осадки могут принять интенсивный характер.

    6-7 апреля скорость западного ветра может достичь 15-20 м\с, в отдельных местах – 28-33 м\с. В реках возможно повышение уровня воды.

  • Temperatur aşağı düşəcək, güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

    Xidmətdən verilən məlumata görə, aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

  • Müğənni Cəmilənin qapısını döyüb yemək istədi və səhəri günü bu baş tutdu – VİDEO

    Müğənni Cəmilə İsgəndərova (Elit Star) pandemiya səbəbilə evlərindən bayıra çıxa bilməyən və ehtiyacı olan qonşularına yardım edib.

    Sənətçi yardım aksiyasını yaşadığı ərazidə küçədə təşkil edib.

    Cəmilə xanımın sözlərinə görə, yardıma ehtiyacı olan biri onun qapısını döyüb ac olduğunu deyəndən sonra bu aksiyanı təşkil etmək qərarına gəlib:

    “Bu çətin günlərdə xalqıma səbr diləyirəm. Qapımı döyürlər, deyirlər ki, dünəndən acam, acından gecəni yata bilməmişəm. Mən buna necə dözə bilərəm? Mən də yata bilmərəm axı. Bu mənim xalqımdır. Xalqımın pisinə qurban olum! Bu yardım aksiyasının ən başında duran Elgiz Əkbərdir”.

  • Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır – YENİLƏNİB

    Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.

    “Report” xəbər verir ki, o, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.

    * * * * *

    Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar ilk ölüm faktı qeydə alınıb.

    Vəfat edən şəxs Marneuli bölgəsindən olan 79 yaşlı qadındır.

    Apsny.ge agentliyi xəbər verir ki, bu haqda Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.

    L.Ratiani bildirib ki, COVID-19-a yoluxan şəxs martın 31-də xəstəxanaya yerləşdirilib. Xəstəyə ağciyər iltihabı və sepsis diaqnozu qoyulub. O, bu gün səhər saat 9:00 radələrində vəfat edib.

  • Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Koronavirus gözlənilməyən bəladır. Dövlət də hər bir addımı atır ki, bunun qarşısı alınsın. Bu elə bir bəladır ki, özü ilə başqa bir problemi gətirir. Çox qorxuducu məqamdır”.

    Oxu.Az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, bu günləri az ağrılı keçirmək üçün maliyyə imkanlarımız var:

    “Dövlət bu məsələ ilə bağlı hər şey edir və edəcək də. Prezident İlham Əliyevin koronavirus pandemiyası il bağlı imzaladığı sərəncamında əsas məqam odur ki, həm insanların təhlükəsizliyi təmin olunmalı, həm də mümkün qədər iqtisadi fəaliyyət olmalıdır.

    Eyni zamanda, sosial layihələr dayanmamalı, iqtisadiyyatın əziyyət çəkən sektorlarının itkiləri minimallaşdırılmalı və dəstək verilməlidir”.

    İ.Məmmədov qeyd edib ki, yaxın günlərdə sosial məsələlərlə də bağlı qərar açıqlanacaq.

    Qurumun rəsmisi tibbi maskaların çatışmazlığından da danışıb. O bildirib ki, Azərbaycanda tibbi maska qıtlığı var:

    “Maska yoxdur” demək doğru deyil. Tibbi maska qıtlığı bütün dünyada var. Çünki hazırda maskaya tələbat yüksəkdir”.

  • Nazirlər Kabineti rəsmisi: “Nə qədər ki bu tendensiya davam edəcək, mənfi istiqamətdə gedəcəyik”

    “Azərbaycanda yoluxanların sayı sağalanların sayından çoxdur”.

    Oxu.Az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, bu gün altı nəfər sağalan var:

    “Kiçik də olsa, yaxşı xəbərdir. Amma yoluxmanın dinamikası həndəsi silsilə ilə artır. Sağalmada bunu görmürük. Təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma tendensiyası artır. Nə qədər ki bu tendensiya davam edəcək, biz mənfi istiqamətdə gedəcəyik.

    O zaman ki biz görəcəyik yoluxmanın pik həddinə çatdıq və artım olmur, bu zaman nəsə demək olar”.

    İ.Məmmədov qeyd edib ki, insanlar qaydalara riayət edərsə, dinamika azalmağa başlaya bilər:

    “Evdə qalmalı olanlar evdə qalarsa, zəruri halda küçəyə çıxarlarsa, bu zaman tez müddətdə koronavirusa yoluxma azalmağa doğru gedər. Ümid edirik ki, aprelin 20-dək qoyulan bu müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.