Month: April 2020

  • Siqaret koronavirusun fəsadlarını artırır

    Siqaret istifadəçiləri COVID-19 virusunun törətdiyi xəstəliyi daha ağır keçirirlər.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, koronavirusa yoluxanlarda sətəlcəm (pnevmoniya) artdığına görə siqaret çəkənlər və ağciyər xəstələri də həssas qrupa daxildirlər.

    Ekspertlər koronavirusa yoluxma ehtimalını azaltmaq üçün tez-tez əlləri sabunla yumağı, əllə üz nahiyəsinə toxunmamağı, sosial məsafə qaydasına ciddi əməl etməyi vacib hesab edirlər.

  • Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu

    Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti virtual videoiclas keçirib.

    “Report” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın davam etdirilməməsinə qərar verilib.

    Turnir cədvəlində mövcud sıralamaya əsasən, 38 xalla lider olan “Zirvə Astara” klubu Azərbaycan çempionu elan olunub. İkinci pillədəki “Atom” (34 xal) gümüş, 3-cü sıradakı “Gəncə” (32) isə bürünc medallara sahib çıxıb.

    Qeyd edək ki, fevralın 29-da keçirilən 20-ci turun oyunlarından sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci Azərbaycan çempionatında məcburi fasilə yaranmışdı.

  • В Италии число жертв коронавируса приближается к 15 тыс.

    За последние сутки в Италии от коронавируса скончались еще 766 человек.

    Как сообщает Median.Az со ссылкой на зарубежные СМИ, этим число жертв инфекции в стране достигло 14 681 человека.

    Кроме того, в стране отмечено 4 585 новых фактов заражения. Таким образом, количество зараженных вирусом достигло 119 827 человек.

    Напомним, что первый случай заражения коронавирусом был отмечен в декабре прошлого года в китайском городе Ухань. На данный момент вирус “господствует” в 204 странах и регионах.

    Число заразившихся инфекцией в мире превышает 1 062 777 человек, 225 622 из которых выздоровели, а 56 607 скончались.

    11 февраля Всемирная организация здравоохранения (ВОЗ) назвала инфекцию COVİD-19, а 11 марта объявила пандемию.

  • İtaliyada pandemiya qurbanlarının sayı 15 minə çatır

    İtaliyada son sutkada daha 766 nəfər koronavirusdan ölüb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 14 681-ə çatıb.

    Bundan başqa, ölkədə 4 585 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, infeksiya daşıyıcılarının rəsmi sayı 119 827 nəfərə çatıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 062 777-yə çatıb. Bunların 225 622 nəfəri sağalıb, 56 607 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Arif Rəhimov: “Formula 1” bu il baş tutsa, əyləncə proqramında ixtisar olacaq”

    “Qışda “Formula 1”in keçirilməsi variant kimi yaxşı deyil. Onda bizdə boş tribunalar olacaq. Bakıda havalar soyuq olur. Ona görə də biz yarışı oktyabrın ortalarına salmaq istəyirik”.

    Median.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Almaniyanın “motorsport-total.com” saytına açıqlamasında deyib.

    7 iyunda Bakıda baş tutmalı olan “Formula 1” Azərbaycan Qran Prisi koronavirus səbəbindən təxirə salınıb. Onun yeni tarixi isə hələ ki bilinmir.

    Rəhimov bunun mümkün qədər tez bilinməsini istədiyini qeyd edib:

    “Yaxşı olardı ki, biz artıq iyulun əvvəlindən işə başlayaq. Ən əsas məsələ yarışın vaxtını tezliklə bilməyimizdir. 2-3 ay əvvəldən bunu bilməyimiz çox vacibdir. Bu müddətdə trass hazırlanır. Mən hələ kommersiya baxımından danışmıram.

    Əgər avqustun sonlarında koronavirusla bağlı durumda dəyişiklik olmazsa, yarışı noyabr ayına kimi saxlaya bilmərik. Hələ ki, “Formula 1” bizə konkret vaxtları təklif etməyib. İlk mərhələdə biz tarixlə bağlı qərarı erkən qəbul etməliyik”.

    Daha sonra o, yarış baş tutmayacağı halda Azərbaycan hökumətinin maliyyə itkilərindən danışıb. Arif Rəhimov onu da bildirib ki, ötən il Sem Smit kimi ulduzu Bakıya dəvət etsələr də, bu il əyləncə proqramı məhdud olacaq:

    “Hazırda yarışın reklam olunmasına qadağa qoymuşuq. Biz artıq bu yarış üçün çoxlu avadanlıqlar sifariş etmişik. Ancaq onlardan növbəti il və ya bu ilin sonunda keçiriləcək yarış zamanı istifadə edə bilərik.

    Ona görə də hələ birbaşa heç bir maliyyə itkisi ilə üzləşməmişik. Ancaq yarış keçirilməsə, çoxlu maliyyə itkimiz ola bilər. Yəqin ki, yarış baş tutmasa, bizim hökumətimiz pul itirməyəcək.

    Bu, fors major haldır, bizim istəyimizlə olan şey deyil. Belə şeylər müqavilələrlə tənzimlənir. Yeganə problem yarışın keçirilməsi üçün pulun daha öncədən “Formula 1”ə ödənilməsidir. Yarış baş tutmasa, pulun qaytarılması variantı olacaq.

    Ola da bilər ki, biz bu pulu növbəti illə kompensasiya edə bilərik. Yarış baş tutsa, əyləncə proqramında ixtisar olacaq”.//oxu.az

  • Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

    Türkiyədə koronavirus pandemiyasından zərər çəkənlərin sayı durmadan artır.

    Median.Az xəbər verir ki, Türkiyənin Səhiyyə Naziri Fahrettin Kocanın bu gün açıqladığı məlumatlara görə, qardaş ölkədə daha 2786 nəfərdə virusa yoluxma aşkarlanıb.

    69 nəfər isə həyatını itirib.

    Bugünkü test sayı isə 16160 olub.

    Bu isə o deməkdir ki, Türkiyədə ümumilikdə yoluxma sayı 20921, ölüm sayı isə 425-ə çatıb. 484 nəfər isə sağalıb.

  • В Баку мужчина совершил суицид

    В Насиминском районе Баку мужчина совершил самоубийство, выпив уксусную эссенцию.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    Азад Рамазанов (1953 г.р.) был госпитализирован в Токсикологический центр 1 апреля. На следующий день мужчина скончался, несмотря на усилия врачей спасти ему жизнь.

    Установлено, что А.Рамазанов долгое время страдал от туберкулеза и по этой причине наложил на себя руки.

    По данному факту ведется расследование.

  • Bakıda xəstəlikdən bezən kişi intihar etdi

    Bakının Nəsimi rayonunda bir nəfər sirkə turşusu içərək intihar edib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Aprelin 1-də 1953-cü il təvəllüdlü Azad Ramazanov Toksikoloji Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həmin şəxs ertəsi gün ölüb.

    Məlum olub ki, A.Ramazanov uzun müddət vərəm xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən də həyatına qəsd edib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Azərenerji”: Vətəndaşlara “evdə qal” deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik

    “Elektrik enerjisinin təchizatı bütün ölkəmizi əhatə edir. Xəstəxanalardan, banklardan tutmuş digər sahələrə qədər. Çünki həyat əhəmiyyətlidir. Biz əgər vətəndaşlara “evdə qal” deyiriksə, onların elektrik enerjisi təmin olunmalıdır. Təbii ki, biz də bunu təmin edirik. Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizidir”.

    “Report” xəbər verir ki, bu fikirləri “Azərenerji” ASC İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

    Onun sözlərinə görə, elektrik enerjisi sahəsində – elektrik enerjisinin istehsalı, ötürülməsi və idarəetməsi sahəsində çalışan insanlar hamısı mütəxəssislərdir: “Sistem operatorlarına gəldikdə isə deyə bilərəm ki, elektrik enerjisi istehsal olunur, ötürülür və bunun bir idarəetməsi var. Sistem operatorlarının enerjinin baş idarəetmə mərkəzində, dispetçer idarəetmə mərkəzində, yəni bunların idarə olunması çox spesifik bir sahədir. Ona görə də bu mütəxəssislərin fəaliyyəti və səhhətlərinin qorunması çox önəmlidir”.

    T.Abdullayev bildirib ki, “Azərenerji”də yenidənqurma və bərpa işləri əvvəlki qaydada davam etdirilir: “Yarımstansiya təmir olunursa, biz bunun fəaliyyətini tam dayandırıb təmir etmirik. Bu təmir hissə-hissə baş verir. Həmçinin elektrik stansiyalarında. Koronavirus infeksiyası var deyə, biz bunu dayandıra bilmərik. Çünki tələbat var. Tələbat qalxır, düşür, ona görə də bütün bunlar nəzərə alınmalıdır. Üzü yaya getdiyi üçün, yayda da təlabatın artması gözlənilir”.

  • “ASAN Xidmət” növbəti dəfə jurnalistlərə müraciət etdi

    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına müraciət edib.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

    “Hörmətli KİV nümayəndələri, çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.

    Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir.

    Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyyətini nəzərə alaraq sui-istifadə hallarına yol verməməsi xahiş olunur”, – o vurğulayıb.