Month: April 2020

  • Göygöldə ev yandı: Xəsarət alan var

    Göygöl rayonunda fərdi yaşayış evində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, rayonun Yeni Zod kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • В Шеки работник хлебозавода покончил с собой

    Вечером первого апреля в Шеки произошло самоубийство.

    Как передает Qafqazinfo, Тарлан Мамедрагимли (1994 г.р.) повесился в здании хлебозавода Sünbül (“Колос”), где он работал.

    Мотивы поступка мужчины неизвестны.

    По данному факту ведется расследование.

  • İşçi çörək zavodunda intihar etdi

    Şəkidə intihar hadisəsi olub.

    Qafqazinfo-nun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

    Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi “Sünbül” çörək zavodunda özünü asaraq intihar edib.

    T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Четыре года назад в апрельских боях азербайджанская армия сокрушила врага

    Сегодня исполняется четвертый год с момента победы армии Азербайджана в апрельских боях 2016 года.

    В ночь с 1 на 2 апреля 2016 года и в течение дня все приграничные позиции и населенные пункты Азербайджана подвергались интенсивному артиллерийскому обстрелу со стороны вооруженных сил Армении.

    В результате артиллерийского обстрела населенных пунктов Азербайджана, расположенных вблизи линии противостояния, погибли шесть гражданских лиц, среди которых двое детей младше 16 лет, 26 человек были тяжело ранены. В результате атак также был нанесен серьезный ущерб многочисленной общественной и частной собственности, в том числе гражданской инфраструктуре.

    Были разрушены 232 частных жилых дома, 99 электрических столбов, три электрических подстанции, километры водопроводных и газовых труб. Вооруженные силы Армении нанесли удары управляемыми ракетами по социальным учреждениям, включая школы, больницы и места поклонения. В одну из мечетей артиллерийские снаряды крупного калибра попали во время богослужения.

    С целью пресечения армянской провокации, обеспечения безопасности гражданского населения командованием Вооруженных сил Азербайджана было принято решение о принятии неотложных ответных мер в направлениях Агдере-Тертер-Агдам и Ходжавенд-Физули.

    В результате в ходе четырехдневных боев подразделения Вооруженных сил Азербайджана освободили высоты в районе села Талыш, а также пункт Сейсулан, которые могли представлять угрозу для Геранбойского района и города Нафталан. Была взята под контроль стратегическая высота Леле Тепе, расположенная в направлении Физулинского района и позволяющая контролировать обширную территорию. Также в результате апрельских боев Вооруженные силы Азербайджана обеспечили контроль над дорогами в направлении Агдере-Мадагиз.

    В боях были уничтожены принадлежащие армянам 30 танков, до 15 артустановок и укрепленных инженерных сооружений, уничтожены 320, ранены более 500 военнослужащих врага.

    5 апреля с 12:00 на линии противостояния азербайджанских и армянских войск по соглашению сторон операции были остановлены.

    По итогам боев Вооруженными силами Азербайджана были освобождены от армянской оккупации более 2000 гектаров территории, еще большая площадь с оперативной точки зрения перешла под контроль армии Азербайджана. Подразделения Вооруженных сил Азербайджана осуществили укрепительные работы на освобожденных землях.

    В целом апрельские бои продемонстрировали внимание, уделяемое армии Президентом Азербайджана, Верховным главнокомандующим Вооруженными силами Ильхамом Алиевым, высокую боеспособность азербайджанской армии, а также способность ВС Азербайджана в любой момент освободить оккупированные территории. Победами в апрельских боях было положено начало освобождению земель Азербайджана от армянской оккупации.

  • Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

    Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

    Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.

    Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

    Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

    Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

    Aprel döyüşlərindən sonra – may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

    Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

  • Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar – FOTO/VİDEO

    Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar.

    Gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb.

    Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil.

    Xatırladaq ki, bir müddət əvvəl daha bir itin gözləri çıxarılıb, cinsiyyət orqanı kəsilmişdi.

    Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu.


  • Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq – RƏSMİ + VİDEO

    “Vətəndaşların evdən çıxması ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər artıq öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

    Onun sözlərinə görə, hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək:

    “Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək.

    Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək”.

    Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, bu barədə yaxın saatlarda sərəncam veriləcək.

  • DİN rəsmisi: “Maska və əlcəksiz çölə çıxmaq qayda pozuntusudur”

    “Xüsusi karantin rejiminin qaydalarına görə, hər bir vətəndaş hətta çölə çıxmasına icazə olduqda belə, mütləq qaydada qoruyucu vasitələrdən istifadə etməlidir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

    Onun sözlərinə görə, bu, karantinin şərtləridir ki, mütləq qaydada çölə çıxarkən qoruyucu vasitələrdən istifadə olunmalıdır:

    “Karantin qaydalarının hər bir şərtinin pozulması inzibati məsuliyyət deməkdir. Polis əməkdaşı maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Bu, karantin rejiminin qaydalarını pozduğuna görədir.

    Çünki karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir”.

  • Faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlər haqqında QƏRAR

    Nazirlər Kabinetinin 119 nömrəli Qərarı Azərbaycan Respublikasında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsini nəzərdə tutur.

    İndiyə qədərki ödənişlərin miqdarı əvvəlki iqtisadi şəraitə uyğunlaşdırılmışdı. Bu səbəbdən həmin qiymətlər hazırki iqtisadi kontekstdə, ölkədəki mövcud iqtisadi artıma nisbətdə çox aşağıdır. Bu səbəbdən də mövcud ödəmə normativləri qanunsuzluqların qarşısını almağa, bu sahədə fəaliyyət göstərən subyektlərin məsuliyyətini artırmağa imkan vermir.

    Odur ki, bu qərar faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlərin miqdarını yeni iqtisadi şəraitə uyğunlaşdıracaq. Nəticədə yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq.

    Qərar təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi, mineral xammal bazasının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Bu Qərarın tətbiqi bu sahədəki qeyri-müəyyənliklərin hüquqi cəhətdən dəqiq həll edilməsinə də imkan yaradacaq.

  • Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında QƏRAR

    Nazirlər Kabinetinin 115 nömrəli Qərarı xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqındadır.

    Qanuna əsasən, xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi bayramlarda və təntənəli mərasimlərdə, eləcə də tarixi hadisələrə, görkəmli xadimlərə və milli qəhrəmanlara həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni ifa edilir.

    Xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə:

    – Dövlət Himni qəbul edən xarici dövlətin Himninin ifasından sonra ifa edilir;

    – Himnin musiqisinin hansı üsulla ifa olunmasından asılı olmayaraq, Himn tam və yalnız Azərbaycan dilində ifa edilir. Himnin ifası zamanı Himnin sözləri və musiqisi təhrif oluna bilməz;

    – Himn ifa olunan zaman səsin təzyiqi qəbul edən xarici dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na əsasən tənzimlənir;

    – Himn ifa olunan zaman Azərbaycan Respublikasının vətəndaşları Himni ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya Himni oxumalıdırlar; həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ayaq üstə, farağat vəziyyətdə Himni sona qədər dinləməlidirlər. Bu qayda yalnız sağlamlıq imkanı məhdud olan şəxslərə şamil olunmur.