Month: April 2020

  • Bakıda ekspress avtobuslarda sərnişin sıxlığı – VİDEO

    Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə istiqamət üzrə xüsusi ekspress avtobusları təşkil edilib. Lakin buna baxmayaraq, hələ də sərnişin sıxlığı müşahidə edilir.

    Oxu.Az xəbər verir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar yalnız metro stansiyalarının çıxışlarında olan təyin olunmuş məntəqələrdə dayanır. Avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərsə də, sərnişinlərin sayı kifayət qədər çoxdur. Bu isə insanlar arasında virusa yoluxma hallarının artmasına şərait yarada bilər.

    Qeyd edək ki, gündəlik xəttə çıxan avtobusların sayının sərnişin axınına uyğun olaraq tənzimlənməsi, zərurət yaranacağı halda böyüktutumlu (18 metr) avtobusların istismara buraxılacağı da nəzərdə tutulmuşdu.

  • Ряд запчастей для сельхозтехники освобожден от НДС

    В Азербайджане утвержден перечень запасных частей для сельскохозяйственной техники, которые освобождены от налога на добавленную стоимость (НДС).

    Соответствующее решение подписал премьер-министр Али Асадов.

    С перечнем запасных частей, освобожденных от НДС, можно ознакомиться по ссылке.

  • Baş nazirdən qərar – Bu texnikalar ƏDV-dən azad edildi

    “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı” təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı müəyyənləşib.

    Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların, digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq, traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri ƏDV-dən azad edilib.

    Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün işlənmiş yükləyici qurğuların, digər yükləyici qurğuların hissələri də siyahıya daxil edilib.

    Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınlarının hissələri də ƏDV-dən azad edilib. Lakin qazon və idman meydançaları üçün katokların hissələri istisna təşkil edir, yəni onlar bu siyahıda yer almır.

    Pres toplayıcılar, saman, quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması, döyülməsi üçün maşınlar, mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, kalibrlənməsi üçün maşınların hissələri ƏDV-dən azad olunan malların siyahısına düşüb.

    Qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisnadır.

  • Назначен новый заместитель Микаила Джаббарова

    Президент Азербайджана Ильхам Алиев накануне подписал распоряжение о назначении Сахиба Алекперова заместителем министра экономики.

    Как передает Median.Az со ссылкой на Report, ранее он занимал должность замминистра по налогам.

    Недавним распоряжением главы государства замминистра экономики Ширзад Абдуллаев был освобожден от занимаемой должности.

  • Mikayıl Cabbarova müavin təyin edildi

    İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, dünən Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin edilib.

    O, bundan əvvəl Vergilər nazirinin müavini olub.

    Qeyd edək ki, bir müddət əvvəl İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

  • В Астаре задержан наркоторговец

    Сотрудники Астаринского районного управления полиции изъяли из незаконного оборота около 4 кг наркотиков, а также психотропные вещества.

    Как говорится в сообщении пресс-службы МВД, с поличным был задержан житель села Санджаради Азер Алиев.

    Мужчина пытался продать 30 г опиума. В ходе обыска в его доме было обнаружено 3 кг 900 г опиума, 447 таблеток метадона, 35 г метамфетамина, а также электронные весы.

    По данному факту в следственном отделе Астаринского РУП проводится расследование.

  • Astarada narkotacir saxlanıldı: Evindən dörd kiloqramdan artıq narkotik çıxdı

    Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram narkotik vasitə – tiryəki satarkən cinayət başında saxlanılıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq, onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram narkotik vasitə olan tiryək, 447 ədəd narkotik tərkibli metadon həbi, 35 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

    Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

  • Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi

    Dünyada sürətlə yayılan koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən, müvafiq tədbirlərin görülməsinə başlanılıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəssisə və təşkilatlara müraciətində bildirilir.

    Qurum bəyan edib ki, dövlət dəstəyinin ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.

    “Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən, yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddətdə, lakin aprelin 7-nə qədər onlayn rejimdə təqdim edilməsini sizdən xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünya üzrə 936 170 nəfər koronavirusa yoluxub.

    Bu barədə Worldometers.info məlumat yayıb.

    Ölənlər 47 249 nəfər təşkil edir.

    Ümumi sağalanlar isə 194 578 nəfərdir.

  • В Гейгеле произошел пожар, есть пострадавший

    В селе Ени Зод Гейгельского района Азербайджана произошел пожар.

    Как говорится в сообщении МЧС, сгорели воспламеняющиеся конструкции одноэтажного трехкомнатного дома.

    Во время инцидента пострадал один человек.

    Расположенные вблизи дома были защищены от огня. Пожар потушен.