Month: April 2020

  • Evdə hazırlanan maskaların effektivliyi qiymətləndirildi

    Evdə hazırlanan maskalar, demək olar ki, ABŞ-ın tibb işçiləri üçün tövsiyə olunan N95 sinifli respirator qədər təsirli olur.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-dakı Argonne Milli Laboratoriyasının alimləri gəlib. Onların araşdırmaları “ACS Nano” jurnalının saytında yayımlanıb.

    Onların verdiyi məlumata görə, iki növ parça, məsələn, pambıq və ipəkdən olan maskalar aerozol hissəciklərinin 80-99 faiz qarşısını alır. Birqatlı maskalar ən pis nəticələr göstərib: mayenin ən kiçik hissəcikləri və havaya püskürən qatı maddələr boşluqlardan sərbəst keçib.

    Mütəxəssislər evdə hazırlanan və tibbi maskaların üzə uyğun olmasından asılı olaraq effektivliyini də qiymətləndirib. Dəri ilə qoruyucu maska arasında bir boşluq varsa, hissəcikləri süzmək qabiliyyəti bütün növ maskalarda demək olar ki, iki dəfə aşağı düşüb.

    Aprelin əvvəllərində amerikalı elm adamları tibb mütəxəssisləri üçün maskalardan təkrar istifadə etməyin yollarını tapıb. Qoruyucu vasitələrin dezinfeksiya edilməsi üçün üç ümumi metod müəyyən edilib: istilik, ultrabənövşəyi işıq və hidrogen peroksid buxarı (VPH).//publika,az

  • Vladimir Putin və Donald Tramp birgə bəyanatla çıxış ediblər

    Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp aprelin 25-də sovet və amerikan əsgərlərinin Elba çayı üzərindəki zədələnmiş körpüdə tarixi görüşünün 75 illiyi münasibətilə birgə bəyanatla çıxış ediblər.

    APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda bu hadisənin nasist rejimin həlledici məğlubiyyətinin ilk xəbərçisi olduğu bildirilib: “Elbadakı görüş 1942-ci ilin Birləşmiş Millətlər Deklarasiyası çərçivəsində bir çox ölkələrin və xalqların nəhəng səylərinin kuliminasiyası idi. Bu birgə mübarizə hərbi əməliyyatlarda milyonlarla əsgərin, dənizçinin və mülki əhalinin qurban edilməsini tələb edirdi. “Elbanın ruhu” ölkələrimizin ziddiyyəti bir kənara qoya bilməsinə, ümumi məqsəd üçün əməkdaşlıq və inam qurmasına nümunədir. Bu gün XXI əsrin daha ciddi çağırışları ilə mübarizə apararaq faşizmi məğlub etmək üçün birlikdə mübarizə aparanların hamısının şücaətinə və cəsarətinə hörmətlə yanaşırıq. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq”.

  • “iPhone” istifadəçilərinin məlumatları oğurlanıb? – İDDİA

    “iPhone” və “iPad”lərdə aşkar edilmiş bir texniki səhv hakerlər tərəfindən məlumatların oğurlanmasına səbəb ola bilər.

    “HaberGlobal” məlumat verir ki, bir təhlükəsizlik firmasının səhvi yarım milyarddan çox istifadəçinin məlumatlarının hakerlərin əlinə keçəcəyinə şərait yaradıb.

    “iPad”lərdə də tapılan texniki səhv San-Fransiskoda yerləşən “ZecOps” mobil təhlükəsizlik şirkəti tərəfindən 2019-cu ilin sonlarında müştəriyə edilən kiberhücumun araşdırılması zamanı aşkarlanıb.

    “ZecOps”un baş direktoru Zak Avraham bu texnikin səhvdən ən az altı kiber hücumda istifadə edildiyinə dair sübutların olduğunu deyib.

    “Apple”in bir nümayəndəsi “iPhone” və “iPad”lərdə elektron poçt üçün yaradılan proqram təminatında da texniki səhv olduğunu etiraf edib. Əməkdaş bildirib ki, şirkət növbəti yeniləmədə satacağı milyonlarla cihaz üçün düzəliş hazırlayır.

  • Снижение новых случаев COVID-19 зафиксировано в 46 штатах

    В 46 из 50 американских штатов количество новых случаев заболевания COVID-19, вызываемого новым коронавирусом, снижается.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом пресс-секретарь Белого дома Кейли Макинани заявила в субботу в эфире телеканала Fox News.

    “16 штатов страны объявили о планах снять ограничения. Остальные 34 штата заявили, что такие планы прорабатываются. В 46 штатах количество новых случаев возникновения симптомов COVID-19 (вызываемое новым коронавирусом заболевание – прим. ТАСС) снижается”, – информировала пресс-секретарь Белого дома.

    Она акцентировала внимание на том, что спешка в вопросе отмены санитарных ограничений контрпродуктивна. Администрация президента США Дональда Трампа подготовила рекомендации, которые призваны обеспечить нормализацию жизни в каждом из 50 штатов страны без урона здоровью жителей, отметила Макинани.

    На территории США в настоящее время работают лишь реализующие товары первой необходимости магазины и аптеки. Рестораны и кафе принимают заказы только навынос. Спортзалы, музеи, учебные заведения, кинозалы и театры закрыты.

  • ABŞ-ın 46 ştatında yeni yoluxma halları azalıb

    ABŞ-ın 50 ştatının 46-sında koronavirusa yeni yoluxma hallarının sayı azalıb.

    Median.Az xəbər verir ki, bunu “Fox News” telekanalına açıqlamasında Ağ Evin sözçüsü Keyli Makinani bildirib.

    “Ölkənin 16 ştatının rəhbərliyi məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır. Digər, 34 ştatın rəsmiləri bəyan edib ki, hazırda belə plan üzərində işləyirlər. 46 ştatda isə COVID-19-a yeni yoluxma hallarının sayı azalmaqdadır” – deyə Ağ Evin nümayəndəsi bildirib.

    Makinani qeyd edib ki, prezident administrasiyası ölkənin 50 ştatında həyatın normallaşmasını təmin edən tövsiyələr hazırlayıb.

    Hal hazırda ABŞ-da yalnız zəruri mal satan mağazalar və apteklər işləyir. Restoran və kafelər sifarişləri ancaq onlayn qəbul edirlər. İdman salonları, muzeylər, təhsil müəssisələri, kinoteatrlar və teatrlar bağlıdır.

  • Количество жертв коронавируса в Великобритании превысило 20 тыс.

    В Великобритании число скончавшихся от коронавируса превысило 20 тысяч человек, количество заболевших превысило 148 тысяч.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом свидетельствуют данные минздрава.

    За сутки от коронавируса в британских больницах скончались 813 человек, количество заболевших увеличилось на 4 913 человек. Общее число жертв составило 20 319 человек, заразившихся – 148 377.

    Напомним, что днем ранее эти показатели составляли 19 506 и 143 464 соответственно.

  • Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

    Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 813 nəfər artıb.

    Median.Az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

    Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 20 319 nəfər təşkil edir.

    Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 913 nəfər artaraq 148 377 nəfərə çatıb.

  • Avropanın ən sadiq futbolçuları – SİYAHI

    “Transfermarkt” saytı öz “Instagram” hesabında Avropanın Top-10 liqalarında klubuna ən sadiq futbolçuların infoqrafikasını yerləşdirib.

    “Report”un məlumatına görə, Rusiyanın MOİK klubunun qapıçısı İqor Akinfeyev reytinqdə ilk pilləni tutub.

    Moskva təmsilçisinin 34 yaşlı kapitanı 17 il 3 aydır sözügedən komandanın formasını geyinir.

    İkinci sırada Fransa “Sent-Etyen”inin müdafiəçisi Loik Perren qərarlaşıb – 16 il 9 ay. “Barselona”nın kapitanı Lionel Messi isə 16 il 3 aylıq müddətlə 3-cü olub.

    Klublarına ən sadiq futbolçuların sıralamasında ilk “onluq” aşağıdakı kimidir:

    1. İqor Akinfeyev (MOİK, Rusiya) – 17 il 3 ay

    2. Loik Perren (“Sent-Etyen”, Fransa) – 16 il 9 ay

    3. Lionel Messi (“Barselona”, İspaniya) – 16 il 3 ay

    4. Françesko Manyanelli (“Sassuolo”, İtaliya) – 14 il 9 ay

    5. Corco Kyellini (“Yuventus”, İtaliya) – 14 il 9 ay

    6. Serxio Ramos (“Real Madrid”, İspaniya) – 14 il 7 ay

    7. Semmi Bossyut (“Zulte Varegem”, Belçika) – 13 il 9 ay

    8. Bruno Soriano (“Vilyarreal”, İspaniya) – 13 il 9 ay

    9. Dieqo Lopes (“Espanyol”, İspaniya) – 13 il 9 ay

    10. Marselo (“Real Madrid”, İspaniya) – 13 il 3 ay

  • Hacıqabulda zəlzələ olub

    Aprelin 25-də yerli vaxtla saat 18:24-də Əli-Bayramlı stansiyasından 29 km cənubda Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

    AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan “Report”a verilən məlumata görə, zəlzələ 3,6 maqnituda gücündə baş verib.

    Zəlzələ hiss olunmayıb.

  • Koronavirusa yoluxmuş gənc futbolçu həyatda qalmaq üçün mübarizə aparır

    Koronavirusa yoluxmuş Fransanın “Monpelye” klubunun yarımmüdafiəçisi Junior Sambiya süni nəfəs aparatına qoşulub.

    “Le Parisien” nəşri xəbər verir ki, bu haqda 23 yaşlı yarımmüdafiəçinin agenti Frederik Gerra məlumat yayıb.

    J.Sambiyanın agenti bildirib ki, futbolçu diareya xəstəliyindən (ishal) əziyyət çəkdiyinə görə, xəstəxanaya yollanıb və ehtimal olunur ki, burada koronavirusa yoluxub.

    Qeyd edək ki, Fransada 159 828 nəfərin koronavirus testi müsbət çıxıb, 22 245 xəstə koronavirusun qurbanı olub. Sağalanların sayı isə 43 mindən çoxdur.