Month: April 2020

  • Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

    Leyla Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.

    Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.

    Fətvaya görə, bu il Azərbaycanda Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək.

  • Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? – RƏSMİ

    Vətəndaş iddia edir ki, karantin rejimi dövründə ona əlcək və maskadan istifadə etmədiyi üçün cərimə yazılıb.

    Mməsələ ilə bağlı həmin şəxs redaksiyamıza müraciət edib.

    Onun iddiasına görə, tərtib edilən protokolda maska və əlcəkdən istifadə etmədiyi üçün cərimə olunduğu qeyd edilib:

    “Cərimə Xətai rayonunun ərazisində yazılıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi Əliyev Elxan Əhliman oğlu tərəfindən protokol tərtib olundu. Mənə bildirildi ki, çölə çıxarkən qoruyucu vasitələrdən istifadə etməmək karantin rejiminin pozulması hesab olunur və inzibati məsuliyyət yaradır. Hazırda məndən yazılan cəriməni ödəməyim tələb olunur”.

    Qeyd edək ki, protokol 3 aprel 2020-ci il tarixində yazılıb. Elə həmin tarixdə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mediada çıxışı zamanı maska və əlcək istifadə etmədikləri üçün polis əməkdaşları tərəfindən vətəndaşlara cərimə tətbiq olunmayacağını deyib. O bildirib ki, polis əməkdaşları vətəndaşlara qoruyucu vasitələrdən istifadəni yalnız tövsiyə edə bilər.

    Bəs, vətəndaşlara sırf maska və əlcək taxılmadığı üçün yazılan cərimələr ödənilməlidir, yoxsa yox?

    Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hər bir vətəndaş ona yazılan protokolla bağlı narazılığını dilə gətirə, şikayət edə bilər:

    “Karantin qaydalarının pozulmasına dair yazılan protokollardan narazı olan vətəndaşlar varsa, şikayət ərizəsi ilə müraciət edə bilərlər. Verilən şikayət əsasında məsələyə baxılaraq, araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə uyğun olaraq, qərar veriləcək”.

    Xatırladaq ki, ölkə ərazisində karantin rejimi çərçivəsində tətbiq olunan qaydaların pozulmasına görə, vətəndaşlara cərimə tətbiq edilir. Müvafiq qaydalar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təsdiq edilmiş qərarlarda öz əksini tapıb.


    /oxu.az/

  • ВОЗ: В Азербайджане COVID-19 будут выявлять посредством экспресс-тестов

    В Азербайджане для выявления коронавируса будут применяться экспресс-тесты.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на онлайн-брифинге 24 апреля сказала специалист Всемирной организации здравоохранения (ВОЗ) Джавахир Сулейманова.

    По ее словам, это позволит провести обследование за 45 минут.

    Специалист также отметила, что в Азербайджане создана уникальная система по проведению тестов на коронавирус.

    “У граждан берутся образцы, которые машинами скорой помощи доставляются в лаборатории. Это дает возможность защитить неинфицированных от возможного заражения коронавирусом, так как им не нужно ехать напрямую в медучреждение”, – сказала Д.Сулейманова.

    По ее словам, ответ теста должен быть готов в течение шести-семи часов после доставки образцов в лабораторию.

  • Azərbaycanda koronavirusa görə ekspress testlər tətbiq olunacaq – RƏSMİ

    “Azərbaycanda koronavirusun müəyyən edilməsi üçün ekspress testlər tətbiq olunacaq”.

    Bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Cəvahir Süleymanova bildirib.

    O qeyd edib ki, bu testlər vasitəsilə 45 dəqiqə ərzində müayinə aparmaq mümkün olacaq.

    Mütəxəssis qeyd edib ki, Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb:

    “İnsanlardan nümunələr götürülür və təcili tibbi yardım maşınları ilə laboratoriyalara çatdırılır. Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. İnsanda virus yoxdursa, birbaşa xəstəxanaya getməməsi onu qoruyur”.

    “Test laboratoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində testin cavabı verilməlidir”, – deyə C.Süleymanova qeyd edib.

  • Представитель ВОЗ предупредила о возможности повторной вспышки коронавирусной инфекции

    Коронавирус продолжает распространяться по территории Азербайджана. Если полностью отменить карантинный режим, то не исключена новая вспышка инфекции.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на онлайн-брифинге 24 апреля сказала глава представительства Всемирной организации здравоохранения (ВОЗ) в Азербайджане Ханде Харманджи

    “Принимаемые в Азербайджане меры по изоляции способствовали снижению уровня заболеваемости. Мы не наблюдаем здесь широкого распространения инфекции. Однако есть необходимость в подготовке к очередной волне заболевания”, – сказала глава представительства.

  • Azərbaycanda koronavirus yenidən alovlana bilər – XƏBƏRDARLIQ

    “Azərbaycanda koronavirus bitməyib. Əgər karantin tamamilə aradan qaldırılsa, xəstəlik yenidən alovlana bilər”.

    Bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

    Onun sözlərinə görə, insanların gigiyenik qaydalara ən azı bu ilin sonuna qədər ciddi şəkildə əməl etmələri vacibdir:

    “Azərbaycanda aparılan izolyasiya tədbirləri xəstəlik sayında azalmalara səbəb olub. Xəstəliyin sürətlə artmadığını görürük. Növbəti dalğaya hazır olmaq üçün sistemlərin gücləndirilməsinə ehtiyac var”.
    /oxu.az/

  • Oğuzda gəlin 73 yaşlı qayınatasını döydü

    Oğuzda gəlin 73 yaşlı qayınatasına xəsarət yetirib.

    Report-un məlumatına görə, bu gün səhər saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin Şıxəli Qurbanov küçəsində yaşayan – 1947-ci il təvəllüdlü İsgəndər Ağayev daxil olub.

    Müayinə zamanı yaşlı kişiyə başın digər nahiyələrinin açıq yaraları və əlin sıyrıqları diaqnozu qoyulub.

    Araşdırma zamanı İ.Ağayev bildirib ki, ailə münaqişəsi zamanı gəlini tərəfindən döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Почему не приходят SMS о начислении единовременной выплаты? – ВИДЕО

    В Азербайджане некоторые граждане все еще не получили SMS о начислении им единовременной выплаты в размере 190 манатов. В Государственной службе занятости считают, что это происходит из-за того, что при регистрации допускаются ошибки при вводе номера мобильного телефона. Поэтому SMS отправляются другим лицам.

    Подробнее об этом рассказывается в сюжете передачи Günə Doğru на ARB TV.

  • 190 manatı almaq istəyənlərin nəzərinə: Mesaj səhv göndərilir? – VİDEO

    Hələ də 190 manat birdəfəlik ödəmənin təyini ilə bağlı xəbərdarlıq sms-ni almayanlar var. Bu, o zaman baş verir ki, vətəndaş qeydiyyatdan keçən zaman mobil nömrənin rəqəmlərindən birini və ya bir neçəsini səhv yazır. Nəticədə, xəbərdarlıq SMS-i başqa şəxsin telefonuna göndərilir.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

    Son vaxtlar bu cür müraciətlər çoxalıb. Vətəndaşa birdəfəlik ödəmənin təyin olunması ilə bağlı SMS göndərilir, amma orada başqa adamın adı, soyadı qeyd olunur. Dövlət Məşğulluq Xidməti bunu vətəndaşların qeydiyyatdan keçən zaman öz mobil nömrələrini elektron sistem üzərindən səhv qeyd etmələri ilə əlaqələndirir. Bir rəqəmin belə səhv qeyd olunması təyinat barədə SMS-in başqa adama getməsi ilə nəticələnir.

  • В Азербайджане сохранится дождливая погода

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 25 апреля.

    В Баку и на Абшеронском полуострове прогнозируется дождливая погода, гроза, умеренный южный ветер.

    Температура воздуха на Абшероне составит ночью 7-9, днем – 11-15, в Баку ночью – 7-9, днем – 12-14 градусов тепла.

    Атмосферное давление снизится с 764 до 756 мм ртутного столба, относительная влажность – 75-85%.

    В ряде районов Азербайджана ожидаются дожди, в горах – снег, местами осадки могут принять интенсивный характер, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 3-7, днем – 11-16 градусов тепла, в горах ночью – 3-8 градусов мороза, днем – от 2 градусов мороза до 3 градусов тепла.