Month: April 2020

  • Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

    Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Продлено время работы почтовых отделений

    Время работы почтовых отделений ООО “Азерпочт” (за исключением сельских), действующих при Министерстве транспорта, связи и высоких технологий Азербайджана, продлено на час.

    Как сообщили АПА в министерстве, целью этого шага является дальнейшее повышение уровня обслуживания населения, обеспечение оперативности в процессе выдачи единовременной выплаты малоимущим гражданам и безработным.

    Почтовые отделения в Баку и регионах будут обслуживать граждан ежедневно, в том числе по воскресеньям, с 09:00 до 18:00.

    Центры обслуживания “Шебеке” в Сумгайыте, Джалилабаде, Загатале и Агдаше будут работать в том же режиме. Сельские почтовые отделения – с 09:00 до 17:00.

  • Poçt şöbələrinin iş vaxtı uzadıldı

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı bir saat uzadılıb.

    Nazirlikdən verilən məlumata görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

    Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla, hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək.

    Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq.

    Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq, saat 09:00-dan 17:00-dək işləyəcək.

  • В Гяндже наказан автохулиган – ФОТО

    В Гяндже наказан автохулиган.

    Как сообщили в Гянджинской региональной группе пресс-службы
    МВД, установлено, что 31-летний житель города Эльшан Аскеров на автомобиле ВАЗ-21705 в разное время грубо нарушил правила дорожного движения и создал угрозу другим водителям.

    Составленный сотрудниками отдела дорожной полиции Главного управления полиции Гянджи административный протокол был направлен в суд, решением которого Э.Аскеров арестован на 15 суток.



  • Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu – FOTO

    Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq, barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

    Araşdırmalarla Gəncə şəhər sakini 31 yaşlı Elşən Əsgərovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etdiyi məlum olub.

    “VAZ 21705” markalı avtomobili idarə edərək, yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə E.Əsgərov 15 gün müddətə inzibati qaydada həbs edilib.



  • Президент Ильхам Алиев принял участие в открытии магистрального газопровода, проложенного в Сумгайыт – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 24 апреля принял участие в открытии на территории Абшеронского района магистрального газопровода, проложенного из села Агдере Хызынского района в город Сумгайыт.

    Об этом сообщает АЗЕРТАДЖ.















  • İlham Əliyev magistral qaz kəmərinin açılışında – FOTO

    Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.















  • В Азербайджане семейная пара врачей заразилась коронавирусом – ФОТО

    Заведующий отделением инфекционных болезней Клинической больницы №3 Баку Намиг Набиев заразился коронавирусом.

    Как заявил Oxu.Az врач, в настоящее время он чувствует себя хорошо.

    “С февраля я работал в инфекционных отделениях больниц Гобустанского, Нефтчалинского, Джалилабадского, Астаринского, Билясуварского районов, а также Баку.

    Приблизительно 10 дней назад я почувствовал себя плохо, температура у меня поднялась выше 37 градусов. Правда, я не обратил на это внимания. Подумал, что, скорее всего, заболел обычным гриппом.

    Со временем симптомы обострились. Я принял профилактические меры, но это не помогло. 18 апреля я сдал в больнице анализы”, – сказал Н.Набиев.

    “Моя жена тоже работает в Клинической больнице №3 Баку. Она является заведующей отделением по переливанию крови. Вместе мы еще раз сдали анализы, и коронавирус подтвердился у обоих.

    Наши близкие также прошли обследование. Ответы их анализов оказались отрицательными. В настоящее время мы проходим лечение и надеемся на скорое выздоровление”, – сказал врач.


  • Azərbaycanda daha bir həkim və arvadı koronavirusa yoluxdu – AÇIQLAMA + FOTO

    Koronavirusla mübarizəyə qoşulan həkimlərimiz arasında da bu virusa tutulanlar var.

    Onlardan biri 3 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion şöbəsinin müdiri Namiq Nabiyevdir.

    O, Oxu.Az-a açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

    “Fevral ayından başlayaraq, Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, Bakı və Bakı ətrafı rayon xəstəxanalarının infeksion qəbulu şöbəsində aktiv çalışmışam. Təxminən 10 gün bundan əvvəl gördüm ki, halsızam, temperaturum var.

    Tibb bacılarının birindən termometr istədim və temperaturum 37 dərəcədən yüksək çıxdı. Düzü, fikir vermədim. Fikirləşdim ki, yəqin, adi qrip oluram. Getdikcə ağrılarım kəskinləşir, profilaktik tədbirlər görülsə də, durmadan artırdı. Aprelin 18-də xəstəxanada analiz verdim”.

    Həkim bildirib ki, özündə yaranan narahatlıqdan çıxmaq üçün ayın 20-də Referans Klinik Laboratoriya Mərkəzinə müraciət edib:

    “Mənim həyat yoldaşım da 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir. Onunla birlikdə yeni analiz verdik. Daha sonra laboratoriya mərkəzindən zəng edib bildirdilər ki, çox təəssüf ki, həyat yoldaşınızda və sizdə cavab müsbət çıxdı.

    Yoldaşımla həmişə çalışırdıq ki, uşaqlardan aralı qalaq. Demək olar ki, ailə üzvlərimizlə əlaqə saxlamırıq. Buna baxmayaraq, onlar da müayinədən keçirildi. Cavablar mənfidir. Hazırda müalicə alırıq, inşallah, tezliklə sağalarıq”.


  • Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

    Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

    Düşən yağıntının miqdarı Lənkəranda 27 mm (aylıq normanın 48 faizi), Sarıbaş (Qax), Astarada 25 mm, Daşkəsəndə 21 mm, Tərtərdə 20 mm, Göygöl, İsmayıllıda 19 mm, Yardımlı, Ağsu, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Göyçayda 16 mm (aylıq normanın 32 faizi), Mingəçevirdə 25 mm (aylıq normanın 73 faizi), Zərdabda 16 mm (aylıq normanın 52 faizi), Kürdəmirdə 16 mm (aylıq normanın 46 faizi), Şəki, Beyləqanda 16 mm (aylıq normanın 52 faizi), Gədəbəydə 16 mm, Biləsuvarda 15 mm (aylıq normanın 44 faizi), Ağdərə (Ordubad), Zaqatalada 15 mm-ə çatıb.

    Həmçinin, düşən yağıntı miqdarı Sabirabadda 14 mm (aylıq normanın 44 faizi), Bərdə, Ağstafa, Naftalan, Kişçay (Şəki), Şahbuz, Şəmkir, Oğuzda 14 mm, Yevlax, Göytəpədə 13 mm, Neftçala, Tovuz, İmişlidə 12 mm, Ordubad, Gəncə, Balakəndə 11 mm, Xaltan, Qrız, Mərəzə, Lerik, Salyan, Cəfərxan, Xınalıq, Şərur, Qusar, Altıağac, Ağdam, Şahdağ, Ceyrançöl, Qazıməmməd, Culfa, Xaçmaz, Naxçıvan, Şabran, Qubada 2-10 mm, Sumqayıt, Bakı, Binədə 4 mm, Zabrat, Maştağada 3 mm, Pirallahıda 2 mm, Çilov adası, Neft Daşlarında 1 mm olub. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax), Əlibəydə (Şəki) 26 sm, Daşkəsəndə 23 sm, Qrızda 13 sm, Xınalıq, Gədəbəydə 12 sm, Kişçayda (Şəki) 8 sm, Şahdağda 6 sm, Ağdərədə 3 sm, Altıağac, Xaltanda 2 sm olub.

    Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Abşeron yarımadası və Abşeron rayonunda 15-20 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 9-11, aran rayonlarında 9-15, dağlıq rayonlarda 0-2, Naxçıvan MR-da 14-19 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.