Month: April 2020

  • Шахрияр Мамедъяров примет участие в онлайн-сеансе одновременной игры в шахматы

    Азербайджанский гроссмейстер Шахрияр Мамедъяров 3 мая примет участие в сеансе одновременной игры в шахматы, организованном US Chess Hub на сайте chess.com.

    Его соперниками станут 20 игроков.

    Сеанс будет транслироваться в прямом эфире посредством программы Zoom. Соперники Мамедъярова будут играть по системе 45 минут + 10 секунд, сам гроссмейстер – 90 минут + 10 секунд.

    Регистрация для желающих сыграть с азербайджанским шахматистом продлится до 2 мая.

  • Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq

    Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov ABŞ-ın “US Chess Hub” təşkilatı tərəfindən təşkil edilən və chess.com saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

    Şahmatçımız maksimum 20 nəfərlə oynayacaq. Onun rəqiblərindən dörd nəfər ABŞ Şahmat Federasiyasının reytinqi ilə 2300, 2200, 2100 və 2000-ci xalı olan, digər 16 nəfər isə 2000-dən aşağı xala malik şahmatçı olacaq.

    Həmin 20 nəfər 45 dəqiqə + 10 saniyə, Məmmədyarov isə 90 dəqiqə + 10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq.

    Həmin mərhələ “Zoom” proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı, ABŞ-da yaşayan digər qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

    Yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda ABŞ-da yaşayır və məşqçilik karyerasında böyük nailiyyətlərə imza atıb.

    Qeyd edək ki, sözügedən seans mayın 3-də baş tutacaq. Yarış ABŞ-ın Sietl şəhərinin vaxtı ilə saat 09:00-da başlayacaq. Şahmatçımızla oynamaq və bu seansda iştirak etmək arzulayanlar üçün qeydiyyat mayın 2-dək davam edəcək.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Məhəmməd Əhmədbəyli Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, ötən gün Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyevin işdən azad olunması barədə məlumat yaymışdıq.

  • На рынке недвижимости ожидается снижение цен – ВИДЕО

    В настоящее время на рынке недвижимости в Азербайджане наблюдается застой.

    Несмотря на достаточное предложение, покупатели заняли выжидательную позицию.

    Эксперты считают, что сейчас не самое подходящее время для покупки домов и квартир. По их мнению, на рынке недвижимости будет снижение цен.

    Подробнее – в сюжете Baku TV.

  • Mənzil bazarında kəskin ucuzlaşma gözlənilir – VİDEO

    Hazırda durğunluq dövrünü yaşayan sahələrdən biri də daşınmaz əmlak bazarıdır.

    Əmlak təklifi kifayət qədər olsa da, alıcılar hələlik gözləmə mövqeyindədirlər.

    Ekspertlər hesab edir ki, indi əmlak almağa qərar vermək üçün uyğun vaxt deyil. Mövcud qiymət təklifləri alıcının diqqətini çəkmir.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Bakıda üç otaqlı ev yanıb

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik köməkçi tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Роттердам готов принять Евровидение в 2021-ом году

    Члены городского совета Роттердама в четверг проголосовали за то, чтобы принять конкурс “Евровидение” в 2021-ом году.

    Как сообщает портал NL Times, конкурс планируется провести в том же месте, что и в этом году – в концертном зале Ahoy. Организаторы намерены потратить дополнительные 6,7 миллиона евро, чтобы покрыть расходы на аренду зала, дополнительную охрану и рекламные вывески.

    Издание отмечает, что на планировавшийся в 2020-ом году конкурс Роттердам уже потратил около 15 миллионов евро.

    Организаторы “Евровидения” отменили конкурс в Роттердаме в этом году в связи с угрозой распространения коронавируса. Позднее было принято решение, что участники должны будут выступить в 2021-ом году с новыми песнями.

  • Rotterdam “Avroviziya” yarışmasına 2021-ci ildə ev sahibliyi etməyə hazırdır

    Aprelin 23-ü Rotterdamın Şəhər şurasının üzvləri “Avroviziya” yarışmasını 2021-ci ildə keçirməklə bağlı qərar qəbul edib.

    “NL Times” xəbər verir ki, konkurs planlaşdırıldığı kimi “Ahoy” konsert zalında keçiriləcək.

    Təşkilatçılar əlavə olaraq 6,7 milyon avro xərcləməyə hazırdır. Xatırladaq ki, keçirilməsi 2020-ci ildə nəzərdə tutulan yarışma üçün Rotterdam artıq 15 milyon avro xərcləyib.

    Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə “Avroviziya” yarışması təxirə salınmışdı. Daha sonra iştirakçıların 2021-ci ildə yeni mahnılarla çıxış etməsi barədə qərar qəbul edilmişdi.

  • Выявлено новое осложнение коронавируса

    Тромбоз, который считают еще одним осложнением коронавируса, был выявлен у части заболевших. У них происходило загущение крови, в сосудах образовывались тромбы.

    Это, в свою очередь, оказывало влияние на дыхательные функции организма и обоняние.

    Как сообщает MedicalXpress, это выявили исследователи Университета Алабамы и медицинского комплекса Бет-Изрейел в Нью-Йорке, где специалист Хуман Пур обратил внимание, что у жалующихся на проблемы с дыханием пациентов появлялись сгустки крови.

    Доктор Джина Марраццо считает, что появление данных сгустков может говорить о заражении коронавирусом еще до результатов тестирования.

    Пока что ученые не могут объяснить связь между коронавирусом и тромбообразованием, но ясно, что она есть.

  • Koronavirusun daha bir fəsadı aşkar edildi

    Koronavirusa yoluxan insanların bir hissəsində tromboz aşkar edilib.

    “MedicalXpress” jurnalı xəbər verir ki, onların qanı qatılaşmağa başlayır və damarlarda tromblar formalaşır. Bu isə öz növbəsində orqanizmin tənəffüs funksiyasına və iybilmə qabiliyyətinə təsir edir.

    Bu haqda məlumatı Alabama universitetinin və Nyu-Yorkda yerləşən Bet-İzreyel tibbi kompleksinin araşdırmaçıları verib.

    Mütəxəssislərin fikrincə qanın laxtalaşması koronavirusa yoluxma simptomu kimi qəbul edilə bilər.