Month: May 2020

  • “EuroHome” ticarət mərkəzi yenidən yanır

    “EuroHome” tikinti materialları bazarı yanır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

    Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • Календарь и молитва восемнадцатого дня месяца Рамазан

    Завтра восемнадцатый день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 12 мая – в 03:43, а время ифтара – в 20:02.

    Молитва, читаемая после имсака:

    “Аллахумма наббихни фихи либаракяти асхарих уа наввир фихи кальби бидийа‘и анварих уа хуз бикулли а’даи иля иттибаи асарихБинурика йа мунаввара кулюбиль арифин”.

    Перевод:

    “Во имя Аллаха, Всемилостивого и Милосердного.
    О Аллах! В этот день пробуди меня для познания благости священного предрассветного часа и озари мое сердце сиянием его лучей, сделай покорными душу и тело мое. Во имя Твоего света, о озаряющий сердца познавших!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının 18-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 18-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 12-də imsak vaxtı saat 03:43-də, iftar vaxtı isə 20:02-dədir.

    18-ci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”.

    Tərcüməsi: “İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Bakıda karantin rejimi ilə bağlı quraşdırılmış postların sayı azaldılır

    Bakıda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə quraşdırılmış postların sayı azaldılacaq.

    Prosesə sabahdan etibarən start veriləcək.

    Postların sayının azaldılması ilə bərabər, piyada naryadların sayının artırılması da nəzərdə tutulub.

    Qeyd edək ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri artıq bununla bağlı müxtəlif şərhlər yazaraq şəhərin bir çox ərazilərində postların yığışdırıldığını bildiriblər.

  • США заподозрили китайских хакеров в попытке кражи данных о вакцине от COVID-19

    Федеральное бюро расследований и Департамент национальной безопасности США заподозрили китайских хакеров в попытке украсть данные о вакцине против COVID-19, полученные американскими учеными в результате исследований.

    Как сообщает The New York Times, Китаю планируется в ближайшее время вынести публичное предупреждение.

    Согласно информации, власти США намерены обвинить КНР в поиске “связанных с вакцинами, лечением и тестированием ценных данных из области интеллектуальной собственности и здравоохранения с помощью незаконных средств”.

    Кроме того, отмечается, что решение обвинить китайских хакеров в попытке кражи информации является частью более широкой стратегии сдерживания, в которую также вовлечены киберкомандование США и Агентство национальной безопасности.

    Готовящееся предупреждение также может расцениваться, как повторение серии попыток администрации президента США Дональда Трампа обвинить Китай в распространении коронавируса и использовании последствий пандемии.

  • Gəncədə yeniyetmə qız zəhərlənib

    Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsgəndər Məmmədov küçəsində baş verib.

    2004-cü il təvəllüdlü Cabbarlı Günay Coşqun qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, 16 yaşlı G.Cabbarlı sevgilisi ilə mübahisə etdikdən sonra sirkə turşusu içib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Кюрдемире выстрелили в беременную женщину

    В Кюрдемирском районе произошел вооруженный инцидент.

    Как передает Report, случай был зафиксирован в селе Сыгырлы.

    20-летняя жительница села Кенуль Мовлаева Ибрагим гызы получила огнестрельное ранение во дворе своего дома при неизвестных обстоятельствах.

    Пострадавшую отвезли в Центральную больницу Кюрдемирского района. Врачи оценивают состояние К.Мовлаевой как тяжелое.

    В настоящее время сотрудники районного отдела полиции проводят расследование по факту.

    Отметим, что К.Мовлаева находится на втором месяце беременности.

  • Kürdəmirdə gənc qadın güllə xəsarəti alıb

    Kürdəmir rayonunda silahlı insident olub.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

    Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

    Hazırda rayon Kürdəmir Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

    Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.

  • ВОЗ заявила, что большинство зараженных COVID-19 переносят болезнь тяжело

    Исследования на антитела к COVID-19 показывают, что большинство зараженных коронавирусом болеют в тяжелой форме.

    Как сообщает РИА Новости, об этом заявил на брифинге в Женеве директор программы ВОЗ по чрезвычайным ситуациям в области здравоохранения Майкл Райан.

    По его словам, предварительные результаты исследований показывают, что среди общего количества инфицированных преобладает число тех, кто переносит болезнь тяжело.

    Он призвал мировое сообщество усилить меры предотвращения заболеваемости COVID-19 c учетом этих данных.

  • Azərbaycanda yalnız bu halda karantin yenidən yumşaldılacaq – RƏSMİ

    Karantin rejiminin yumşaldılmasından sonra ölkədə vətəndaşların hərəkəti çoxaldı. Biz həkim olaraq canlanmadan qorxuruq”.

    Median.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O qeyd edib ki, insanlar karantin rejiminin yumşaldılmasını gözləyir, amma bunun üçün qaydalara riayət edilməlidir: “Bizə ən çox 65 yaşdan yuxarı şəxslərin nə zaman evdən çıxması, yaşayış yerini tərk etmək üçün icazənin ləğvi və imtahanlarla bağlı suallar verilir. Eyni zamanda, ticarət mərkəzlərinin və digər obyektlərin açılmasını gözləyirlər. Operativ qərargah tərəfindən bu qərarlar hələ verilməyib. Bunlar hazırda qəbul etdiyimiz yumşaldılmaların nəticələrindən asılıdır. İnsanlar qaydalara riayət etməlidir. Elə düşünməsinlər ki, biz vətəndaşların qapalı yaşamasını istəyirik. Onlar bizə kömək etməsə, biz yumşaltmaya gedə bilmərik”.

    Y.Qarayeva vurğulayıb ki, xüsusi karantin rejiminin yumşaldılmasına getmədən öncə TƏBİB-in İşçi qrupu tərəfindən yeni qaydalar hazırlanır: “Bu işin üzərində ciddi çalışırıq. Biz görəndə ki, qaydalara riayət edilmir, məyus oluruq”.//oxu.az