Month: May 2020

  • В Азербайджане BMW столкнули с обрыва – ВИДЕО

    В соцсетях распространилось видео, на котором BMW сталкивает с обрыва другой автомобиль этой же марки.

    Информации о месте, где это происходило, нет.

    За кадром слышно, как кто-то дает водителю указания.

    Предлагаем вниманию читателей данное видео.

  • Azərbaycanda avtomobili dərədən belə aşırdılar – VİDEO

    Sosial şəbəkədə BMW markalı avtomobilin dərədən aşırılmasının görüntüləri yayılıb.

    Hadisənin dəqiq harada baş verdiyi məlum deyil.

    Videoda BMW-nin digər eyni markalı avtomobili qəsdən vuraraq, dərədən aşırması görünür.

    Videonu çəkən şəxs isə sürücüyə bunu etməklə bağlı göstəriş verib.

    Həmin görüntüləri təqdim edirik:

  • Метро Баку возобновило работу после технического сбоя – ВИДЕО

    Утром 12 мая работа бакинского метрополитена была приостановлена из-за неисправности, обнаруженной в одном из поездов.

    Об этом сообщил руководитель пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов.

    “После завершения ночных профилактических работ в метро в последнем техническом поезде возникла неисправность. После ее устранения была проведена проверка путей в соответствии с инструкцией. В настоящее время на линии выпущены все поезда, с 08:00 станции открыты для пассажиров”, – сказал он.

    Напомним, в соответствии с решением оперативного штаба при Кабинете министров работа бакинского метрополитена возобновилась 9 мая, в 06:00.

  • Bakı metrosu fəaliyyətini bərpa etdi – YENİLƏNİB + VİDEO

    Bakı metrosu texniki nasazlıq səbəbindən iki saat bağlı olub.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, metronun səhər saatlarında bağlı olması təsərrüfat qatarında yaranan problemlə bağlı olub:

    “Bakı Metropoliteni”ndə gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra “Bakı Metropoliteni”nin xətləri təlimat tələblərinə uyğun olaraq təkrar yoxlanılıb. Artıq elektrik qatarları xəttə buraxılıb və stansiyalar sərnişinlərin girişinə açılıb”.

    * * * * *

    “Bakı Metropoliteni” bu gün səhər saatlarından etibarən yenidən fəaliyyətini dayandırıb. Buna səbəb metropolitendə yaranan texniki nasazlıqdır.

    Bu barədə Baku TV-nin əməkdaşına metropolitendə xidmət aparan polis əməkdaşları məlumat verib.

    Bildirilib ki, metro bu gün səhərdən etibarən yaranmış texniki nasazlıq səbəbindən bir neçə saatlıq fəaliyyətini dayandırıb. Hazırda nazaslığın aradan qaldırılması istiqamətində iş aparılır.

    Metronun fəaliyyətinin bir neçə saat ərzində yenidən bərpa ediləcəyi qeyd edilib.

    Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Bakı metrosu martın 31-dən etibarən fəaliyyətini müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Mayın 9-dan etibarən isə karantin rejiminin yumşaldılması planına əsasən, metronun fəaliyyəti yenidən bərpa edilmişdi.

  • İsti hava koronavirusu dayandıracaqmı? – İki yeni araşdırmanın nəticələri

    ABŞ və Kanadada aparılan iki müxtəlif araşdırmanın nəticələrinə görə, havanın temperaturunun yüksəlməsi koronavirusun yayılmasını cilovlamayacaq.

    “HaberGlobal” məlumat verir ki, ABŞ-ın MİT (Massachusetts Institute of Technology) və Kanadanın Toronto Universitetinin elmi işçiləri tərəfindən aparılan iki fərqli araşdırma isti havanın yeni növ koronavirusun yayılması və yoluxma qabiliyyətində bir dəyişiklik yaratmadığını ortaya qoyub.

    Tədqiqatçılar 25 dərəcədən yuxarı havanın hərarətinin hər yarım dərəcə artımı üçün çirklənmə riskinin yalnız 1,5 faiz azaldığını açıqlayıblar.

    Toronto Universitetinin tədqiqatçıları mart ayından ABŞ və Kanadada 375 600-dən çox COVID-19-a yoluxma hadisəsini araşdırıblar. Onlar temperatur, rütubət, məktəblərin bağlanması, kütləvi görüşlərin məhdudlaşdırılması və sosial məsafənin xəstəliyin yayılmasına təsirini müqayisə ediblər.

    Kanada Tibb Birliyinin yayımladığı araşdırma nəicələrində havanın istiliyinin artması ilə koronavirusa yoluxma hallarının azalması arasında ciddi əlaqə tapılmayıb.

    ABŞ tədqiqatçıları Kanada alimləri ilə oxşar nəticəyə gəliblər. Tədqiqatçılar dekabrdan aprelədək 3 700-dən çox yerdə virusun ötürülməsi və hava statistikası ilə bağlı məlumatları təhlil ediblər.

    Tədqiqat 25 dərəcədən yuxarı hər 0,556°C artım üçün yayılmada təxminən 1,5 faiz azalma olduğunu göstərib.

  • В Париже каждому жителю предоставят многоразовую защитную маску

    Парижская мэрия призвала жителей города заполнить онлайн-форму на своем сайте для получения бесплатной маски многоразового использования в аптеках, передает РИА Новости.

    Понедельник, 11 мая, во Франции стал первым днем постепенного снятия ограничений, введенных на фоне эпидемии коронавируса. В стране начали открываться школы, магазины одежды, торговые центры (кроме Парижа) парикмахерские, книжные, цветочные салоны. При этом кафе, бары и рестораны, пляжи и парки в больших городах остаются закрытыми до нового распоряжения властей.

    Как сообщали ранее французские власти, ношение маски в общественном транспорте становится обязательным, за нарушение этой нормы предусмотрен штраф в размере 135 евро (примерно 250 манатов – ред.).

    “Мэрия Парижа предоставляет в ваше распоряжение моющуюся тканевую маску. С понедельника 11 мая мы приглашаем вас прийти и забрать вашу маску и маски для членов вашей семьи старше 11 лет бесплатно в аптеках”, – говорится на сайте мэрии города.

  • Bu şəhərin bütün sakinləri təkrar istifadə edilən tibbi maska ​​ilə təmin olunacaq

    Paris Bələdiyyəsi sakinləri apteklərdən təkrar istifadə oluna bilən maskaları pulsuz əldə etmələri üçün onlayn qeydiyyatdan keçməyə çağırıb.

    “RİA Novosti” xəbər verir ki, 11 yaşından böyük bütün parislilər pulsuz tibbi maska ilə təmin ediləcək.

    Fransada mayın 11-dən koronavirus epidemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılmasına başlanılıb.

    Ölkədə məktəblər, geyim mağazaları, ticarət mərkəzləri (Paris istisna olmaqla), bərbərlər, kitab mağazaları, gül salonları açılmağa başlayıb. Eyni zamanda, böyük şəhərlərdəki kafe, bar, restoran, çimərliklər və parklar hakimiyyətin yeni qərarına qədər bağlı qalacaq.

    Fransa hakimiyyət orqanlarının daha əvvəl bildirdiyinə görə, ictimai nəqliyyatda maska taxmaq məcburidir, bu qaydanı pozanlar üçün 135 avro (təxminən 249 AZN) cərimə nəzərdə tutulur.

  • Azərbaycanda daha iki bank bağlandı – RƏSMİ

    Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

    Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları ləğv edilib.

    Bununla bağlı Mərkəzi Bank məlumat yayıb.

    Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb.

    “NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub.

    “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır.

    Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.

    “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olub.

    30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

    Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən, “AGBank” ASC-nin və “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən, “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

    Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır.

    Lisenziyası geri alınmış dörd bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

    Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də, əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.

    Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib.

    Mayın 1-dən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq tam kompensasiya olunacaq.

    Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.

    Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcək.

  • Viruslardan qoruyan qidalar açıqlandı – Bunları yeyin

    Həkim dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıb. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı güclü edən element sinkdir. Bu mineralsız immun hüceyrələr, xüsusən leykositlər işləyə bilmir, demək olar ki, formalaşmır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.

    Eləcə də C vitamini immun sistem üçün vacibdir və qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.

    Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələr, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görür.

    E vitamini immun sistemin antitellərin hasilatı üçün lazımdır. E vitamini badam, çərəzlər, kətan toxum, günəbaxan tumlarında olur.

    Balıq və sarımsaq isə qırmızı qan hüceyrələrini artırır.

    Bağırsaqların mikrflorası güclü olsun deyə qatıq, kefir yeyin.

  • “EuroHome” ticarət mərkəzi yenidən yanır

    В Бинагадинском районе города Баку горит рынок строительных материалов “EuroHome”.

    Как сообщили в МЧС Азербайджана, в настоящее время на месте происшествия работают пожарные.

    В ведомстве подчеркнули, что более подробная информация об инциденте будет распространена позднее.