Month: May 2020

  • ABŞ-dan Çinə qarşı növbəti iddia

    Çinli hakerlər ABŞ-ın COVID-19-a qarşı peyvəndin inkişafına dair məlumatlarını əldə etməyə çalışırlar.

    “The New York Times” xəbər verir ki, ABŞ-ın Federal Təhlükəsizlik Bürosu və Daxili Təhlükəsizlik Departamenti yaxın günlərdə bu barədə açıq xəbərdarlıq etmək niyyətindədirlər.

    ABŞ administrasiyasının bildirdiyinə görə, çinlilər ABŞ-da koronavirusa qarşı dərman yaratmaq üçün aparılan araşdırmaların nəticələrində maraqlıdırlar.

    Vaşinqton hesab edir ki, hakerlərin hədəfi həm dövlət qurumları, həm də özəl ABŞ laboratoriyalarıdır.

    Qəzet qeyd edir ki, bu, ABŞ hakimiyyət orqanlarının Çinə qarşı koronavirusla bağlı növbəti hücumudur.

    Vaşinqtonda Pekinin xəstəliyin bütün dünyada yayılmaması üçün daha çox iş görə biləcəyi tez-tez təkrarlanır.

  • Завтра в Азербайджане будет первая ночь “ахья” месяца Рамазан

    Завтра в Азербайджане будет первая ночь “ахья” месяца Рамазан, которая приходится в этом году с 12 на 13 мая.

    Об этом АПА сообщил заместитель председателя Управления мусульман Кавказа Фуад Нуруллаев.

    “В этом году ночи “ахья” приходятся на 12 мая (18-й день месяца Рамазан), 14 мая (20-й день месяца Рамазан), 16 мая (22-й день месяца Рамазан) и 20 мая (26-й день месяца Рамазан)”, – сказал он.

    Отметим, в этом году в Азербайджане месяц Рамазан начался 25 апреля, Рамазан байрамы приходится на 24 мая.

  • Rusiyada istirahət yerləri bu şərtlə açıla bilər

    Koronavirusun yayılması ilə bağlı artım tempinin azalması baş verərsə, Rusiyanın Şimali Qafqaz regionu və Krasnodar diyarındakı istirahət məkanları daxili turizm üçün açıla bilər.

    Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko “Rusiya 24” televiziya kanalına müsahibəsində bu barədə danışıb.

    Onun sözlərinə görə, pandemiya səbəbindən turizm sənayesi ciddi şəkildə zərər görüb və iqtisadiyyatın ən çox təsirlənən sahələri siyahısına daxil edilib.

    Çernışenko vəziyyətin yaxşılaşmasından sonra sakinlərin Rusiya kurortlarına daha çox diqqət yetirməyə başlayacaqlarını qeyd edib.

  • Əməkdar artist: “Oğlum evlənmək istəmir” – VİDEO

    “Allah mənə o günü nəsib etsin ki, oğlumu tez evləndirim. Amma oğlum evlənmək istəmir”.

    Median.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda deyib.

    Sənətçi canlı efirdə oğlu Rəşadı evləndirə bilməməsindən gileylənib:

    “Rəşadın 28 yaşı var, amma evlənmək istəmir. Özüm də çalışıram ki, onu evləndirim. Amma sözə baxmır. İndiki gənclər düzgün seçim etmirlər. Heyif ki, bu belədir. Çox istəyirəm ki, Rəşad tezliklə evlənsin. Mən deyən gəlin olsa, onu başıma tac edərəm”.

    Qeyd edək ki, müğənni K.Kərimovanın Ləman adlı qızı və Rəşad adlı oğlu var. Əməkdar artist üç il öncə noyabr ayında qızını ərə verib. Ləman paytaxtın dəbdəbəli restoranlarından birində Orxan adlı bəylə ailə həyatı qurub. Cütlüyün bu nikahdan qız övladı dünyaya gəlib. //oxu.az

  • Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb

    Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 139 771 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, son gündə koronavirusdan 55 nəfər ölüb.

  • В Турции запретили выходить из дома четыре дня подряд

    Сегодня на заседании Кабинета министров Турции с участием президента Реджепа Тайипа Эрдогана было принято решение о продолжении и относительном смягчени карантинных мер против коронавируса.

    Как передает HaberGlobal, согласно решению, 13 мая, детям в возрасте до 15 лет будет разрешено выходить на улицу в определенное время суток. Такая же возможность будет доступна 15 мая для подростков в возрасте 15-20 лет.

    Напомним, что в братской стране был введен запрет на выход из дома лицам младше 20-ти лет.

    В то же время в стране всем гражданам будет запрещено выходить из дома 16,17, 18 и 19 мая.

  • Göygöldə gənc naməlum şəraitdə bıçaqlanıb

    Göygöldə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıq Ələsgər kəndində qeydə alınıb.

    1992-ci il təvəllüdlü Bayramov Eşqin Qaçay oğlu sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

    Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • İtaliyada koronavirusa yoluxma sayında rekord həddə azalma qeydə alınıb

    “İtaliyada koronavirusa yoluxma sayında rekord dərəcədə azalma qeydə alınıb – son sutkada 744 hadisə aşkarlanıb, reanimasiyada olanların sayı isə min nəfərdən aşağı düşüb”.

    Median.Az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bildirilib ki, yeni virus qurbanlarının sayının artması ərəfəsində ölənlərin sayının 165 nəfər olmasının rekord göstəricidir.

    Həmçinin vurğulanıb ki, epidemiyanın başlamasından bəri ilk dəfə olaraq, reanimasiyada olan xəstələrinin sayı mindən 999-a düşüb. Aprel ayının əvvəlindən bu rəqəm 6 mindən 4 minə enməyə başlamışdı.

    Qeyd edək ki, ölkə üzrə yoluxma sayı ümumilikdə 219 814, ölənlərin sayı isə 30 739 nəfərə çatıb.

  • Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.

    Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 197 545 test aparılıb.


    Ölkədə 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, indiyədək koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatıb.

  • Messi koronavirusla mübarizə fonduna yarım milyonluq yardım etdi

    Argentina millisinin və İspaniya “Barselona”sının kapitanı Lionel Messi ölkəsinə maddi yardım göstərib.

    Median.Az-ın “TyC Sports”a istinadən məlumatına görə, 33 yaşlı hücumçu koronavirusla mübarizə fonduna 500 min avro ianə edib.

    Bu vəsait tibb işçiləri üçün qoruyucu avadanlıq, istehlak materialları və süni nəfəs aparatlarının alınmasına xərclənəcək.

    Qeyd edək ki, Argentinada virusa ümumi yoluxanların sayı 6 034 nəfərə, ölənlərin sayı isə 305-ə çatıb.