Month: May 2020

  • Azərbaycanın bu ərazilərinə qar yağıb – faktiki hava

    Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

    Düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ və Xınalıqda qar yağıb.
    Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

    Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.

  • İranda orta məktəblərdə dərslər bərpa edilir

    İran hökumətinin nümayəndəsi Əli Rabii bildirib ki, ölkədə may ayının 16-dan orta məktəblərdə dərslərin bərpa edilməsi nəzərdə tutulur.

    “RİA Novosti” xəbər verir ki, Ə.Rabii bu barədə IRINN telekanalına müsahibəsində bildirib.

    Hökumət sözcüsü əlavə edib ki, orta ixtisas təhsil müəssisələrinin açılmasına icazə verilsə də, məktəblərdə keçirilən dərslərdə şagirdlərin iştirakı məcburi olmayacaq.

    Qeyd edək ki, İranda 107 603 nəfərin COVID-19 virusuna yoluxduğu aşkar edilib. 6 640 xəstə bu xəstəliyin qurbanı olub.

  • Azərbaycanda koronavirus xəstələrinin qan plazması ilə müalicəsinə başlandı

    Azərbaycanda COVİD-19-dan sağalan şəxs digər xəstələrə könüllü şəkildə qan verib.

    Oxu.Az-ın əməkdaşının ötən gün həmsöhbət olduğu Samir Seyidov (ad şərtidir) hazırda koronavirus xəstəliyindən əziyyət çəkən şəxslərə qan verib.

    O bildirib ki, sonuncu yoxlamaların cavabları təmiz çıxdığı üçün donor kimi qan verə bilib:

    “Mənimlə bərabər bir çox şəxsə müraciət edilmişdi. Biz razılıq verdik və qan plazmasının yararlı olub-olmayacağına dair test nümunələri verdik. Nəticələr təmiz çıxdı. Həkimlər donor ola biləcəyimi dedilər. 600 millilitr həcmində qan götürüldü.

    Müraciət edilən vətəndaşlar həddən artıq çoxdur. Lakin bəziləri qorxduqları üçün donor olmaqdan imtina edir. Burada heç bir qorxulu məqam yoxdur. Amma bizim qan nümunələrimizdən alınan plazma kütləsi ağır vəziyyətdə olan COVİD-19 xəstələrinin sağalmasını sürətləndirə bilər”.

  • Bakıda yol polisinin tələblərinə məhəl qoymayan sürücü həbs olundu – VİDEO

    Bakıda kobud qayda pozuntusu edən sürücü həbs olunub.

    Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    O bildirib ki, mayın 9-u səhər saatlarında “VAZ 2107” markalı 10-NR-230 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün digər hərəkət iştirakçıları, xüsusilə də sürücülər tərəfindən ona irad edilib:

    “Başqa sürücülərin etdiyi iradlara cavab olaraq, o, üzr istəmək əvəzinə, qaydaları daha da kobud şəkildə pozmağa davam edib. Görüntülər şəhərin təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alındığına görə, həmin sürücünün saxlanılması üçün müvafiq tədbirlər həyata keçirilib”.

    V.Əsədov qeyd edib ki, sürücü saxlanılıb. Məlum olub ki, bu şəxs 1988-ci il təvəllüdlü Bakı şəhər sakini, Nəsimi rayonu üzrə qeydiyyatda olan və hazırda Yasamal rayonunda yaşayan Qayıbov Nicat Rövşən oğludur. O, soyuducu təmiri ustası kimi fəaliyyət göstərir.

    “Onun barəsində toplanılan sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, N.Qayıbova 10 sutka həbs cəzası verilib. Hazırda o, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılır”.

  • В Баку мужчина выпал из окна 8-го этажа

    В Баку зафиксирован факт падения с высоты с летальным исходом.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В поселке Локбатан Гарадагского района 10 мая из окна своей квартиры на восьмом этаже девятиэтажного дома выпал и разбился насмерть Рамиз Гусейнов (1968 г.р.).

    По предварительным данным, мужчина страдал расстройством психики.

    Правоохранители склонны считать, что имеют дело с несчастным случаем, но при этом не исключается вероятность суицида.

    Расследование по данному факту продолжается.

  • Bakıda 52 yaşlı kişi səkkizinci mərtəbədən yıxılaraq ölüb

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Qaradağ rayonu, Lökbatan qəsəbəsində may ayının 10-da Ramiz Hüseynov (1968-ci il təvəllüdlü) doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq həlak olub.

    İlkin məlumatlara görə, kişi psixi pozğunluqdan əziyyət çəkib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları olayın bədbəxt hadisə olduğuna dair ehtimalına üstünlük versələr də, intihar olması da istisna edilmir.

    Faktla bağlı istintaq aparılır.

  • Что происходит на телеканале Lider TV, всех сотрудников которого отстранили от работы?

    Весь персонал телеканала Lider TV отстранен от работы.

    Об этом сообщили некоторые сотрудники канала.

    По их словам, руководство Lider TV потребовало, чтобы они написали заявление об уходе в неоплачиваемый отпуск.

    На телеканале остаются лишь несколько человек из технического персонала.

    Также сотрудники сообщили, что им не выплатили зарплату за апрель, и руководство не говорит ничего конкретного по этому поводу.

    По их мнению, сложившаяся ситуация связана с финансовыми проблемами канала.

    Агентство попыталось связаться с департаментом новостей Lider TV, однако на звонки никто не ответил.

  • Bütün əməkdaşları işdən uzaqlaşdırılan “Lider” TV-də nə baş verir?

    “Lider” telekanalında çalışan bütün əməkdaşlar işdən uzaqlaşdırılıb.

    Bu barədə Oxu.Az-a telekanalda çalışan əməkdaşlardan bir neçə nəfər məlumat verib. Onların sözlərinə görə, rəhbərlik birmənalı şəkildə işçilərdən ərizə yazaraq, məzuniyyətə çıxmalarını tələb edib.

    Başqa çıxış yollarının olmadığını deyən işçilər məzuniyyətlə bağlı ərizə yazıblar. Ötən ay üzrə əməkhaqlarının verilmədiyini bildirən əməkdaşlar rəhbərliyin bu barədə onlara dəqiq bir söz də demədiyini qeyd ediblər.

    İşçilərin böyük hissəsi işdən kənarlaşdırılıb, texniki heyətdən bir neçə əməkdaş saxlanılıb. Bəzi əməkdaşlara isə keçən həftənin şənbə günündən işə gəlməmələri tapşırılıb.

    Eyni zamanda, telekanal əməkdaşlarına nə ötən ayın maaşlarının, nə də kompensasiyanın verilib-verilməyəcəyinə dair heç bir söz söylənilməyib.

    Telekanal əməkdaşlarının sözlərinə görə, hər kəsin zorla məzuniyyətə göndərilməsinə səbəb “Lider” TV-də yaşanan maliyyə problemləridir.

    Telekanalın Xəbərlər Departamenti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.

  • Bakının bu qəsəbəsində 35 ildir nə yol, nə də su var – VİDEO

    Paytaxtın Hövsan qəsəbəsinin Bağlar massivində yaşayan sakinlər içməli su və yol problemindən əziyyət çəkirlər.

    Ərazidə içməli su xətti olmadığından sakinlər suyu almalı olurlar.

    Yolların bərbad olması səbəbilə isə əraziyə nə təcili yardım, nə də taksi gəlir.

    Baku.Tv əməkdaşları qəsəbədə olub, sakinlərin problemlərini araşdırıblar.

    Ətraflı videonu təqdim edirik:

  • Bakı-Sumqayıt yolundakı söküntü işləri təhlükə saçır? – AÇIQLAMA + VİDEO

    Sürücülər Bakı-Sumqayıt yolunda sökülən divarların təhlükəli vəziyyətdə qaldığını bildirirlər.

    Bu barədə məlumat redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub.

    Vətəndaş Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işlərinin müsbət ilə yanaşı, mənfi tərəflərinin də olduğunu deyir:

    “Yollarda görülən işləri müsbət qiymətləndirirəm. Lakin bəzi məqamlar diqqətdən kənarda qalır. Xırdalan dairəsi kimi tanınan ərazidə yolun kənarında sökülən divarların bir hissəsinin bu cür vəziyyətdə saxlanılması qəzaya səbəb ola bilər. Xahiş edirəm ki, buna diqqət edilsin”.

    Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən ərazidə həmin divarlar artıq sökülüb:

    “Videogörüntülərdə təsvir edilən tunelin köhnə divarlarıdır. O divarlar uzun müddət o şəkildə qalmayıb və sökülüb. Artıq yeni tunelin tikintisinə başlanılıb. Yeni tunelin istinad divarları saxlanılıb, köhnə tunelin arakəsmə divarı isə sökülüb. Təbii ki, o vəziyyətdə divarın saxlanılması mümkün deyil. Yenidənqurma işləri davam etdirilir”.
    //oxu.az