Month: May 2020

  • Azərbaycanlı diaspor fəalları ailəlikcə koronavirusa yoluxdular – RƏSMİ

    “Xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var”.

    Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

    Onun sözlərinə görə, hər gün Komitə tərəfindən həmin şəxslərin gündəlik vəziyyəti, ehtiyacları öyrənilir:

    V.Vahidqızı qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var:

    “Onlar Macarıstan, Yunanıstan, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən olan fəallarımızdır. Həmin şəxslərdən sağalanlar da var”.

  • Qubada sel 2 avtomobili apardı – 3 körpünü dağıtdı

    Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat daxil olub.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının nümayəndələri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

    Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

    Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.

  • “Eurovision” şərhçimizin adı açıqlandı

    İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision: Europe Shine A Light” mahnı şousunda şərhçisinin adını açıqlayıb.

    İTV-dən bildirilib ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

    Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

    Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

    Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil edəcəyi planlaşdırılır.

  • В Баку временно закрыли одну из больниц – ПОДРОБНОСТИ

    Сегодня утром в Баку закрылась Городская клиническая больница № 3.

    Как передает Median.Az со ссылкой на baku.ws, эта информация была распространена в соцсетях. Отмечается, что прием в Городской больнице № 3 был приостановлен на несколько часов.

    Врачам и персоналу не разрешается выходить из здания. Более 100 пациентов и их родственников собрались перед больницей. Они не в курсе о причинах.

    Пресс-секретарь TƏBİB Равана Алиева сообщила baku.ws, что в больнице были проведены работы по профилактической дезинфекции.

    “По этой причине больница была свобождена. После того, как работа будет завершена, больница будет работать в обычном режиме. Пациенты смогут войти в больницу при соблюдении всех необходимых правил”, – сказала Равана Алиева.

  • DİM rəsmisindən imtahanların tarixləri ilə bağlı AÇIQLAMA

    “Buraxılış imtahanları keçirilən zaman bölgələrdəki epidemioloji vəziyyət nəzərə alınacaq və onun əsasında imtahanların keçirilmə ardıcıllığı müəyyən ediləcək”.

    Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova bildirib.

    O qeyd edib ki, buraxılış imtahanlarının keçirilməsi zamanı koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha yaxşı olduğu bölgələrdən başlanacaq:

    Buraxılış imtahanlarının iyundan keçirilməyə başlanılması planlaşdırılır. İmtahanların dəqiq tarixlərini indidən söyləmək mümkün deyil. Vaxtın təyin edilməsi Nazirlər Kabineti yanında operativ qərargahın məlumatlarından asılıdır.

    Hazırda Gəncə və Lənkəranda koronavirusa yoluxma ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Buna görə də həmin bölgələrdə imtahanlar, yəqin ki, ən axırıncı mərhələdə keçiriləcək”.

    N.Hüseynova əlavə edib ki, Bakı şəhəri də 11-ci sinif buraxılış imtahanının keçirilməsinə görə ərazilər üzrə bölünəcək.

  • Kürdəmirdə gənc qız dərmandan zəhərləndi

    Kürdəmir rayon sakini dərmandan zəhərlənib.

    Report xəbər verir ki, Şilyan kəndinin sakini, 19 yaşlı Cavadova Aysu Malik qızı bilmədən bir neçə həb qəbul edib.

    Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərərək, mədəsini yuyublar. Hazırda pasiyentin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

    Qeyd edək ki, A.Cavadova əsəb xəstəliyindən müalicə alırmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı sakinləri karantin qaydalarını belə pozdular – FOTO

    Bakıda vətəndaşlar poçt məntəqələrinin, bankların qarşısında karantin rejiminin qaydalarını kobud şəkildə pozur.

    Fotolar bu gün paytaxtın Xətai rayonunda, “Əhmədli” metrostansiyasının yaxınlığında çəkilib.

    Vətəndaşlar arasında tibbi maskadan istifadə edənlər də var, etməyənlər də.

    Lakin sakinlərin böyük əksəriyyəti koronavirus infeksiyasını ciddiyə almadıqları üçün sosial məsafəyə də riayət etmirlər.


  • Bu tarixdən növbəti 190 manatlıq yardım ödəniləcək

    Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.

    Bunu apa-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

    Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: “Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək”.

    Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyinə məsələsinə gəldikdə isə F.Talıbov qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.

  • Bakıda bu xəstəxana bağlandı, həkimlər və xəstələr binadan buraxılmır – RƏSMİ AÇIQLAMA

    Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.

    “Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.

    Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.

    “Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”, – Rəvanə Əliyeva bildirib.

  • Koronavirus 50 yaşlı azərbaycanlı qadının ağciyərlərini bu hala saldı – FOTO

    COVID-19 50 yaşlı qadının ağciyərlərində buzlu şüşə sindromuna səbəb olub.

    Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

    Onun sözlərinə görə, rentgen 50 yaşlı qadın pasiyentə məxsusdur:

    “Xanım xəstəxanaya müraciət edən zaman aparılan müayinələr nəticəsində onda COVİD-19 aşkar olunub. Dərhal ağciyərlər rentgen olunub. Görüntüdə COVID-19 virusunun törətdiyi atipik pnevmoniyanın ağciyərdə yaratdığı vəziyyət müşahidə olunub.

    Müalicə üçün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına göndərilib. Artıq müalicə prosesi yekunlaşıb və xanım sağlam vəziyyətdə evinə göndərilib”.

    A.Qeybulla paylaşımı etməklə koronavirusu ciddiyə almayan şəxsləri bir qədər diqqətli olmağa dəvət etdiyini deyib:

    “Bu xəstə ilə yanaşı demək olar ki, müraciət edənlər arasında daha altı nəfərdə COVİD-19 aşkarlamışam. Aidiyyəti üzrə müvafiq xəstəxanalara göndərmişik. İnsanlar bu xəstəliyi ciddiyə almadıqca, yoluxma dayandırmaq da çətinləşir. Cəmiyyət arasında sosial məsafəyə riayət edilməlidir. Tibbi maska istifadəsi yoluxma riskini azaldır”.