Month: May 2020

  • Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır

    Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır.

    Onlayn şəkildə keçiriləcək proses 12 may-5 iyun tarixlərini əhatə edəcək.

    Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

    I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə də iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

    Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinifə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

  • Bakıda övladları ilə birlikdə işgəncələrə məruz qalan qadından dəhşətli etiraflar – VİDEO

    “Ərim məni döşəməni silmək üçün istifadə edilən taxta ilə döyüb, işgəncələr verib, şəkillərimi sosial şəbəkələrə yükləməklə hədələyib”.

    Bu sözləri Bakıda iki uşağı ilə birlikdə işgəncələrə məruz qalan qadın deyib.

    “Həbsxanadan çıxıb kəndə gəldik. Ailəmin köməyi ilə ev tikdik. Amma heç nə dəyişmədi. Axşam olan kimi evə gəlirdi, narkotik çəkib, məni döyməyə başlayırdı. Məni soyundurub taxta ilə o qədər döyüb ki, bədənimdə, qollarımda izləri hələ də qalır. Başıma o qədər vurub ki, xəstəlik tapmışam. Əllərimi, boğazımı zəncirləyib, it kimi səhərə qədər həyətdə yatızdırırdı.

    Çılpaq şəkillərimi çəkib, internetə verəcəyini deyirdi. Deyirdi ki, atan, anan, bacının, hamısının baxması üçün qoyacam. Qorxumdan ailəmə deyə bilmirdim. Onları da vurar, söyər, təhqir edər deyə qorxurdum”.

    Qadın deyir ki, həyat yoldaşı uşaqlarına da zorakılıq edib:

    “Uşağa iş tapşıranda bir az gec gələn kimi vurmağa başlayırdı. Sonuncu dəfə o qədər bərk vurdu ki, uşağın arxasından qan gəldi. İmkan vermədi uşağı həkimə aparım. “Uşağı vurma!” desəm də, vururdu. Bizi rezin boru ilə döyürdü”.

    Qeyd edək ki, zorakılıq qurbanı olan qadın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

    Birliyin rəhbəri Mehriban Zeynalova redaksiyamıza bildirib ki, hazırda qadın reablitasiya prosesi keçir. O bildirib ki, son bir həftə ərzində sığınacağa doqquz döyülən və həyati təhlükəsi olan qadın qəbul edilib:

    “Bu vəziyyətin qarşısı mütləq şəkildə alınmalıdır. Daxili İşlər Nazirliyi məsələyə dərhal reaksiya verərək, qadını sığınacağa yerləşdirdi. Lakin bu vəziyyətlərin qarşısı alınmasa, nəticə həqiqətən pis ola bilər”.

    Qadının başına gələnləri danışdığı videogörüntülərini təqdim edirik:

  • В Баку мужчина из-за жены пытался броситься с моста

    Попытку суицида предотвратили сотрудники Полка быстрого реагирования МВД на территории Низаминского района Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    10 мая, в 19:00, житель столицы Мурад Гамидзаде (1993 г.р.) пытался броситься с моста на проспекте Гара Гараева. К счастью, сотрудники полиции помешали молодому человеку покончить с собой.

    Было установлено, что жена М.Гамидзаде пропала без вести и до сих пор не найдена. Это, по словам мужчины, и стало причиной, побудившей его предпринять попытку суицида.

    В настоящее время сотрудники 24-го отделения полиции района проводят расследование по факту исчезновения женщины.

  • Bakıda 27 yaşlı oğlanın intihara cəhdinin səbəbi məlum oldu – TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib.

    Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar.

    Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb.

    M.Həmidzadə bildirib ki, onu intihara sövq edən səbəb budur.

    Hazırda 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qadının itkin düşməsi ilə bağlı araşdırma aparılır.

  • Üç nəfər dəm qazından, bir nəfər sirkədən zəhərləndi

    “Son bir həftə ərzində üç nəfər dəm qazından zəhərlənib”.

    Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, son bir həftə ərzində Toksikologiya şöbəsində ölüm faktı qeydə alınmayıb:

    “Həftə ərzində 10 nəfər müraciət edib. Onlardan beş nəfər müxtəlif allergik reaksiyalarla, üç nəfər dəm qazı zəhərlənməsi, bir nəfər ilan sancması, bir nəfər də sirkə turşusundan zəhərlənmə ilə şöbəyə daxil olub. Metil spirtindən zəhərlənmə faktı olmayıb”.

  • Karantin qaydalarını pozan 1263 nəfər məsuliyyətə cəlb edildi

    Karantin rejiminin pozulmasına görə, mayın 9-dan 11-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1263 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    İdarədən verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, ümumilikdə 51 437 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

  • İran öz gəmisini vurdu: Ölənlər və yaralananlar var – YENİLƏNİB

    Oman körfəzində İranın keçirdiyi hərbi təlim zamanı baş verən insident nəticəsində azı 19 nəfər ölüb, 15 nəfər yaralanıb.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti xəbər yayıb.

    Yaralıların vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.

    * * * * *

    İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.

    Bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter”də xəbər verib.

    Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

    Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.

    “Konarak”ın batdığı iddia edilir.

    İran ordusu hələlik məlumatı təsdiqləməyib.

    “Jamaran” – 2010-cu ildə istismara verilmiş və İran donanmasında ən müasirlərdən sayılan “Moudge” sinifinin əsas freqatıdır. Çin istehsalı olan gəmi əleyhinə raketlər, torpedalar və bir neçə silahla təchiz olunub. Heyət 140 nəfərdən ibarətdir.

  • Bakıda polis intihar etmək istəyən gənci belə xilas etdi – VİDEO

    Ötən gün paytaxtda intihar hadisəsinin qarşısı alınıb.

    Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

    Hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

    Paylaşımda qeyd olunub ki, metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan gənc intihar etmək istədiyini deyib.

    Bu zaman Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının yaxınlıqda olan əməkdaşlarından biri hadisənin qarşısını alıb.

    Vətəndaşların sözlərinə görə, Çevik Polis Alayının serjantı Xanlar Nəcəfov intihar etməyə cəhd edən şəxsi xilas edib.

    Həmin görüntüləri təqdim edirik:

    //oxu.az

  • İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü – TƏFƏRRÜAT + VİDEO

    İsmayıllı rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

    Hadisə rayonun Bizlan kəndində qeydə alınıb.

    Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

    Qatilin dayısı Alim Tapdıqov Baku.Tv-yə bildirib ki, Bakıda olduğu üçün hadisədən gec xəbər tutub:

    “Evə gələndə gördüm ki, ahılların əli, ayağı bağlanıb, sifətləri tanınmaz hala salınıb. İstifadə etdiyi alət isə armatur olub. Evdən pulları, qızılları götürüb gedib. Çıxarkən isə nənəsini boğaraq öldürüb, hətta ağzındakı qızıl dişini də götürüb. Öldürməmişdən əvvəl isə onlarla söhbət edib”.

    Qeyd edək ki, qatil evdə 15 min manata yaxın pul olduğunu bilirmiş.

    Hadisəni törətdikdən sonra, V.Qədirov qardaşının evinə gedib və onu öldürmək istəyib. Qardaşının qaçdığını görəndə isə onun evini yandırıb.

    Daha ətraflı süjeti təqdim edirik:

  • Xalq artisti Röya “Torqovı”da “body”də gəzdi – VİDEO

    Xalq artisti Röya Ayxanın qalmaqallı imic dəyişikliyinin sirri ortaya çıxıb.

    Sənətçi fərqli obrazda “Qəribə dünya” adlı yeni bəstəsinə ekran həyatı verib.

    İnsanların kütləvi şəkildə axın etdiyi, lakin hazırda karantində olan “Torqovı” kimi tanınan “Fəvvarələr Meydanı”nın boş olmasını nəzərə alan Röya klipinin əksər görüntülərini bu ərazidə lentə alıb.

    Qaralara bürünən müğənninin “body”də “Torqovı” ərazisində gəzməsi sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və təəccüblə qarşılanıb.

    Xalq artisti seksual “look”unu uzun, parlaq, dəri çəkmələri ilə tamamlayıb. Çəkmələrin müəllifi gürcü dizayner Datuna Sulikaşvilidir.

    Stilist və vizajist Anar Ağakişiyevin beyninin məhsulu olan sənətçinin 180 dərəcəlik dəyişimi və açıq-saçıq fotosessiyası Röya Ayxanı digər həmkarları ilə üz-üzə qoysa da, yaxın günlərdə Xalq artisti daha bir möhtəşəm işini izləyicilərin ixtiyarına verəcək.
    //oxu.az