Month: May 2020

  • Bakıda sərnişin avtobusu yanıb – YENİLƏNİB – VİDEO

    Fövqəladə Hallar Nazirliyi Bakıda avtobusun yanması ilə bağlı məlumat yayıb.

    “Report” nazirliyin rəsmi saytında istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb.

    Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    * * * * *

    Bakıda sərnişin avtobusu qəflətən yanmağa başlayıb.

    “Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan sərnişin avtobusunun mühərrik hissəsində yanğın başlayıb.

    Ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşlarının çevik və qətiyyətli hərəkətləri sayəsində sərnişinlər avtobusdan evakuasiya olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.

  • Состоится встреча глав МИД СНГ в формате видеоконференции

    12 мая состоится встреча глав МИД СНГ в формате видеоконференции. Главы внешнеполитических ведомств обсудят вопросы совместных усилий по борьбе с коронавирусом, а также актуальную региональную и международную повестку.

    Об этом сообщила на брифинге в пятницу официальный представитель МИД России Мария Захарова, передает Report.

    «12 мая глава российского внешнеполитического ведомства Сергей Лавров примет участие в очередном заседании Совета министров иностранных дел СНГ. Впервые оно пройдет в формате видеоконференции», – сказала Захарова.

    По ее словам, особое внимание на встрече будет уделено тематике 75-летия Победы в Великой Отечественной войне.

  • Vladimir Putin Azərbaycan xalqını təbrik edib

    Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna vətəndaşlarını təbrik edib.

    “Report”un Rusiya bürosu xəbər verir ki, Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış təbrikdə faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyi bildirilir.

    Həmçinin Böyük Vətən Müharibəsinin tarixini təhrif etməyə, nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyi də qeyd edilir.

    Qəhrəmanların xatirəsi sayəsində sadalanan ölkələr arasında konstruktiv əməkdaşlığın, həmçinin koronavirus pandemiyası və başqa təhlükələri dəf etmək üçün birgə səylərin daha da səmərəli olacağı diqqətə çatdırılır.

  • TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqlayıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı son sutkaya olan statistikanı açıqlayıb.

    Məlumatda bildirilir ki, bu gün Azərbaycanda 5620 koronavirus testi keçirilib.

    Bununla da ölkəmizdə ümumilikdə 181 530 nəfər COVID-19 testindən keçib. 2279 nəfərin test nəticəsi müsbət olub.

    Reanimasiyada olan xəstə sayı 24, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

  • “Azərbaycan Dəmir Yolları”ndan sərnişinlərə maska XƏBƏRDARLIĞI

    “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə xəbərdarlıq edib.

    Qurumdan verilən məlumata görə, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar. Sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək.

    “Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur”, – deyə QSC-nin məlumatında bildirilir.

  • Fransada COVID-19-dan ölənlərin sayı 26 mini keçib

    Fransada son 24 saat ərzində 243 nəfər COVID-19-un qurbanı olub.

    Median.Az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, koronavirusa yoluxan 95,6 min nəfər xəstəxanaya yerləşdirilib. Müalicə alan 55,7 mindən çox pasiyent xəstəxanalardan evə buraxılıb.

    Martın əvvəlindən 26 230 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.

    Ümumilikdə isə 22,7 min nəfər tibb müəssisələrində müalicələrini davam etdirirlər. Onlardan 2 868-nin vəziyyəti ağırdır.

  • ÜST: “Siqaret koronavirusdan qorumur”

    Siqaret koronavirusun (COVID-19) yaratdığı yoluxucu xəstəlikdən qorumur və daha ağır xəstəlik riskini artırır.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove bildirib.

    “Siqaretin ziyanı hər kəsə yaxşı məlumdur. Hər il milyonlarla insanın tütün istifadəsindən öldüyünü bilirik. COVID-19 tənəffüs xəstəliyidir və siqaret çəkmək ağciyərlərə zərər verir.

    Bir sıra tədqiqatlar göstərir ki, siqaret çəkənlər infeksiyaya yoluxan zaman onların xəstəlik dövrü ağır keçir, süni nəfəs aparatına ehtiyacları olur. Çox zaman reanimasiya şöbəsinə yerləşdirilirlər və onların ölüm riski daha yüksək olur.”-deyə, o bildirib.

  • Azərbaycan XİN başçı: “Ermənistan BMT-nin Nizamnaməsini açıq şəkildə pozur”

    “Avropada nasizm üzərində Qələbə Mayın 8-də qeyd olunsa da, bu tarix, həmçinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qədim Şuşa şəhərinin işğal olunaraq, etnik təmizləməyə məruz qaldığı gündür və ölkəmin tarixində faciəli günlərdən birini təşkil edir”.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov “Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra – gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti” mövzusunda Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı deyib.

    Nazir bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təqribən beşdə birini təşkil edən Dağlıq Qarabağ bölgəsi və qonşu rayonlar artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır:

    “Yüz minlərlə azərbaycanlı zorla öz evlərindən didərgin düşüb və işğal nəticəsində məcburi köçkünə çevrilib. Azərbaycan ərazilərinin işğalı ilə bağlı, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildi. Bu qətnamələrin hələ də yerinə yetirilməməsi təəssüf doğurur”.

    E. Məmmədyarov qeyd edib ki, məcburi tələbləri ehtiva edən Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas vəzifəsinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz:

    “Bu gün yeni vəhşiliklərin qarşısını almaq üçün II Dünya Müharibəsindən əldə olunan dərsləri və Təhlükəsizlik Şurasının məsuliyyətini müzakirə edərkən Birləşmiş Millətlər Təşkilatının əsas qurumlarının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini, eləcə də bunun üçün cavabdehliliyi bir daha vurğulayırıq”.

  • Bakıda avtobus yandı – FOTO/VİDEO

    Bakı şəhərinin Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda beş ədəd oturacaq yanıb.

    Bu barədə Fövqalədə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Как будут пропускать в бакинское метро – ПРАВИЛА

    Обнародованы правила пользования бакинским метро с завтрашнего дня.

    Как передает day.az со ссылкой на Оперативный штаб при Кабинете министров Азербайджана, бакинское метро возобновит работу с 6:00 утра 9 мая.

    При этом пускать в метро будут только тех пассажиров, которые имеют SMS-разрешение, зарегистрированы на портале icaze.e-gov.az и имеют соответствующие документы.

    Кроме того, на станциях и в вагонах метро все пассажиры обязаны носить медицинские маски и соблюдать социальную дистанцию в 2 метра.