Month: May 2020

  • Bütün ölkələrə uçuşlar nə vaxt bərpa olunacaq? – Niyazi Həsənov açılqdı

    Biz pandemiya dövrünü bitirən kimi uçuşları həyata keçirməyə hazırıq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Hava Yolları şirkətinin aviadaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov deyib.

    O əlavə edib ki, istərdik ki, pandemiyadan sonra bütün ölkələrə uçuşlar həyata keçirək:

    “Amma bu, ilk növbədə bizi hansı ölkələrin qəbul etməsindən asılıdır. Yalnız bundan sonra ucuşları nəzərdən keçirib bərpa edə bilərik. Hələlik uçuşların nə zaman bərpa olacağını demək bizim üçün çətin olar”.

  • Bakı metrosu koronavirusa görə milyonlar itirdi – RƏSMİ RƏQƏMLƏR

    Koronavirus pandemiyası ilə əlaqədar ölkədə metropolitenin fəaliyyətinin dayandırılması bu nəqliyyat vasitəsinin nə qədər sərnişin itirməsi ilə nəticələnib?

    Bu suala Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov cavab verib.

    Sədr bu günlər ərzində metropolitenə dəyən zərəri açıqlayıb:

    “Statistika var. Biz onu pula çevirib itkilərimizi saymırıq, biz sayırıq ki, nə qədər sərnişin itirmişik. Bu günə qədər biz 29 milyon sərnişin itirmişik”.

    Qeyd edək ki, gediş haqqının 30 qəpik olduğunu nəzərə alsaq 29 milyonu həmin rəqəmə vuranda Metropolitenin 8 milyon 700 min manat itirdiyi məlum olur.

  • Manatın YENİ MƏZƏNNƏSİ

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 12.05.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Məşhur repçi koronavirusdan öldü

    Dünyaca məşhur “Ty” ləqəbli repçi Ben Chijioke dünyasını dəyişib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

    Koronavirus pandemiyasına yoluxan 48 yaşlı musiqiçi ötən gün həyatını itirib. Məlumata görə, aprelin 1-də COVID-19 diaqnozu ilə xəstəxanaya aparılan “TY” daha sonra komaya düşüb.

    Bir neçə gün sonra vəziyyəti yaxşılaşan Chijioke reanimasiyadan çıxarılıb. Lakin o, anidən vəfat edib.

  • Bitkoinin dəyəri 10 min dolları KEÇDİ

    Bitkoinin qiyməti 10.067 dolara çatıb.

    Hərrac zamanı bitkoinin dəyəri fevralın 19-dan bəri ilk 7.40% artıb.

    Aprelin 30-da keçirilən hərracda da bitkoinin məzənnəsi 18% -dən çox artıb və son iki ayda ilk dəfə olaraq 9,4 min dolları keçib. (publika.az)

  • Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

    Rusiyanın Moskva vilayətində üç yaşlı qız səkkizinci mərtəbədədən yıxılıb.

    Hadisə baş verən zaman uşaq anası ilə evdə olub.

    Ananın uşağı nəzarətsiz qoyması azyaşlının evin pəncərəsindən çölə yıxılmasına səbəb olub.

    Möcüzə nəticəsində uşaq sağ qalıb. O, çoxsaylı qanaxmalar və sınıqlarla xəstəxanaya yerləşdirilib.

  • İnternetin qiymətində güzəşt olacaqmı? – VİDEO

    Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə küçəyə çıxmaq qadağan edildikdən sonra evdə internetdən istifadə edənlərin sayı artıb. Əksər abonentlər ölkədə fəaliyyət göstərən mobil operator və provayderlərin karantin günləri ərzində istifadəçilərinə müəyyən güzəştlər etməsini gözləyir. Bəs bu günlərdə istifadəçilərin internet əlçatımlığını yaxşılaşdıracaq hansı təklifləri var? Əlaqə saxladığımız internet provayderlərindən bəziləri güzəştlərin nəzərdə tutulmadığını desə də, bəzi imtiyazlar təklif edənlər də olub.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

    Provayder rəsmisi – (Səsyazısı): “Müəyyən saytlar var, təxminən 20-ə yaxın sayt ki, onlar bizdə aktivdir. Ödəniş olunmasa belə karantin müddəti ərzində həmin saytlar və rəqəmsal yayımda olan Azərbaycan kanalları aktiv olaraq qalacaq”.

    Ekspertlər deyir ki, koronavirus pandemiyası dövründə telekommunikasiya sənayesinin üzərinə böyük bir yük düşür. Məhz bu amili nəzərə alaraq, bir çox ölkələrdə internetin əlçatanlığını təmin olunması üçün müəyyən addımlar atılıb və pulsuz internet xidmətləri təklif edilib.

    Məzahim Quliyev – Ekspert: “Amerikada, hətta bütün amerikan vətəndaşlarına böyük endirimlər edildi. Belə bir layihə icra etdilər, adı da “Keep amerikans connected” idi. Yəni amerikanları birləşmiş saxlayaq. Hətta Amerika hökuməti Wi-Fi çıxışı olmayan ölkə vətəndaşlarına belə böyük dəstək verdi”.

    Ekspertin sözlərinə görə, ölkəmizdə operatorlar əvvəlcədən ödəniş sistemini tətbiq edir. Yəni ödənişi et, sənə xidmət göstərim. Amma mövcud vəziyyətdə bu sistem əksər abonentlər üçün heç də arzuolunan deyil.

    Məzahim Quliyev – Ekspert: “Çox təəssüf ki, onlar postpaid rejiminə keçmirlər. Bu rejimin sayəsində onlar karantin müddətində internet imkanlarından yararlanacaqlar, ödənişləri isə karantin müddətindən sonra ödəyəcəklər”.

    Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirildi ki, məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edilib. Təhsil Nazirliyinin quruma müraciətindən sonra Virtual məktəb layihəsinə dəstək çağırışına artıq mobil operatorlardan biri qoşulub. 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq 2 ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verib.

  • Maliyyə dəstəyi ayrılan vergi ödəyicilərinin sayı açıqlandı

    Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 26 495 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 98 504 fərdi (mikro) sahibkar, ümumilikdə 124 999 vergi ödəyicisi müraciət edib.

    Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 252 065 işçini əhatə edən 26 495 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 90 290 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 45 147 min manat təşkil edir. Mayın 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 21 564 vergi ödəyicisinə 190 156 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42 950 min manat vəsaitin köçürülməsini təmin edib.

    Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 89 742 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 54 280 min manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 52 150 min manat vəsaitin 85 814 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.

  • Zaur Hüseynov: “Bütün metro stansiyaları dezinfeksiya olunub”

    “Məhz ölkə prezidentinin vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycanda koronavirusla bağlı digər ölkələrdən daha yaxşı vəziyyət olduğunu görürük”.

    Bunu “Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov bildirib.

    Onun sözlərinə görə, bütün metro stansiyaları dezinfeksiya olunub: “Bu proseslər gün ərzində bir neçə dəfə təkrarlanır. Metro ilə sərnişin daşınması gündən-günə artır. Belə ki, iş günlərində 800 min, qeyri-iş günlərində 600 min, şənbə-bazar günlərində isə 450 min sərnişin daşınır, yəni, gün ərzində orta hesabla 650 min sərnişin. Bu ilin ilk ayında 39 milyon sərnişin danışıb”.

    Bundan başqa, o, əlavə edib ki, iş günlərində qatarlar ən mükəmməl qrafiklə hərəkət edəcək.

    “Metro stansiyalarında xəbərdaredici və qadağanedici bildirişlər quraşdırılacaq. Bütün bunlar metropoliten işçilərinin və sərnişimlərin məsuliyyətli olması üçündür”, – deyə Z.Hüseynov qeyd edib.

    ///Report

  • Год Нисанов отправил в Азербайджан 10 машин скорой помощи – ФОТО

    В рамках мер, принятых для предотвращения распространения коронавирусной инфекции (COVID-19) в Азербайджане, также заслуживает внимания солидарность, проявленная государством и отдельными представителями общественности.

    По инициативе российского бизнесмена, уроженца Азербайджана Года Нисанова в нашу страну было отправлено 10 машин скорой помощи.

    Автомобили, доставленные в Баку специальным самолетом, были введены в эксплуатацию в целях укрепления материально-технической базы “Объединения по управлению медицинскими территориальными подразделениями” (TƏBİB).

    В то время, когда в мире ведется борьба с пандемией COVID-19, солидарность государств и людей высоко ценится, так как во все времена все трудности и угрозы преодолевались в результате совместных усилий. В период распространения коронавирусной инфекции, борьба с COVID-19 более эффективна, когда существует взаимная поддержка.