Month: May 2020

  • Türkiyədə koronavirusdan ölənlərin sayı kəskin azaldı

    Türkiyədə son 24 saat ərzində daha 48 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 689 nəfərə çatıb.

    Onun sözlərinə görə, ölkədə 1 848 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 135 569 nəfərə çatıb.

    Nazir əlavə edib ki, ötən sutka ərzində sağalanların ümumi sayı 86 396 nəfər təşkil edir.

  • “Harri Potter”in məşhur aktyoru ata oldu

    Məşhur “Harri Potter” filmlərində rol alan aktyor Rupert Qrint ilk dəfə ata olub.

    Xəbəri “The Sun” nəşri yayıb.

    31 yaşlı aktyorun Corci Qrum adlı sevgilisindən qız övladı dünyaya gəlib.

    Qeyd olunur ki, cütlük doqquz ildir birgə yaşayır.

  • Şuşa ilə bağlı təsirli çarx: “Gedək Qarabağa” – VİDEO

    Azərbaycan Televiziyası (AzTV) Şuşanın işğalının 28-ci ildönümündə “Gedək Qarabağa” adlı videoçarx hazırlayıb.

    Videoçarxda Qarabağ xanlığının tarixi paytaxtının ən gəzməli-görməli yerləri əks olunub.

  • Ramazan ayının 15-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 15-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-da imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. 

    15-ci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin”.

    Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir!

    Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Virus bu yolla da ötürülə bilər – alim açıqkadı

    Rusiyanın Tibb elmləri doktoru, professor Anatoli Altşteyn koronavirusun saç vasitəsilə yoluxa biləcəyini söyləyib.

    O, insanların tez-tez bu şəkildə yoluxmaq təhlükəsini unutduqlarından şikayətlənib: “Bu vəziyyətdə virus üç günə qədər saçda qalmağa qadirdir”.

    A.Altşteyn təhlükənin qarşısını almaq üçün küçədə və ictimai yerlərdə papaq geyinməyi məsləhət görüb. O, küçədə qoruyucu maskalar taxmaq və digər insanlardan bir neçə metr məsafədə saxlamaq lazım olduğunu da xatırladıb.

    Xatırladaq ki, Çin alimləri koronavirusun cinsi yolla ötürülə biləcəyini də təsdiqləyib.

    //publika.az

  • В Шамахинском районе перевернулась “Нива”, погиб старшеклассник

    В Шамахинском районе зарегистрировано дорожно-транспортное происшествие с летальным исходом.

    Как передает АПА, авария произошла сегодня около 18:00 на участке дороги Шамахы-Пиргулу, проходящей по территории села Ангахаран.

    Находившийся за рулем принадлежащей родному деду “Нивы” житель Шамахинского района Зейналов Фаган Анар оглу (2003 г.р) не справился на вираже с управлением, в результате чего машина вылетела с дороги и перевернулась.

    В результате ДТП скончался находившийся в автомобиле Мухтаров Бахтияр Азер оглу (2003 г.р.). Травмы различной степени тяжести получили водитель и пассажир Салахов Джамиль Азер оглу (2004 г.р.), доставленные позднее в Центральную больницу Шамахинского района.

    По факту в Шамахинском РУП начато расследование.

  • Bu şəxslərə 1500 manat pul verildi – RƏSMİ

    İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

    İkinci Dünya müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ötən ilin aprelindən 150 manata çatdırılıb.

    Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

    Hər il 9 May – Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir.

    Cari ildə də Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının – 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.

    Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötən ilki ilə müqayisədə bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1129 şəxs minik avtomobili ilə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları, tənha yaşadıqları halda evlərində sosial məişət xidmətləri ilə təminatı və s. sahələrdə də müvafiq işlər aparılır.

  • Nazirlikdən növbəti 190 manat qalmaqalına MÜNASİBƏT – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın müraciət etmədiyi halda ona 190 manatlıq birdəfəlik ödəmənin təyin olunması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

    Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, müraciəti həmin vətəndaşın adından bacısı edib:

    “Elnarə Məmmədova adlı şəxs “Facebook” səhifəsində birdəfəlik ödəmə alanların siyahısında onun da olduğunu görüb və müraciət etmədən ona ödəniş təyin edildiyindən təəccübləndiyini, hətta şoka düşdüyünü yazır. Dərhal araşdırdıq. Məlum oldu ki, xanımın bacısı Almaz Məmmədova onun şəxsiyyət vəsiqəsi məlumatı əsasında müraciət edib, öz əlaqə nömrəsini daxil edib. Meyarlara uyğun olduğu üçün ödəmə təyin olunub, bu barədə də SMS qeyd edilən nömrəyə gedib.

    Birdəfəlik ödəmə vəsaiti hazırda poçtda öz sahibini gözləyir”.

  • Metro açılır, bu zaman ekspres marşrut xətləri necə olacaq?

    Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək.

    Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

    Qeyd edilən ekspres xətlərin iş qrafikində də dəyişiklik edilməyib. Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

    BNA bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırır.

  • Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu

    Yaponiyada koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə ABŞ şirkəti tərəfindən hazırlanmış “Remdesivir” dərmanının istifadəsi bəyənilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu dərman ABŞ şirkəti onun istehsalı üçün müraciət etdikdən cəmi üç gün sonra təsdiq olunub. Bildirilir ki, “Remdisivir” COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün istifadəyə icazə verilən ilk dərmandır.

    Qeyd edilir ki, “Remdisivir” dərmanı Ebola qızdırmasına qarşı mübarizə çərçivəsində hazırlansa da onun səmərəliliyi təsdiqini tapmayıb. Sonradan onun SARS və MERS yoluxmalarına qarşı faydası təsdiq olunub. Həmin dərman ABŞ-ın “Gilead Sciences” biofarmasevtik şirkəti tərəfindən istehsal edilir.

    Bununla yanaşı, Yaponiyada yaxın günlərdə “Avigan” və ya “Favipiravir” və “Favilavir” adı ilə tanınan dərmanın da təsdiq ediləcəyi gözlənilir. Bu dırman isə altı il əvvəl “Fujifilm Toyama Chemical Co.” şirkəti tərəfindən qripə qarşı mübarizə vasitəsi kimi hazırlanıb. Lakin onun hamilə qadınlara mənfi təsiri nəzərə alınaraq, ondan yalnız digər dərmanlar təsir göstərmədiyi halda istifadəyə icazə verilib. Bununla yanaşı, Çin həkimləri koronavirusun yaratdığı sətəlcəmin müalicəsində bu dərmanın çox səmərəli olduğunu bildiriblər.

    Əlavə olaraq bildirək ki, mayın 7-də yerli vaxtla saat 23:00-a olan son məlumata görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16287 nəfər təşkil edib. Bu xəstəlikdən 5797 nəfərin sağaldığı, 603 nəfərin isə öldüyü bildirilir.