Month: May 2020

  • Saray qəsəbəsində yanğın: Qara tüstü ətrafı bürüdü – VİDEO

    Bakı-Sumqayıt yolu ətrafında qatı və qara tüstü diqqət çəkib.

    Yanğının Bakı-Sumqayıt yolunun Saray postuna yaxın ərazidən videogörüntüləri yayılıb.

    Əldə olunan ilkin məlumatlara görə, yanan Saray qəsəbəsi yaxınlığındakı təkər tullantılarıdır.
    //oxu.az

  • Из Москвы в Баку чартером доставлены еще 175 граждан Азербайджана – ФОТО

    В среду чартерным рейсом Национального авиаперевозчика из Москвы в Баку были доставлены 175 граждан Азербайджана.

    Как говорится в сообщении пресс-службы ЗАО “Азербайджанские Авиалинии”, прибывшие пассажиры после рейса были отправлены на карантин.

    Отметим, что чартерные рейсы AZAL выполняются в соответствии с планом, определенным Оперативным штабом при Кабинете министров Азербайджана.






  • AZAL daha 175 nəfəri Moskvadan Bakıya gətirdi – FOTO

    Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı AZAL çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib.

    Qurumdan verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

    Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.






  • AzTV-dən Respublika günü ilə bağlı maraqlı VİDEO

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 28 May – Respublika Günü münasibətilə maraqlı videoçarx hazırlayıb.

    Azərbaycanın müstəqilliyinin 102-ci ilinə həsr olunan videoçarxda dövlətimizin şərəfli istiqlal tarixini yazan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusundan və bu ordunun varisi olan müasir Azərbaycanın qüdrətli Silahlı Qüvvələrindən bəhs olunur.

    Vətənin bütövlüyü, azadlığı uğrunda son damla qanlarına qədər düşmənlə mübarizə aparan igid əsgərlərimiz tərənnüm edilir.

  • Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

    Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

    DİM-dən Oxu.Az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

    İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək.

    Bir imtahan zalında isə maksimum 15 nəfərin əyləşdirilməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

    İmtahanların müxtəlif rayon və şəhərlər üzrə həftəsonu günlərində keçirilməsi nəzərdə tutulur. Hər imtahan günü və ona uyğun rayon və şəhərlərin adları yaxın iki-üç gün ərzində elan olunacaq.

    İmtahana buraxılış vərəqələri hər imtahan günündən beş gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

  • Ильхам Алиев сделал публикацию по случаю Дня Республики – 28 мая – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев сделал публикацию на своей странице в Facebook по случаю Дня Республики – 28 мая.

    В публикации главы государства говорится следующее:

    “Сегодняшнее азербайджанское государство, являющееся правопреемником Азербайджанской Демократической Республики, осуществило мечты нашего народа о независимости. Я уверен, что наше независимое развитие будет устойчивым и государственная независимость Азербайджана будет вечной!”.

  • İlham Əliyevdən 28 May – Respublika Günü paylaşımı – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə paylaşım edib.

    Şəxsi “Facebook” profili vasitəsilə foto yayımlayan ölkə başçısı bu sözləri yazıb:

    “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqil inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi davamlı yaşayacaq!”

  • Yüzlərlə yük avtomobili Azərbaycan-Rusiya sərhədində qalıb – VİDEO

    Günlərdir kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan-Rusiya sərhədində qalıb.

    Baku. TV-nin qaynar xəttinə göndərilən kadrlarda yük avtomobillərinin ucsuz-bucaqsız növbədə gözlədiyi görünür.

    “Üç gecədir sərhəddəyəm. Qarşımda 100 maşın var”, – deyə sürücülərdən biri bildirib.

    Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik:

  • В Азербайджане выявлено рекордное число новых случаев COVID-19

    В Азербайджане выявлено рекордное число новых случаев инфицирования коронавирусом – 165.

    Об этом 27 мая сообщает оперативный штаб при Кабинете министров.

    От коронавируса за прошедшие сутки скончались еще два пациента – 1949 и 1957 года рождения.

    До сегодняшнего дня в Азербайджане COVID-19 выявлен у 4 568 человек, 2 897 из которых излечились, 54 – скончались, 1 617 – продолжают лечение в больницах особого режима. Состояние 49 из них оценивается как тяжелое, 63 – средней степени тяжести, остальных – как стабильное.

    В республике на сегодняшний день проведено 280 663 теста на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: Rekord yoluxma faktı – RƏSMİ + VİDEO

    Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.

    Qeyd edək ki, bu, ölkədə koronavirusa ən yüksək yoluxma faktıdır.