Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
Bu barədə Mehriban Əliyeva “Instagram” profilindən foto paylaşıb.
Birinci vitse-prezident paylaşımında belə qeyd edib:
“Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”
28 мая Азербайджан отмечает один из ярчайших и знаменательных праздников в своей истории. В этот день проходит 102 года со дня создания Азербайджанской Демократической Республики – АДР (Azərbaycan Xalq Cumhuriyyəti), ставшей первой светской республикой на мусульманском Востоке.
Азербайджанская интеллигенция принимала активное участие в демократических преобразованиях и борьбе за гражданские права, развернувшейся в начале 20-го века в Российской империи.
После февральской буржуазной революции 1917 года была сделана попытка создать Закавказскую федеративную республику, в которую вошли народы Южного Кавказа.
Но сложная общественно-политическая ситуация и начавшаяся Первая Мировая война не позволили претворить в жизнь идею федерации и 26 мая 1918 года в Тбилиси на заседании Закавказского Сейма (Парламента) по инициативе грузин было принято решение самораспуститься, и в тот же день Грузия объявила о своей независимости. А через два дня – 28 мая 1918 года – Азербайджанским Национальным Советом в Тифлисе, который возглавил Мамед Эмин Расулзаде, было провозглашено о создании Азербайджанской Демократической Республики.
Слова Мамед Эмина Расулзаде “Однажды поднятый флаг никогда не опустится” вошли в историю.
Ввиду нахождения Баку под контролем Бакинской коммуны, временной столицей АДР стал город Гянджа. 16 июня 1918 года азербайджанское правительство переехало из Тифлиса в Гянджу. Первый кабинет министров АДР возглавил Фатали-хан Хойский, выпускник юридического факультета Московского университета и бывший депутат Государственной Думы.
В правительство АДР также вошли генералы от артиллерии царской армии, легендарные Самед-бек Мехмандаров и Али-ага Шихлинский, которым были поручены вопросы формирования армии и защиты независимости АДР.
4 июня 1918 года между Турцией и Азербайджанской Демократической Республикой был заключен договор о мире и дружбе. 27 июня 1918 года азербайджанский язык был объявлен государственным языком АДР. 12 июня 1918 года вооруженные силы Бакинского Совета большевиков начали наступление на Гянджу. Азербайджанское правительство было вынуждено обратиться за военной помощью к Турции.
Объединенные турецко-азербайджанские войска разгромили под Гейчаем армию большевиков. 15 сентября 1918 года турецко-азербайджанская армия вошла в Баку, который был объявлен столицей АДР.
7 декабря 1918 года открылся парламент Азербайджанской Республики, первоначально состоящий из 97 членов. Председателем парламента стал А.М.Топчибашев, его заместителем Г.Агаев. 11 января 1920 года Верховный Совет Союзных Держав – победительниц в Первой Мировой войне единогласно принял решение о признании де-факто независимости Азербайджана.
Но темные тучи все более сгущались над молодой Азербайджанской Республикой. Стратегически важное географическое положение и нефтяные ресурсы Баку стали основной мишенью Советской России в Закавказском направлении. В середине апреля 1920 года части XI Красной Армии, разбив остатки войск Деникина, подошли к северным границам Азербайджана, и в конце апреля перейдя ее и начав оккупацию Азербайджана, вошли 28 апреля в Баку.
Несмотря на недолгую жизнь в 23 месяца, АДР стало большой школой для демократической азербайджанской интеллигенции во всем мире. После распада СССР Азербайджан в 1991 году восстановил свою независимость, объявив себя наследником АДР и восстановив атрибуты Демократического Азербайджана – флаг, герб и гимн. Азербайджанская Демократическая Республика, созданная в 1918 году, – наше национальное достояние, ярчайшая страница истории Азербайджана.
И последующие годы, десятилетия составляют значительные этапы жизни страны, ознаменованные яркими событиями, большими достижениями азербайджанского народа. Именно все это, вместе взятое, и создало экономический, интеллектуальный и культурный потенциал нынешнего независимого Азербайджана. Создание и деятельность Демократической Республики впервые показали миру самостоятельность Азербайджана, претворение в жизнь свободолюбивых надежд азербайджанского народа, кровно связанного со своей государственностью.
Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.
ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.
Respublika Günü – dövlət müstəqilliyinin bərpası günü – 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.
V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. Müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.
2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bildirilir ki, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaq.
Dövlət Rəssamlıq Akademiyası, Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.
Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz.
Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcək. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək. Müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaq.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz.
Bakı Şəhər Halqası xarici mətbuatda “Formula-1” yarışının dərc olunmuş yeni təqviminə münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyevanın sözlərinə görə, sentyabrın 20-də Bakıda “Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib:
“Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda “Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”.
Qeyd edək ki, xarici mətbuatda yarışın Azərbaycan mərhələsinin sentyabrın 20-də baş tutacağı ilə bağlı məlumatlar yayılıb.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
S. Əliyev vəziyyətinin yaxşı olmadığını, hazırda müalicəsinin reanimasiya şöbəsində davam etdiyini bildirib: “Hazırda vəziyyətim heç yaxşı deyil, hərarətim var. Reanimasiyaya yerləşdirilmişəm, müalicəmi burada davam etdirəcəyəm”,- deyə, o, qeyd edib.
Bundan başqa əməkdar artist pnevmoniya ilə yanaşı ürəyindən də əziyyət çəkdiyini bildirib: “Pnevmoniyadan başqa ürəyimdə problem var. Tez-tez ağrılarım olur. Bu cür vəziyyət xəstəliyimi daha da ağırlaşdırır, həkimlərin də işini çətinləşdirir. Sağalmaq üçün bir neçə müalicə edirəm”,- deyə o, çətinliklə deyib.
Xəstəxanadakı vəziyyətindən söz açan S.Əliyev hər şeyin normal olduğunu açıqlayıb: “Saxlanma vəziyyətimdən razıyam, sağ olsunlar həkimlər mənim üçün əllərindən gələni edirlər”. (ölkə.az)
Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən üç böyük körpü – “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet”, “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Azərbaycanın Türkiyədəki Baş konsulluğundan “Report”un yerli bürosuna verilən məlumata görə bu tarixi kompozisiya Baş konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub. Diplomatik nümayəndəlikdən bu xüsusi təbrik mesajının qardaş Türkiyənin Azərbaycana xüsusi diqqətinin bariz təzahürü olduğu deyilib.
Gecə saatlarında başlayaraq Azərbaycan bayrağının üç rəngində, mavi, qırmızı və yaşıl olmaqla baş tutan işıqlandırma dörd kompozisiya üzrə dəyişərək İstanbul boğazına, Mərmərə dənizinə xüsusi gözəllik verib.
Müasir insanların bir çoxunda kalsium çatışmazlığı mövcuddur. Bunun səbəbləri arasıda düzgün olmayan qidalanma, fiziki hərəkətliliyinin az olması, ziyanlı vərdişlər və s.
Kalsiumun çatışmazlığı osteoporoza səbəb olur ki, nəticədə sümüklər daha zəif, kövrək olur, sınıqların ehtimalı artır.
Kalsiumun çatışmazlığı həmçinin ürək-damar, immun, sinir sisteminə də ciddi ziyan vurur.
Median.Az saglamolun.az-a istinadən bildirir ki, tanınmış rusiyalı diyetoloq Ekaterina Martovitskaya orqanizmdə kalsiumun səviyyəsini artırmaq üçün “Здоровье” jurnalında çox faydalı qarışığın reseptini təqdim edib.
Qarışığı hazırlamaq üçün 200 qr kəsmik 1 ç.q. küncüt və 1 x.q. kətan yağı ilə qarışdırılır. Qarışığa zövqə görə bal da əlavə etmək olar. Kəsmik, küncüt və kətan yağı ən zəngin kalsium mənbələridir.
Bu qarışığı hər gün yemək olar. Bir müddətdən sonra saç, dəri və dırnaqların vəziyyətində xeyli yaxşılaşma müşahidə edəcəksiniz.