Month: May 2020

  • Очередная группа граждан Азербайджана возвращается на родину

    Из Москвы в Баку вылетел очередной чартерный рейс с гражданами Азербайджана на борту, возвращающимися на родину.

    Как сообщает Report, на борту находятся 175 граждан Азербайджана.

    Самолет вылетел из Москвы в 12:58 по местному времени.

    Напомним, продолжается реализация соответствующих мер по возвращению наших соотечественников, находящихся в Российской Федерации.

    Зарегистрированные на портале www.evegedirem.info граждане посредством телефонного звонка или SMS-уведомления будут заранее проинформированы о дате очередной отправки на родину.

  • Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir

    Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb.

    Report xəbər verir ki, təyyarədə 175 nəfər var.

    Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən, hazırda Rusiyada yaşayan və www.evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar edilirlər.

  • Vitse -spiker Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı məhkəmə davasından yazdı

    “Ramil Səfərov Azərbaycanın fəxridir”

    Azərbaycan parlamentinin vitse -spikeri Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı açdığı məhkəmə davasından və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarından yazıb. Həmin yazını təqdim edir:

    “Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub, üstündən 8 il keçsə də ermənilərin “hirsi” soyumayıb.

    Ramil Səfərov Azərbaycanın fəxri oğludur. Onun yerində hansı soydaşımız olsaydı, Azərbaycan bayrağını təhqir edəni cəzalandırardı. Ermənistan hakimiyyəti hansı haqla Ramil Səfərovun işi üzrə maddi və mənəvi zərərin əvəzinin ödənlməsini tələb edir?

    Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb, Azərbaycana ekstradisiya olunub və dövlət başçısı İlham Əliyevin qərarıyla əfv edilib. Bəlkə ermənilər düşünürdülər ki, Macarıstanda 8 il həbs həyatı yaşayan Ramil Səfərov ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi? Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar onu qara-qara düşünsünlər ki, törətdikləri cinayətlərə, işğala, qətliamlara və soyqırımlara görə cavab verməli olacaqlar. Digər tərəfdən, həmin Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarı var. Həmin qərara görə Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunub. Bu, Azərbaycan torpaqlarının işğalının, yəni cinayətin rəsmən təsdiqidir. Avropa İnsan Hüquqları Məhkəməsindən “ədalət” tələb edən Ermənistan eyni təşkilatın bir başqa vacib qərarını yerinə yetirmək – işğala və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna son qoymaq istəmir. Ona görə də Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Özü də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib. Birincisi, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib. Azərbaycana, onun bayrağına və məmləkətimizin layiqli övladına dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar”.

  • МИД: Из Индии в Азербайджан доставлены 17, из Грузии – 13 граждан страны

    Сегодня 17 граждан Азербайджана были доставлены авиарейсом из Индии в столицу Грузии Тбилиси.

    Об этом в ответ на запрос АПА сообщила пресс-секретарь МИД Лейла Абдуллаева.

    Официальный представитель МИД подчеркнула, что вместе с 17 гражданами, прибывшими из Индии, еще 13 граждан Азербайджана, находившихся в Грузии, были доставлены в страну через грузино-азербайджанскую границу.

  • 17 həmyerlimiz Gürcüstandan Azərbaycana gətirildi – RƏSMİ

    Bu gün 17 həmyerlimiz Gürcüstandan Azərbaycana gətirilib.

    Bununla bağlı Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

    Qeyd edək ki, həmin şəxslər bu gün təyyarə ilə Hindistandan Tbilisiyə gətirilmişdi.

  • Владимир Зеленский поздравил Ильхама Алиева

    Президент Украины Владимир Зеленский направил главе азербайджанского государства Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Примите мои самые искренние поздравления по случаю национального праздника Азербайджана – Дня Республики.

    В этот в высшей степени знаменательный для каждого азербайджанца день, хотел бы подтвердить неизменную позицию Украины в вопросе поддержки территориальной целостности и суверенитета Вашей страны в рамках признанных на международном уровне границ Азербайджанской Республики.

    Высоко ценю отношения традиционного партнерства между Баку и Киевом по всем актуальным вопросам, в первую очередь, предотвращению пандемии коронавируса в мировом масштабе, а также усилению экономических и гуманитарных параметров двусторонних связей.

    Уверен, что стратегическое партнерство между Украиной и Азербайджанской Республикой и впредь будет развиваться в духе взаимного уважения и поддержки.

    Ваше превосходительство, пользуясь этой приятной возможностью, желаю Вам крепкого здоровья и успехов в ответственной деятельности, а дружественному азербайджанскому народу – мира, спокойствия и благополучия”.

  • Zelenski İlham Əliyevə məktub göndərdi

    Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim.

    Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm.

    Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir.

    Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzu edirəm”.

  • Sürücünü başından vurub taksini qaçırdı

    Şəmkirdə müştəri taksi sürücüsünə xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P. Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

    Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S. Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.

    Araşdırma aparılır.

  • Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb

    Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

    Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

    Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin Criminal.az-a verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni şəxslərə birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.

    Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı cinayət işinin başlanılmasını istisna etmirlər.

    Media işçilərinin ölkə başçısına müraciətində qeyd olunurdu ki, Prezident Administrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla, əlaltıları vasitəsilə vəzifəsindən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib.(oxu.az)

  • İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib – FOTO

    Azərbaycanda it döyüşləri təşkil edən şəxslərin kimliyi müəyyənləşdirilib.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

    O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı hazırda araşdırmalar davam etdirilir:

    “Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir”.

    E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.

    Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb. Yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər. Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

    Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.