Month: May 2020

  • Azərbaycanda koronavirusa yoluxan əməkdaşı olan icra hakimiyyəti işini necə davam etdirəcək? – VİDEO

    Şamaxı rayon İcra Hakimiyyəti fəaliyyətini bundan sonra bir müddət sosial izolyasiya qaydalarına uyğun, məhdud heyətlə davam etdirəcək. Hətta vətəndaşların qəbulu onlayn formada həyata keçiriləcək.

    Baku TV-nin bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti əməkdaşlarının birində testin nəticəsi müsbət çıxandan sonra icra başçısı Tahir Məmmədov da digərləri ilə birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ olub.

    Hazırda Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının yeni növ koronavirus testindən keçirilməsi prosesi davam edir.

    Onu da deyək ki, Şamaxıda bu günə kimi beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

  • Bakıda avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

  • Gürcüstan əvvəlcə öz vətəndaşlarını qəbul edəcək, bu şəxslər ölkəyə buraxılmayacaq

    “Gürcüstana yalnız koronavirus testinin neqativ olması barədə arayış təqdim edən turistlər buraxılacaq”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib. O deyib ki, həmin sənədi olmayan ziyarətçilərin ölkəyə girişinə icazə verilməyəcək:

    “Biz arayışı olmayan tursitlər üçün, bunun kütləvi hal almayacağı təqdirdə, ölkə ərazisində koronavirusu sürətlə aşkarlayan testdən keçməyə şərait yaradacağıq. Gürcüstana səfər edən turist qrupları “yaşıl zonalar”da – Səhiyyə Nazirliyindən müvafiq icazə alan mehmanxanalarda yerləşdiriləcək. Əks halda, biz ölkəmizin turizm brendi reputasiyasını zərbə altına qoya bilərik”.

    Hökumət başçısının sözlərinə görə, iyulun 1-dən Gürcüstanın beynəlxalq turizm üçün açılması ilə ölkəyə nəzarətsiz giriş deyil, “təhlükəsiz dəhliz” nəzərdə tutulur.

    Giorgi Qaxaria bildirib ki, sərhədlər açılandan sonra ilk mərhələdə Gürcüstan vətəndaşları və ikili vətəndaşlığı olan şəxsləri qəbul edəcəklər. Onun sözlərinə görə, sərhədlərin açılması şəraitində əlavə risklər yaranacaq:

    “Biz ölkəni həmişəlik bağlaya bilmərik. Yaxın günlərdə Tbilisi-Amsterdam və Tbilisi-Vyana istiqamətləri üzrə reyslər həyata keçiriləcək”.

    Baş nazir qeyd edib ki, sərhədlər mərhələli şəkildə açılacaq: “Mərhələlər arasında müddət elə olacaq ki, inkubasiya dövrünə nəzarət mümkün olsun”.

  • Goranboyda çay evində it müştərini dişləyib

    Goranboy şəhərinin çay evlərindən birində ovçarka cinsli it müştərilərdən birinə hücum edib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, it müştərinin əl-ayaq nahiyəsinə xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib.

  • Названо число жертв коронавируса в Турции

    Сегодня в Турции скончались еще 34 зараженных коронавирусом, общее число жертв заболевания достигло 4 431.

    Как передает Median.Az, об этом министр здравоохранения страны Фахреттин Коджа сообщил в своем Twitter.

    По словам министра, за день были выявлены 1 035 новых случаев заражения COVID-19. Таким образом, число подтвержденных случаев заражения в стране составляет 159 797.

    За последние сутки в стране вылечились 1 286 больных вирусом, общее число выздоровевших достигло 122 793.

  • Türkiyədə pandemiya qurbanlarının sayı 4 430-u ötdü

    Bu gün Türkiyədə koronavirusdan daha 34 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 431-ə çatıb.

    Nazir sosial şəbəkədə bildirib ki, sutka ərzində COVID-19-a daha 1 035 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.

    Son gün ərzində Türkiyədə daha 1 286 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 122 793-ə çatıb.

  • Tovuzda gənc oğlanın bilək damarı kəsilib

    Tovuz rayonun İbrahimhacılı kənd sakini naməlum şəraitdə xəsarət alıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, gənc oğlan (ad və soyadı dəqiqləşdirilir – red) bilək damarı kəsilmiş halda yaxınları tərəfindən xəstəxanaya aparılıb.

    Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Gəncin hansı şəraitdə xəsarət aldığı məlum deyil. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Köpəkdən vəfa örnəyi: Koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözlədi – FOTO

    Çinin Hubey əyalətinin Uhan şəhərində vəfalı it koronavirusdan ölən sahibini aylarla xəstəxanada gözləyib.

    Bu barədə məlumatı “Oriental Daily News” çatdırıb.

    Məlumata görə, COVID-19 diaqnozu qoyulan Uhan sakini fevral ayında xəstəxanaya yerləşdirilib, lakin koronavirusa məğlub olaraq, həyatını itirib. Onun vəfalı dostu isə xəstəxananı tərk etməyərək, aylarla, səbrlə sahibinin gəlməsini gözləyib.

    Bu hal xəstəxananın yaxınlığındakı mağaza sahibinin gözündən yayınmayıb və o, itə qulluq etməyə başlayıb. İt də bunun əvəzini onun dükanını mühafizə etməklə çıxıb.

    “Mən müvəqqəti olaraq mağazadan uzaqlaşanda Sya Bao (Çin dilindən tərcümədə “balaca möcüzə”) qapının ağzında uzanır və oranı qoruyurdu”, – deyə qadın vurğulayıb.

    Mağaza sahibi onu evinə aparmağa bir neçə dəfə cəhd etsə də, hər dəfə it xəstəxanaya qayıdıb.

    “Syao Bao danışa bilməsə də, onun sahibini axtardığını bilirik”, – deyə qadın bildirib.

    Heyvanların xəstəxanada yaşaması qadağan olunduğundan hazırda vəfalı it tibbi mərkəzdən çıxarılıb və sığınacağa verilib.

  • Bakıda itkin düşən körpə tapıldı – FOTO

    Bakıda beş yaşlı qız itkin düşüb.

    Median.Az xəbər verir ki, bununla bağlı polisə müraciət daxil olub.

    Bakı polisi valideyninin diqqətindən yayınaraq itkin düşən beş yaşlı Əlif Süleymanovanı taparaq ailəsinə təhvil verib.//oxu.az

  • Azərbaycanlı bloqer özünə ən son model “Rolls-Royce” aldı – FOTO/VİDEO

    Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənov çoxdankı arzusunu reallaşdırıb.

    Median.Az xəbər verir ki, Hüseyn özünə sayca üçüncü lüks “Rolls-Royce Cullinan” avtomobilini alıb.

    Məşhur bloqer avtomobilləri ilə foto çəkdirib və sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

    “Desəm ki, xoşbəxtəm, bu, heç bir şey demək deyil. Bəli! Hər birinizə hazırda hiss etdiklərimi arzu edirəm. Bu, elə-belə avtomobil deyil, bu, bir hədəfdir, hansı ki 25 yaşımda gerçəkləşdirdim”.

    Dəbdəbəli və ən son model olan avtomobilin qiyməti təxminən 686 min manatdır.

    Xatırladaq ki, H.Həsənovun bundan savayı şəxsi qarajında qırmızı rəngdə “Geländewagen” və “Lamborgini” markalı avtomobilləri var.

    Qeyd edək ki, H.Həsənov Rusiyada anadan olub, əslən azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan H.Həsənov hazırda sahib olduqlarına görə, elə özünə borcludur. O, Rusiyada ən populyar bloqerlərdən biridir. İş adamının 13 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. O, restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez gələn H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.//oxu.az