Month: May 2020

  • Sumqayıtda standartlara cavab verməyən iaşə obyektləri cərimələndi – VİDEO

    Sumqayıtda sanitar norma və tələblərə cavab verməyən, nəzərdə tutulan standartlardan uzaq fəaliyyət göstərən kafe və restoranlar aşkar edilib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin keçirdiyi yoxlamalarda gigiyenik qaydaların kobud şəkildə pozulduğu məlum olub.

    Reyd zamanı qanun pozuntuları ilə yanaşı, qaydalara əməl edən restoranlara da rast gəlinib. Giriş hissələrdə, müştərilərin əyləşdikləri masalarda, mətbəx və digər yerlərdə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən təlimat lövhələri vurulub.

    Obyekt sahiblərinə sanitar norma və tələblər barədə məlumat verilib.

    Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik:

  • Azərbaycanda 53 il vəzifədə olan şəxs vəfat etdi – FOTO

    Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının “Elmi biblioqrafiya və informasiya” şöbəsinin müdiri Zülfünaz Həsənova 81 yaşında vəfat edib.

    Z.Həsənova 53 il bu vəzifədə çalışıb.

    Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

  • В Баку начато расследование по факту нанесения отцом своему сыну ножевого ранения

    В Баку по факту нанесения отцом своему 11-летнему сыну ножевого ранения начато расследование.

    Об этом сообщили в пресс-службе Главного управления полиции столицы.

    “В зависимости от результатов расследования действию гражданина будет дана правовая оценка”, – сказали в пресс-службе.

    Отметим, Фикрет Исмаилов ударил по голове своего сына Джанали (2009 г.р.) кулаком, а затем и ножом. От полученных увечий мальчик потерял сознание.

  • Bakıda atanın 11 yaşlı oğlunu başından bıçaqlaması ilə bağlı araşdırma başladı – RƏSMİ

    В Баку по факту нанесения отцом своему 11-летнему сыну ножевого ранения начато расследование.

    Об этом Oxu.Az сообщили в пресс-службе Главного управления полиции столицы.

    “В зависимости от результатов расследования действию гражданина будет дана правовая оценка”, – сказали в пресс-службе.

    Отметим, Фикрет Исмаилов ударил по голове своего сына Джанали (2009 г.р.) кулаком, а затем и ножом. От полученных увечий мальчик потерял сознание.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb:

    “Hadisə ilə bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

    Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

  • Возбуждено уголовное дело в связи с ранением сотрудников ОАО “Азеришиг”

    Возбуждено уголовное дело в связи с ранением сотрудников ОАО “Азеришиг” в Масаллинском районе Азербайджана.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры.

    Было отмечено, что по подозрению в совершении преступления был задержан житель села Йеддиоймаг Мансур Шахмурадов (1969 г.р.).

    По данному факту возбуждено уголовное дело по статье 29, 120.1 (покушение на убийство) Уголовного кодекса, назначены соответствующие экспертизы. Охотничье ружье было изъято в качестве вещественного доказательства.

    В настоящее время продолжаются следственные мероприятия.

    Ранее сообщалось, что у Мансура Шахмурадова возник спор с сотрудниками ОАО, которые пришли к нему и потребовали погасить задолженность за потребленную электроэнергию.

    Отметив, что у него нет никаких долгов, М.Шахмурадов выстрелил в сотрудников “Азеришиг” из охотничьего ружья, в результате чего они получили ранения разной степени тяжести.

  • “Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı – RƏSMİ + VİDEO

    Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

    Hazırda istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, hadisə mayın 26-da Masallı rayonunda baş verib.

    Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov həyətinə gələrək, ondan enerji borcunu ödəməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişıq” ASC-nin əməkdaşlarına atəş açıb.

    Nəticədə, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

  • 190 manatlıq yardım yenidən verilə bilər? (AÇIQLAMA)

    Koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi.

    Karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb.

    Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olunmayan müəssisələrin əməkdaşları və aztəminatlı insanlara 190 manatlıq yardım edilə bilərmi?

    Məsələ ilə bağlı deputat Musa Quliyev sonxeber.az-a açıqlama verib. Deputat bildirib ki, bu edilə bilməz və edilməli də deyil:

    “Çünki insanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir. Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.

    Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar. İnsanlar da öz əməkləri ilə məşğul olmalı, iqtisadiyyatımıza kömək etməli və özlərinin sosial həyatını yaxşılaşdırmaq barədə düşünməlidirlər. Yəni biz bu yayı da işləməsək payızda, qışda daha ciddi ərzaq qıtlığı ilə üzləşə bilərik. Bunlar hamısı nəzərə alınmalıdır.

    Şübhəsiz ki, təcrid rejimindən çıxıb artıq sosial məsafə rejiminə keçməliyik. Sosial məsafəni qorumaq və qoruyucu vasitələrdən istifadə etməklə həyatımızı davam etdirməliyik. Artıq bütün dünya olaraq yeni bir yaşam tərzinə keçmişik. Bu yaşam tərzinin şərtlərinə uyğun həyatımızı davam etdirməliyik”.

  • Bakı metrosunda karantin qaydaları niyə pozulur? – RƏSMİ AÇIQLAMA

    Bakı sakinləri metro stansiyalarının girişlərində sərnişinlərin hərarətlərinin ölçülməməsindən narazılıq edirlər.

    Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunub.

    Vətəndaşlar iddia edirlər ki, metronun bəzi stansiyalarında yoxlamalara laqeyd yanaşılır:

    “Metronun “Memar Əcəmi” , “Nəriman Nərimanov”, “Elmlər Akademiyası”, eləcə də “Şah İsmayıl Xətai” stansiyalarına daxil olarkən sərnişinlərin hərarəti ölçülmür. Digər stansiyalarda isə hərarətin hansı meyarlar əsasında ölçüldüyünü başa düşmək olmur. Stansiyalara vətəndaşlar tibbi maska ilə daxil olurlar. Metropoliten əməkdaşları niyə sərnişinlərin bəzilərinin hərarətini ölçür, bəzilərinin isə yox?

    Sərnişinlər metropolitenə daxil olduqdan sonra maskaları çıxarırlar. Platformalarda karantin qaydalarına riayət edən sərnişinlərin sayı azdır. Metropoliten işçiləri tərtib edilən qaydaların riayət olunmasına ciddi nəzarət etmirlər. Sərnişinlər qatarlarda ara məsafəsini gözləmir və üzərinə işarə qoyulan oturacaqlarda əyləşirlər. Belə olan halda koronavirusa yoluxmaların sayı əlbəttə ki, artacaq”.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında sərnişinlərin iradlarını belə cavablandırıb.

    O bildirib ki, sərnişinlərin hər birinin qaydalara ciddi nəzarət etməsinə fiziki olaraq nəzarət etmək mümkün deyil:

    “Sərnişinlərin metroya daxil olan zaman hərarətinin ölçülməsi selektiv qaydada aparılır. Bütün stansiyalarda hərarətin ölçülməsi həyata keçirilir. Ola bilər ki, gün ərzində cihazın elektrik yükləyicisi bitir. Bu zaman bir müddət cihazın özünü bərpa etməsi üçün fasilə verilə bilər. Biz əvvəlcə də məlumat vermişdik ki, yoxlamalar əlavə ehtiyat tədbiri kimi aparılır. Bütün sərnişinlərin birmənalı şəkildə yoxlanılacağı deyilməyib.

    Metropolitenin girişində laboratoriya şəraiti yoxdur ki, bütün sərnişinlərin hansı xəstəlik daşıyıcıları olduğunu müəyyən edə bilək. Ümumiyyətlə, “Bakı Metropoliteni”ndən istifadə qaydalarının beşinci bəndində qeyd olunub ki, əgər insan hər hansı xəstəliyə yoluxubsa, o, metropolitenə daxil olmamalıdır. Bu, dünya praktikasında da belədir”.

    B.Məmmədov onu da əlavə edib ki, metropoliten əməkdaşları bu istiqamətdə xüsusi təlim keçiblər:

    “Vətəndaşlar bunu ayrı-seçkilik kimi dəyərləndirməməlidir. Metro stansiyalarının girişlərində xidmət aparan əməkdaşlarımıza cihazın istifadəsi, eləcə də karantin rejimi qaydalarının tətbiqi istiqamətində təlimlər keçirilib. Onlar metropolitenə daxil olan zaman özünü şübhəli aparan, halsız olan sərnişinlərin hərarətini yoxlayırlar. Tibbi maskaların istifadəsinə də metroda ciddi şəkildə nəzarət olunur. Müntəzəm dezinfeksiya tədbirləri həyata keçirilir. Sərnişinlərimizin əksəriyyəti qaydalara özləri nəzarət edirlər. Bir qrup sərnişin olur ki, tibbi maskalarını çıxarır, onlarla da əməkdaşlarımız profilaktik söhbətlər aparmaqla, vəziyyətin ciddiliyini izah edirlər. Hələ ki, heç bir ciddi hadisə ilə qarşılaşmamışıq”.

  • В Баку отец ударил ножом сына за отказ попрошайничать – ФОТО

    На улице Х.Алекперова в Сураханском районе Баку произошел инцидент.

    Как передает Report, Фикрет Исмаилов ударил по голове своего сына Джанали (2009 г.р.) кулаком, а затем и ножом.

    От полученных увечий мальчик потерял сознание. Бригада скорой медицинской помощи доставила его в больницу.

    В ходе осмотра на голове Джанали были выявлены колото-резаная рана и многочисленные ушибы от ударов.

    Мать ребенка сообщила, что Ф.Исмаилов употребляет наркотики. По ее словам, он принуждает троих своих детей заниматься попрошайничеством, а 11-летний Джанали отказался просить деньги у прохожих.

    Ведется расследование.



  • Bakıda ata dilənmək istəməyən 11 yaşlı oğlunu başından bıçaqladı – FOTO

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

    Bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

    Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı onun baş ənsə nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

    Azyaşlının anası “Report”a bildirib ki, F.İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçilik etməyə məcbur edir. Sonuncu hadisə isə C.İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

    Belə ki, 11 yaşlı yeniyetmənin dilənmək istəməməsi bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

    Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.