Month: May 2020

  • Bakıda mənzildən meyit tapıldı

    Bakı şəhərində mənzildə meyit aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Karl Ryumin Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.//sabah.az

  • “Azərişığ”ın güllələnən əməkdaşlarının durumu ilə bağlı açıqlama

    TƏBİB Masallıda güllə yarası alan “Azərişıq” ASC-nin əməkdaşının vəziyyəti barədə məlumat verib.

    Median.Az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən açıqlamaya görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

    “R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir”.

    Qeyd edək ki, Masallı rayonunda abonent “Azərişıq” ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb. 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb. İnsident zamanı “Azərişıq” ASC-nin digər əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.

  • В Товузе автомобиль сбил пешехода

    В Товузском районе произошло ДТП, в результате которого сбили пешехода.

    Как сообщает Report, случай произошел в городе Товуз.

    Во время того, как пешеход переходил дорогу, его сбила машина.

    Пострадавшего госпитализировали в Товузскую районную центральную больницу.

    По факту ведется расследование.

  • Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər – FOTO

    Rusiyanın zəngin adamları koronavirus pandemiyası dövründə sərvətlərini artırıblar.

    “Report” “Forbes” jurnalına istinadən xəbər verir ki, COVID-19 pandemiyası dövründə Rusiyanın ən varlı adamları sərvətlərini 62 milyard ABŞ dolları artırıb. Hazırda onların 454 milyard ABŞ dolları var.

    Rusiyalı milyarderlər arasında ilk yerlərdə olan “Nornikelya”-nın sahibi Vladimir Potaninin varidatı 19,6 milyard ABŞ dollarından 26,1 milyard ABŞ dollarına qədər artıb.


    Potanindən sonra ikinci yerdə “Novateka”-nın sahibi Leonid Mixelson gəlir. O, pandemiya dövründə 5,4 milyard ABŞ dolları qazanıb. Hazırda onun sərvəti 22,5 milyard ABŞ dollarıdır.

    “Seevrstal”-ın sahibi Aleksey Mordaşov 2,3 milyard ABŞ dolları (hazırda sərvəti 19,1 milyard ABŞ dollarıdır), “Lukoil”-in prezidenti Vahid Ələkbərov 5,6 milyard ABŞ dolları qazanıb ( hazırda onun sərvəti 20,8 milyard ABŞ dollarıdır).


    Nəşrin bildirdiyinə görə, birjaların bərpası sayəsində Rusiyada milyarderlərinin sayı 99 nəfərdən 101 nəfərə yüksəlib.

  • Из Баку в Казахстан отправлены еще 24 человек

    Сегодня паромным сообщением из Азербайджана в Казахстан были отправлены ещё 18 граждан Республики Казахстан (РК) и 6 граждан Азербайджана, имеющих разрешение на проживание в Казахстане, оставшихся здесь из-за закрытия границ в связи с коронавирусом.

    Как передает Report, об этом сообщили из ЗАО “Бакинский международный морской торговый порт”.

    В 18:00 часов (бакинское время) пассажиры отправились на борту паромного судна «Профессор Гюль» ЗАО «Азербайджанское Каспийское Морское Пароходство» из Бакинского порта, расположенного в поселке Алят, в порт Курык в Казахстане. Перед отправкой все пассажиры прошли тест на коронавирус, результаты которых были отрицательными.

    Отметим, что с 13 мая в Казахстане утвержден новый Порядок пересечения государственной границы на период карантинных ограничений, согласно которому казахстанский порт «Курык» возобновил принятие граждан РК и иностранных граждан, имеющих право въезда в страну.

  • Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı

    COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

    “Report”un məlumatına görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

    Qeyd olunub ki, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə-gəmisi ilə yola salınıb.

    Xatırladaq ki, mayın 20-də 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

    Cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

  • Президент Эфиопии направил письмо Президенту Ильхаму Алиеву

    Президент Федеративной Демократической Республики Эфиопия Сахле-Ворка Зевде направил поздравительное письмо Президенту Азербайджана Ильхаму Алиеву.

    Как сообщает Median.Az, в послании говорится:

    «Президенту Азербайджанской Республики Его превосходительству господину Ильхаму Алиеву

    Ваше превосходительство, господин Президент.

    От имени народа, правительства Федеративной Демократической Республики Эфиопия, от себя лично хотел бы передать Вам и в Вашем лице народу и правительству Азербайджанской Республики самые искренние поздравления по случаю национального праздника Вашей страны – Дня Республики.

    Выражаю уверенность в продолжении укрепления искренних отношений между нашими странами в последующие годы.

    Пользуясь случаем, желаю Вашему превосходительству крепкого здоровья, народу Азербайджана – прогресса и процветания».

  • Efiopiya və Cibuti prezidentləri İlham Əliyevə təbrik məktubu göndəriblər

    Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Zati-aliləri, cənab Prezident.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

    Eyni zamanda, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlərin qarşıdan gələn illər ərzində güclənməkdə davam edəcəyinə əminliyimi ifadə edirəm.

    Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram”.

    Bundan başqa, Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Təbrik məktubunda deyilir: “Cənab Prezident.

    Dost və qardaş Azərbaycan xalqının milli bayramını qeyd etdiyi bu gündə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

    Mənimlə yanaşı Cibuti xalqı və hökuməti də ölkənizin milli bayramı münasibətilə qardaş Azərbaycan xalqına rəğbətini və dost münasibətini ifadə edir. Səmimi qəlbdən ümid edirəm ki, Sizin liderliyinizlə başlanmış inkişaf layihələri ölkəniz və xalqınız üçün daha çox tərəqqi və rifah gətirəcəkdir.

    Cibuti Respublikası bir çox ortaq dəyər və bənzərlikləri olan Azərbaycanla əlaqələrin, xüsusilə ticarət dövriyyəsinin səviyyəsini daha da artırmaq niyyətindədir. Cənab Prezident, əmin ola bilərsiniz ki, Cibuti xalqı və hökuməti ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün hər zaman lazımi kömək göstərməyə hazırdır.

    Sizə və bütün xalqınıza bir daha ən xoş arzularımı çatdırıram. Cənab Prezident, xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin”.

  • Hazırlıq kurslarının fəaliyyətinin bərpa olunmasına nə mane olur? – VİDEO

    Aprelin 27-dən qrup halında məşğələlər istisna olmaqla, fərdi tədris və repetitor xidmətləri bərpa olundu. Amma hələ də kursların fəaliyyət göstərməsi ilə bağlı qadağalar var.

    Baku.TV xəbər verir ki, bir neçə müddətdir sosial izolasiya qaydalarına əməl olunmaqla kafe və restoranların fəaliyyəti saat 18:00-dək bərpa olunubsa, bəs nə üçün kurslar hələ də fəaliyyət göstərmir?

    İndi ortaya bir sual çıxır. Ara məsafəsi saxlanmaqla, sosial izolasiya qaydalarına əməl etməklə, kursların fəaliyyəti bərpa oluna bilməzmi? Yəni gələcək nəyin və ya kimin üzərində qurulmalıdır? Yeyib-içməyin, yoxsa təhsil almış gəncliyin?

    Buraxılış sinifləri olan şagirdlərin yaxın aylarda ali təhsil müəssisələrinə qəbul imtahanı verəcəklərini nəzərə alsaq, onlar üçün məşğələlərin nə dərəcədə vacib olduğunu başa düşmək çətin deyil. Elə müəllimlər də distant təhsilin o qədər də effektiv olmadığını, yaxın günlərdə mütləq şəkildə təhsillə bağlı olan qadağaların aradan götürülməsinin vacibliyini bildirirlər.

    Məsələ ilə bağlı ətraflı ekspert fikirləri ilə süjetdə tanış ola bilərsiniz:

  • Yumşaldılmadan sonra şəhərdə karantinə necə əməl olunur? – VİDEO

    Sevindirici haldır ki, ölkədə karantin şərtləri xeyli yumşaldılıb, amma koronavirusa yoluxanların və ölənlərin sayının günü-gündən artması da göz qabağındadır.

    İctimai yerlərdə, xüsusən qapalı məkanlardakı müşahidələrimiz onu deməyə əsas verir ki, karantindən sonra yaranan rahatlıq insanları xeyli arxayınlaşdırıb.

    Sosial məsafəni qoruyan və tibbi maskadan istifadə edən tək – tük adama rast gəlinir.

    Ətraflı Baku.Tv-nin sujetində: