Month: May 2020

  • Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi

    Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib.

    Bu barədə daimi nümayəndəliyin rəsmi saytında məlumat yerləşdirilib.

    Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

  • Bakıda hamı ondan danışır – Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam” – VİDEO

    Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. Adını və kimliyini bildirməyən həmin şəxs bu hərəkəti ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı “nisyə dəftər”lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.
     
     ”Bir əlin verdiyini, digər əl bilməməlidir ” misalı paytaxtda gerçəkləşib. Belə ki, xeyirsevər bir şəxs mağazalara gələrək sakinlərin borcunu ödəyib, nisiyə dəftərlərini isə özü ilə aparıb.
     
    Obyekt sahibləri bildirir ki, uzun illərdir nisiyə mal versələr də belə bir halla ilk dəfədir ki, qarşılaşırlar. Həttə bağlanan borclar arasında illərdir ödənilməyənlər də olub.
     
    Bu hal isə bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman biri-birinə dəstək olur. Kimisi bunu başqalarına örnək olmaq üçün əyani şəkildə göstərir, kimisi də sadəcə gizlindən savab qazanır.

  • Məşhur kurortda 40 otel fəaliyyətini bərpa edib

    Misirin Qırmızı dənizin sahillərində yerləşən məşhur Şarm əl-Şeyx kurortunda iki ay əvvəl koronavirus pandemiyası ilə əlaqədar bağlanmış 40 otel fəaliyyətini bərpa edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Qırmızı dəniz bölgəsinin qubernatoru Əmr Hənəfi həmin istirahət mərkəzlərinə müvafiq sertifikatları təqdim edib. Sertifikatların təqdimatından əvvəl vilayətin müvafiq strukturları tərəfindən otellərin COVID-19 virusuna qarşı həyata keçirdikləri profilaktik tədbirlər ciddi şəkildə yoxlanılıb.

    Qubernator jurnalistlərə müsahibəsində bildirib ki, Baş Nazir Mustafa Mədbulinin açıqladığı Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi, habelə çimərliklərin bağlanılması qərarına baxmayaraq, otellərə məxsus ərazilərdə daxili turistlərin istirahətinə icazə veriləcək. Eyni zamanda, ictimai çimərliklər tamamilə qapalı olacaq və yalnız hökumətin müvafiq qərarından sonra açılacaq. Ə.Hənəfi əlavə edib ki, Ramazan bayramı günlərində safari, suya dalma kimi əyləncələr, habelə kiçik gəmilərin hərəkəti də qadağandır.

    Misirin Ticarət Palatası bu ölkənin Otel Sahibkarları Federasiyası ilə birgə turizm sektorunun fəaliyyətinin tədricən bərpası planını hazırlayıb. Əcnəbi turistlərin qəbulunun bərpa edilməsinin dəqiq tarixi isə hələ açıqlanmır.

  • В ВОЗ заявили о риске второго пика заболеваемости COVID-19

    Человечество достигло только середины первой волны распространения COVID-19, очередной пик пандемии вполне вероятен,

    Как передает Median.Az со ссылкой на Gazeta.ru, об этом заявил руководитель программы Всемирной организации здравоохранения по чрезвычайным ситуациям Майк Райан.

    “Прямо сейчас мы переживаем не вторую волну, мы – прямо в середине первой волны <…> Мы можем получить второй пик в этой волне: такое происходило с пандемиями в прошлом”, – сказал Райан.

    Он пояснил, что новый пик возможен благодаря активному распространению вируса в Центральной и Южной Америке, Южной Азии и Африке.

    По его словам, временное сокращение прироста заболеваемости не означает, что данная тенденция сохранится в дальнейшем.

    Также Райан отметил, что миру придется в будущем готовиться и ко второй волне распространения инфекции, которая может совпасть с сезонным гриппом.

    31 декабря 2019 года китайские власти заявили о вспышке пневмонии в городе Ухань. Возбудителем заболевания является новый тип коронавируса SARS-CoV-2, который вызывает болезнь COVID-19. 11 марта Всемирная организация здравоохранения (ВОЗ) объявила вспышку нового коронавируса пандемией.

  • Elnur Allahverdiyev: “Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır”

    Prezident İlham Əliyevin videokonfrans şəklində növbəti görüşü dünyanın nüfuzlu şirkətlərindən olan “Signify”nin (əvvəlki adı “Philips Lighting”) rəhbərləri ilə oldu. Dövlət başçısı bir müddət əvvəl CISCO-nun rəsmiləri ilə də görüşmüşdü. Hər iki şirkətin rəhbərləri Azərbaycanın yeniliyə, inkişafa və texnologiyaya açıq olmasını yüksək qiymətləndirirlər.

    Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

    Deputat bildirib ki, dünyanın tanınmış şirkətlərindən biri olan və 1891-ci ildə yaradılan “Signify” dünya bazarında özünü kifayət qədər tanıda bilib. 74 ölkədə fəaliyyət göstərən və 140 ölkədə xidmət və məhsul satışı həyata keçirən şirkətin Azərbaycanla əməkdaşlıq etmək istəyi məmnunluq doğurur. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə qərarlaşır. Ölkəmizin adıçəkilən şirkətlə birgə layihədə iştirakının əsası Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda qoyulub.

    Onun sözlərinə görə, layihə əsasında Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. İlk mərhələdə böyük şəhərləri əhatə edəcək layihəyə görə, iyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq. Bakıdan sonra Sumqayıt şəhərinin işıqlandırılması nəzərdə tutulur.

    “Azərbaycan Prezidenti “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və digəriləri ilə görüşündə “Bakı ağıllı şəhər” işıqlandırılması layihəsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, respublikamız hər zaman müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verməyə hazır olan bir sistem qurmağı düşünür. Dövlətinmizin başçısı vətəndaşları qorumaq, onların ehtiyaclarını ödəmək üçün bütün qüvvələrin səfərbər olduğunu diqqətə çatdırdı. Ölkəmizin koronavirusla mübarizədə göstərdiyi örnək və bunun Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilməsi buna sübutdur”.

    E.Allahverdiyevin deyib ki, “Signify”nin rəhbəri E.Rondolat Prezident İlham Əliyevə müraciətində bildirdi ki, o dövlət başçısı kimi ölkədə müasir texnologiyaların inkişafına böyük önəm verir. Halbuki bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir: “Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz”.

    “Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır. Aparılan islahatların nəticəsidir ki, daha çox gənc kənd təsərrüfatı və iqtisadiyyatın fərqli sahələri üzrə mütəxəssis olmaq istəyir. Bütün bunlar həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha yol açır”, – deyə E.Allahverdiyev qeyd edib.

  • Uşaqların inkişafı üçün LAZIM OLAN 10 QİDA

    Balanslı qidalanma uşaqların böyüməsi və inkişafı üçün çox vacibdir. Mütəxəssislər bildirir ki, bəzi məhsullara uşaqlıq çağında daha çox üstünlük vermək lazımdır, çünki onların təsiri sağlamlığı müəyyənləşdirir.

    Median.Az oxucuları məşhur dietoloq Ferin Batmanın uşaqlar üçün hazırladığı faydalı qidalar siyahısı ilə tanış edir.

    1. C vitamini ilə zəngin məhsullar

    Bədəni toksinlərdən təmizləmək və immuniteti gücləndirmək üçün C vitamini ehtiyacı qarşılanmalıdır. Bunun üçün bütün fəsillərdə gün ərzində 2 -3 meyvə uşaq rasionuna daxil edilməlidir. Uşaqların şirniyyat istəklərini qarşılamaq üçün meyvə çərəzləri, meyvəli dondurma və smuzilərdən də istifadə edilə bilər.

    2. Yulaf

    Yulaf, B vitamini, dəmir, sink və kalsium ilə zəngin əla səhər yeməyi seçimidir. Karbohidrat və lif tərkibli şorbalar da uşaqlara enerji verir.

    3. Yumurta

    Yumurta zülal mənbəyidir. Eyni zamanda B, E vitamini və dəmirlə zəngindir. Uşaq menyusunda ət, balıq, yumurta, paxlalı və qoz-fındıq kimi protein mənbələrinə üstünlük verilməsi vacibdir. Kiçik yaşlı uşaqlara yumurta sarısı faydalıdır.

    4. Qoz-fındıq

    Uşaqlar həm yağa, həm də zülala ehtiyac duyduqları üçün qoz-fındıq onlar üçün sağlamlıq mənbəyidir.

    5. Süd və süd məhsulları

    Süd məhsulları uşaq menyusuna əlavə edilməlidir.

    6. Brokoli

    Brokoli həm böyüklər, həm də uşaqlar üçün ən faydalı tərəvəzlərdən biridir. Kalsium, kalium, beta-karotin, B vitamini və digər qida maddələri ilə zəngin tərəvəz, inkişaf yaşındakı uşaqlar üçün mütəmadi istifadə edilməlidir.

    7. Rəfinə edilməmiş taxıl məhsulları

    Bütün taxıl məhsullarının qida dəyəri yüksəkdir. Qəhvəyi düyü və kəpəkli buğda çörəyi lif, mineral və vitamin baxımından ağ undan hazırlanmış qidalardan üstündür.

    8. Zülal

    İnkişafda olan uşaqların zülala ehtiyacı var. Paxlalı bitkilər, qoz-fındıq və ya ət, balıq, toyuq və hinduşka bu yaxşı seçimlərdən bəziləridir.

    9. Göyərti

    Göyərti əlavə edilmiş şorba, smuzi və omletlərə üstünlük verin.

    10. Balıq

    Balıq, Omeqa-3 tərkibi sayəsində uşaqları xroniki xəstəliklərdən qoruyur, beynin inkişafına kömək edir, yüksək protein tərkibi isə böyüməni sürətləndirir. (publika.az)

  • Əməkdar artist göz yaşı tökdü: “Qardaşımın qatilini tapmayana kimi özümü bağışlamayacağam” – VİDEO

    “Ailədə üç uşaq olmuşuq: iki bacı, bir qardaş. Qardaşım saç ustası olub. Əslində qardaşımın qətli ilə bağlı məsələni ictimailəşdirmək istəmirdim. Amma belə alındı ki, hamı baş verənlərdən agah oldu. Bu məsələdə məni tənqid edib, ünvanıma nalayiq sözlər söylədilər. Elə məqamlar var ki, efirdə hər şeyi açıb danışa bilmirəm. Çünki efirə uyğun deyil. Bu mənim içimdədir. Məqsədim isə qardaşımın qatilini tapmaq idi. Ona görə efirə çıxıb qardaşımın arvadını axtarıb tapmaq istədim ki, bəlkə onun köməyi ilə mən nəsə öyrənə bilərəm”.

    Bu sözləri Əməkdar artist Nahidə Orucova “MTV Azerbaycan” telekanalında yayımlanan “Söhbətsiz” şou proqramında mərhum qardaşı barədə bəhs edərkən deyib.

    N.Orucova 23 ildir ki, qardaşını hansı səbəbdən qətlə yetirildiyini araşdırsa da, bu illər ərzində heç bir məlumat əldə edə bilmədiyini söyləyib:

    “Qardaşım 23 ildir ki dünyasını dəyişib. Onu qətlə yetiriblər. Qardaşımın ölüm səbəbi, nə üçün qətlə yetirildiyi hələ də müəmmalı qalır. Heç bir məlumatım yoxdur. Araşdırma aparılıb. Qardaşımın evinə gedib-gələn yaxın dostunu qətli törətməkdə günahlandırıb, həbs etdilər. Düzdür, o öncə qardaşımı öldürdüyünü boynuna alsa da, sonra boynundan atdı.

    Dedi ki, mən etməmişəm. 23 ildir ki, bu qətli araşdırıram. Amma heç bir informasiya əldə edə bilmirəm. Qardaşımın yoldaşı da bu məsələni araşdırdığıma görə qarşı çıxır. Qardaşımın arvadının qətl haqqında məlumatı var, sadəcə danışmaq istəmir. Mən də istəyirəm ki, o etiraf etsin, danışsın bildiklərini.

    Mən özümü günahkar bilirəm ki, biz iki bacı evimizin sonbeşiyi olan qardaşımızı qoruyub saxlaya bilmədik. Çox pis oluram (ağlayır). Atam-anam öləndən sonra qardaşım mənim yanımda qaldı. O, xəstə olanda da ona mən baxdım. Mən ürəyimdə bu ağrı ilə düz 23 ildir ki yaşayıram.

    O hadisə olanda ilk mənə zəng vurdular. Bütün o hadisələri mən öz gözlərimlə gördüm. Gördüklərim dəhşət idi… 23 ildir ki bu suallara cavab tapa bilmirəm: Kim? Nə üçün? Nəyə görə?”
    //oxu.az

  • Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum olub – STATİSTİKA

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb.

    “Report” xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 2 672 test edildiyi bildirilib.

    Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 273 411 test aparılıb.

    Qeyd edək ki, bu gün Azərbaycanda 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

  • Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edildi

    Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib.

    Median.Az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

    Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

  • Gecə saatlarında işləyənlərə XƏBƏRDARLIQ – Ciddi təhlükə

    Dünyada müxtəlif illərdə keçirilmiş araşdırmalar göstərib ki, gecə saatlarında işləyən insanlar öz sağlamlığını ciddi təhlükə altına salır.

    Bu insanlarda maddələr mübadiləsi pozulur, sinir, ürək-damar, hormonal və bir çox digər sistemlər həddindən artıq güclü yükləmələrə məruz qalır ki, bunun nəticəsində bir sıra xəstəliklərin və pozulmaların riski artır.

    – Ürək-damar sistemi xəstəlikləri

    Median.Az yenicag.az-a istinadən bildirir ki, alimlər sübut edib ki, gecə saatlarında işləyən insanlarda infarktın riski 40% artmış olur.

    Gecə saatlarında işləyən insanlarda orqanizmin bioloji ritmləri pozulur ki, bu insanlarda vaxt keçdikcə hipertoniya xəstəliyi inkişaf edir və qanda xolesterinin səviyyəsi qalxmış olur.

    – Şəkərli diabet və piylənmə

    Bu gecə saatlarında işləyən insanlarda maddələr mübadiləsinin pozulması ilə bağlıdır.

    – Depressiya və affektiv pozulma

    Gecə saatlarında orqanizmdə və o cümlədən beyində bərpa prosesləri işə salınır. Bu fizioloji proseslərin pozulması insanın psixoloji durumuna mənfi təsir edir.

    – Qadınların dölyaratma sistemində pozulmalar (menstruasiyaların pozulmaları, hamiləlik zamanı problemlər, vaxtından tez doğuş və s.)

    – Mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları (dispepsiya, reflüks xəstəliyi, mədə xorası və s.)

    Bu xüsusilə mədə xorası xəstəliyinə aiddir. Gecə növbəsində işləyən insanlarda bu xəstəlik tez-tez aşkar olunur.

    – Onkoloji xəstəliklər

    Ümumdünya Səhiyyə Təşkilatı gecə saatlarında işləmək kanserogen (xərçəng əmələ gətirən) faktor kimi qiymətləndirir.

    Belə hesab olunur ki, gecə saatlarında işləyən qadınlarda süd vəzi xəsrçənginin riski 50% artmış olur. Bundan əlavə düz bağırsaq, prostat vəzi xərçəngi və bəzi digər xərçəng növlərinin riski də artır.

    Məsələ burasındadır ki, gecə yuxusu zamanı orqanizmdə melatonin hormonu ifraz olunur. Bu hormonun sübut olunmuş xərçəng əleyhinə təsiri var. Gəcə saatlarında işləyən insanlarda melatonin hormonunun ifrazı pozulur ki, bu da xərçəng xəstəliklərinin riskini artırır.