Month: May 2020

  • Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb

    Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.

    AZƏRTAC ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, Gürcüstan əvvəlcə həm idxal, həm də yerli mənbələrdən 2,573 milyard kubmetr təbii qaz almağı planlaşdırırdı. Lakin, yeni proqnozlarda bu rəqəm 2,57 milyard kubmetr nəzərdə tutulub.

    Gürcüstan ilkin proqnoza əsasən, Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri SOCAR-ın, 874 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşürdü.

    Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə “Şahdəniz”dən əldə ediləcək.

    Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstanın Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 200 milyon kubmetrə qədər artırılıb.

  • Həmkəndlisinin qoyunlarını oğurlayan şəxs saxlanıldı

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini R.İmanov may ayının 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan ümumi dəyəri 1120 manat olan altı baş qoyunun oğurlandığını bildirib. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib. Oğurlanmış heyvanlar sahibinə qaytarılıb.

  • Karqo paketlərinin üzərində virus olur? – RƏSMİ AÇIQLAMA

    Karqo paketlərində insanı xəstələndirəcək qədər virus olması mümkün deyil.

    Bu sözləri Türkiyənin Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə üçün yaradılmış elmi qurumun üzvü İlhami Çelik deyib.

    Professorun sözlərinə görə, karqo paketlərinin üzərində virus ola bilər: “Amma insanı xəstələndirmək üçün kifayət edəcək miqdarda ola bilməz. Ona görə də karqo paketlərindən narahat olmağa gərək yoxdur”. (publika.az)

  • Dörd gün ərzində muzeylərə giriş ödənişsiz olacaq – VİDEO

    May ayının 18-dən etibarən muzeylərin də fəaliyyəti bərpa olundu.

    Bu gündən etibarən isə 28 May Respublika günü və Ramazan bayramı münasibətilə yaranmış qeyri-iş günlərində vətəndaşların boş vaxtlarını daha maraqlı və səmərəli keçirmələri üçün, mayın 25-dən 28-ə qədər olan vaxtda muzeylər, eyni zamanda Heydər Əliyev mərkəzləri, tarix-mədəniyyət qoruqlarında açıq qapı günləri təşkil olunur.

    Baku.Tv əməkdaşları şəhərin müxtəlif muzeylərində olub, oradakı son vəziyyəti müşahidə ediblər.

    Ətraflı videonu təqdim edirik :

  • Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür

    2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

    Median.Az
    AZƏRTAC-a istinadən bildirir ki, həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə təsis olunub. Ölkəmizdə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.

    Tibbi statistikaya əsasən, dünya əhalisinin üçdəbiri bu orqanın fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi isə insanların 10-30 faizində rast gəlinir.

    Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və sair tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.

  • Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Bu barədə AZƏRTAC xəbər verir.

    Təbrikdə deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq aləmdə etiraf edilib və dövlətinizin dünya arenasında mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.

    Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram.

    Əminəm ki, Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli əlaqələrin möhkəmlənməsinə Sizin sanballı töhfəniz ölkələrimizin əhalisinin rifahı naminə ikitərəfli əməkdaşlıq potensialını reallaşdırmağa kömək edəcək.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi, yeni uğurlar və nailiyyətlər, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

  • В Баку молодой курьер на мотоцикле умер в результате ДТП – Спешил доставить заказ

    В Баку в результате ДТП погиб молодой человек.

    Инцидент произошел на прошлой неделе. Молодой человек, работавший курьером в одном из местных ресторанов, разбился на мотоцикле и скончался от полученных травм.

    По словам родственников молодого человека, он умер из-за требований ресторана. Согласно указаниям руководства, каждый заказ должен быть доставлен по адресу не позднее, чем за 30 минут. Если заказ задерживается, на зарплату курьера налагается штраф. Причиной смерти стало превышение скорости, курьер пытался быстро доставить заказ.

  • Sənəd Qəbulu Komissiyaları bu tarixlərdə də işləyəcək

    Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

    Median.Az AzTV-yə istinadən xəbər verir ki, 67 minə yaxın abituriyent elektron ərizəsini təsdiqləyib. Onlardan 24 mindən çoxu I ixtisas qrupunu seçib.

    Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək.

    Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

    Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.

  • Cəlilabadda liseyin həyətindən meyit tapıldı – KORONAVİRUS ŞÜBHƏSİ

    Cəlilabad rayonunda kişi meyiti tapılıb.

    Report-un məlumatına görə, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.

    Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.

    Həmin şəxsin koronavirusdan ölüb-ölmədiyini dəqiqləşdirmək üçün meyitdən analiz götürülüb.

  • Azərbaycanda daha bir məhdudiyyət götürüldü

    Bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri başlayır.

    28 May – Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

    Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.