Month: May 2020

  • Gəncədə tanışını bıçaqlayan şəxs həbs edildi

    Gəncədə tanışını bıçaqlayan şəxs saxlanılıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov Zakir Müzakir oğluna bıçaqla ağır xəsarət yetirən şəxsin şəhər sakini, 1987-ci il təvəllüdlü Orxan Əliyev olduğu müəyyən edilib.

    O, saxlanılaraq, istintaqa təhvil verilib.

    Qeyd edək ki, 1981-ci il təvəllüdlü Həsənov Zakir Müzakir oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

  • Azərbaycanda polis meşədə asılı vəziyyətdə tapıldı

    Goranboyda intihar hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, Goranboy rayon Buzluq kənd sakini 25 yaşlı Məharət Nağıyev ötən gün evdən çıxıb və geri qayıtmayıb. Bu səbəbdən onun axtarışlarına başlanılıb.

    Onun asılmış meyiti bu gün Goranboy rayon Yuxarı Ballıqaya kəndi ərazisində olan meşədə tapılıb. İntiharın ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi

    Monteneqroda yeni növ koronavirusa (COVİD-19) qalib gəldiyi elan edilib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Milo Cukanoviç rəsmi “Twitter” səhifəsindən məlumat verib.

    Dövlət başçısı Monteneqroda yeni yoluxma halının aşkarlanmadığını açıqlayıb.

    Qeyd olunub ki, Monteneqroda indiyə ümumilikdə 324 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 9 nəfəri vəfat edib, digərləri sağalıb.

    Xatırladaq ki, bundan əvvəl İslandiya hökuməti də ölkədə koronavirusun yayılmasını aradan qaldırdığını elan edib.

  • Во Франции снижается число госпитализированных с COVID-19

    Число госпитализированных с коронавирусной инфекций во Франции за сутки снизилось на 387 и составляет 16 798.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает министерство здравоохранения.

    В коммюнике говорится, что 16 798 человек госпитализированы с коронавирусом. За последние 24 часа в больницы поступили 342 новых пациента.

    Вместе с тем общее количество больных в реанимации снизилось на 46 по сравнению с воскресеньем.

    С момента начала эпидемии были госпитализированы 100,6 тысячи человек, из них 17,7 тысячи находились в реанимационном отделении.

  • Fransada koronavirus xəstələrinin sayı azalır

    Fransada koronavirus infeksiyası diaqnozu ilə xəstəxanalarda müalicə edilənlərin sayında azalma müşahidə edilir.

    Median.Az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

    Rəsmi məlumatda deyilir ki, “hazırda ölkənin xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 16 798 nəfər (bir həftə öncə bu rəqəm 19 015 təşkil edirdi – red) müalicə edilir”.

    Son 24 saat ərzində xəstəxanalara COVID-19 diaqnozu ilə daha 342 pasiyent daxil olub.

    Hazırda tibb müəssisələrinin reanimasiya şöbələrində 1 609 xəstə (bir həftə öncə bu rəqəm 1 998 təşkil edirdi – red) müalisə olunur. Son sutkada reanimasiya şöbələrinə 45 pasiyent daxil olub. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı bazar günü ilə müqayisədə 46 nəfər azalıb.

    Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Abşeronda qadın yol qəzasında xəsarət aldı

    Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Novxanıda qeydə alınıb.

    “Oskar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü idarə etdiyi avtomobilin qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaması üçün manevr edib. Bu zaman avtomobil yol kənarındakı dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 1964-cü il təvəllüdlü Ksel Svetlana Petrovna xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

  • В Турции число жертв COVID-19 достигло 4 369

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 987, умерли 29 человек.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлено 987 новых случаев, всего заразившихся – 157 814. Мы потеряли за сутки 29 пациентов, всего умерших – 4 369. Вылечился 1 321 пациент, всего – 120 015 “, – написал Коджа в Twitter.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией. По последним данным ВОЗ, в мире зафиксировано свыше 5,2 миллиона случаев заболевания, умерли более 337 тысяч человек.

  • Türkiyədə koronavirus qurbanlarının sayı 4 369-a çatdı

    Son bir gündə Türkiyədə koronavirusdan daha 29 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 369 nəfərə çatıb. Bu gün COVID-19-a 987 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 157 814-ə çatıb.

    Son 24 saatda koronavirusla bağlı 21 492 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 1 milyon 853,7 mini ötüb. Son bir gündə virusdan 1 321 nəfər sağalıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 120 015 nəfər təşkil edir.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Gəncədə yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub – FOTO – YENİLƏNİB

    Gəncədə “VAZ 2106 ” markalı avtomobilin 9 metrlik quyuya düşməsi nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

    APA-nın yerli bürosunun məlumatına görə, onlar 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğludur.

    F.Rəcəbovun vəziyyətinin ağır olduğu bildirilib.

    ***

    Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb.

    Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb edilib.

    Əlavə məlumat veriləcək.

  • Azərbaycanda şimşək çaxıb, dolu yağıb – FAKTİKİ HAVA

    Saat 22:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şamaxı, Mingəçevir, Kürdəmir, Kişçay(Şəki), Balakəndə şimşək çaxıb, yağış yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Balakəndə saat 18.50-18.53 radələrində diametri 12 mm olan dolu düşüb.