Month: May 2020

  • Berdiməhəmmədov İlham Əliyevə məktub ünvanladı

    Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

    AZƏRTAC-da dərc olunan məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağı özümə şərəf bilirəm.

    Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan, getdikcə daha dinamik və davamlı xarakter kəsb edən Türkmənistan-Azərbaycan münasibətləri böyük qarşılıqlı etimad, hüquq bərabərliyi və səmimiliyi ilə fərqlənir.

    Mən bu ilin martında Sizin gözəl ölkənizdə bizim səmimi görüşümüzü xoş duyğularla xatırlayıram. Həmin görüş zamanı səmimi və etimada əsaslanan danışıqlarda hər iki tərəfin ölkələrimiz arasında çoxşaxəli qarşılıqlı əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazır olduğu təsdiq edildi.

    Qəti əminəm ki, qardaş xalqlarımız arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və başqa istiqamətlərdə yaranmış səmərəli əməkdaşlıq bizim birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

    Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

  • Bakının mərkəzində uçub-tökülən məhəllə: Sakinlər taleyin ümidinə tərk ediliblər – VİDEO

    Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Malik Məmmədov küçəsi, 28 ünvanındakı məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə gəlirlər.

    Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri taleyin ümidinə tərk ediliblər.

    Baku TV əməkdaşları ərazidə olub, sakinlərin dərdləri ilə maraqlanıblar.

    Ətraflı videonu təqdim edirik:

  • Azərbaycanda icra hakimiyyətinin işçisi koronavirusa yoluxdu: Başçı da karantinə alındı? – VİDEO

    Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

    Qafqazinfo xəbər verir ki, testin nəticəsinə əsasən, analiz bir nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

    Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

  • Президент Ильхам Алиев поздравил грузинскую коллегу

    Президент Азербайджана Ильхам Алиев поздравил грузинскую коллегу Саломе Зурабишвили с Днем независимости Грузии.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “От себя лично и от имени народа Азербайджана передаю Вам и всему Вашему народу наилучшие пожелания и сердечные поздравления по случаю национального праздника дружественной Грузии – Дня независимости.

    Нынешнее состояние азербайджано-грузинских отношений добрососедства и стратегического партнерства вызывает удовлетворение. Контакты высокого уровня между нашими странами, постоянно расширяющееся взаимовыгодное сотрудничество в политической, экономической и других сферах – характерные особенности наших связей. Уверен, что благодаря совместным усилиям это сотрудничество и впредь будет успешно продолжаться на благо наших народов.

    Хочу отметить, что азербайджанский народ солидарен с грузинским народом и в это трудное время, когда человечество столкнулось с пандемией COVID-19.

    Пользуясь случаем, желаю Вам крепкого здоровья, успехов в делах, а дружественному народу Грузии – постоянного благосостояния”, – говорится в поздравительном послании.

  • İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

    Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

    Təbrikin mətni AZƏRTAC-da dərc olunub.

    “Hörmətli xanım Prezident,

    Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir.

    Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

    Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah diləyirəm”.

  • На виновницу автонаезда в Мингячевире завели уголовное дело

    По факту ДТП в Мингячевире, в результате которого пострадали 13 человек, возбуждено уголовное дело в соответствии со статьей 263.1-1 (нарушение правил дорожного движения и эксплуатации транспортных средств) УК АР.

    Об этом сообщил старший инспектор шекинской региональной группы пресс-службы МВД Махир Масимов.

    По его словам, назначены соответствующие экспертизы, следствие продолжается.

    Отметим, что 24 мая в Мингячевире женщина за рулем автомобиля Opel въехала в толпу людей. В результате пострадали 13 человек, 10 из которых – дети.

  • Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

    “Ötən gün Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb”.

    Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

    O qeyd edib ki, baş verən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb:

    “Faktla bağlı ekspertizalar təyin edilib”.

    Qeyd edək ki, dünən Mingəçevirdə “Opel” markalı minik avtomobilinin qadın sürücüsü maşını kütləyə çırpıb. Nəticədə, 13 nəfər xəsarət alıb, onlardan 10-u uşaq olub.

  • Bakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldı – FOTO/VİDEO

    Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq, müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər tərəfindən aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Reyd zamanı Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

    Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub.

    Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər.

    Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin, bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.

    Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər.

    Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək.

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatdı

    Завершились широкомасштабные оперативно-тактические учения ВС Азербайджана, проведенные в соответствии с планом боевой подготовки войск на 2020 год.

    Об этом сообщает пресс-служба Минобороны.

    В ходе учений основное внимание было уделено повышению уровня профессионализма личного состава и органов военного управления, а также практическому применению боевой техники и других военных средств.

    По оценке руководства учений, войска во время маневров полностью достигли поставленных целей. Личный состав накопил практический опыт и навыки ведения боевых действий, а также продемонстрировал реальные способности в полевых условиях.

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatdı

    Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

    Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də, səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.