Month: May 2020

  • Daha bir dünya çempionatı təxirə salındı

    Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.

    Bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi.

    Qeyd edək ki, yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

    Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.

  • Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

    Bu gün Azərbaycanda 5912 koronavirus testi edilib.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəbər yayıb.

    Bununla da, ölkədə ümumilikdə 265 067 koronavirus testi aparılıb.

    Hazırda 55 nəfər xəstə reanimasiyadadır. Onlardan doqquzu süni tənəffüs aparatına qoşulub.

  • AZAL: “Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur”

    COVID-19 infeksiyası pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

    Bu barədə “Azərbaycan Hava Yolları”ndan məlumat verilib.

    Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

    Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

  • Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, iki nəfər istintaqa cəlb olunub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun ardıcıl genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı amansız mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.

    Ədliyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı dövlət başçısının keçirdiyi müşavirələrdə verdiyi tapşırıqlar, xüsusilə hüquq mühafizə orqanlarının qarşısında irəli sürdüyü göstərişlər Ədliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunaraq xüsusi tədbirlər müəyyən olunub, o cümlədən tabe qurumların kollektivləri ilə video-əlaqə vasitəsilə müşavirələr keçirilir.

    Mayın 23-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

    Çıxış edən nazir ölkə Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi ilə respublikamızın hərtərəfli davamlı inkişafını, qlobal pandemiya olan COVİD-19 infeksiyasına qarşı görülən qəti tədbirləri qeyd edib, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insanlara qayğılı və həssas münasibətindən, əhalinin təhlükəsizliyinə, sağlamlığına və rifahına yönələn tədbirlərdən bəhs edib.
    İclasda dövlət başçısının korrupsiyanın yolverilməzliyi, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlar verilib.

    Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq, bu sahədə görülən işlərə toxunulub. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun azadlığa buraxıldığı vurğulanıb.

    Həmçinin məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə geniş tətbiq olunaraq 624 məhkumun azadlığa buraxıldığı, 310 həbs edilmiş şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi qeyd olunub.

    Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

    Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, iki nəfər barəsində materiallar istintaqa verilib.

    Müşavirədə ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələblərinin hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğu bildirilib.

    Bununla yanaşı, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

    Nazir həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

    Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

  • Baş nazirdən idxal gömrük rüsumları ilə bağlı MÜHÜM QƏRAR

    Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Qərara əsasən, “iyunun 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilib.

  • Kənd Təsərrüfatı Nazirliyinə beş milyon manat ayrılıb

    Baş Nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə beş milyon manat məbləğində vəsait ayrılıb.

    Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görməli, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etməlidir.

    Maliyyə Nazirliyi bu sərəncamla ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.
    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Koronavirusa yoluxan məhkumlarla bağlı RƏSMİ AÇIQLAMA

    Ədliyyə Nazirliyinin Kollegiya iclasında koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən zəruri dezinfeksiya, tibbi və digər profilaktik işlərdən bəhs olunub, virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyətinin artıq sağaldığı və karantindən çıxdığı, hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb.

    Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.

  • Villasının görünməməsi üçün liseyin pəncərələrini hördürən icra başçısından daha bir addım – FOTO

    Tərtərin icra başçısı Müstəqim Məmmədovun yaşadığı ev əvvəllər Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının qərargahı olub.

    Yenisabah.az xəbər verir ki, bina 90-cı illərdə tikilib və 1998-ci ilə qədər orada əmanət bankı yerləşib.

    Daha sonra bina YAP-ın yerli təşkilatına verilib. 2016-cı ildə isə təşkilat yeni qərargaha köçüb. Bundan sonra Müstəqim Məmmədov binanı özəlləşdirərək, özünə ev edib. Binada o yenidənqurma işləri aparıb və bir mərtəbə artırılıb. Və həmin vaxtdan icra başçısı özəl mülkiyyətə çevirdiyi həmin villada yaşamağa başlayıb.

    Məlumata görə, həmin ev Tərtərin mərkəzi ərazilərindən hesab edilən Nərimanov küçəsində yerləşir. Həmin küçədə yaşayış və inzibati binalar yerləşir.

    “O ərazidə həyət evi yoxdur və heç vaxt olmayıb”, – deyə sakinlər bildirib.

    İcra başçısı evinin kənarında “dayanmaq qadağandır” nişanı da quraşdırıb. Həmin ərazidə maşını saxlayan sürücü dərhal yol polisi tərəfindən cərimələnir.

    Dünən məlumat vermişdik ki, icra başçısı evinin yaxınlığında yerləşən Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Müstəqim Məmmədov bu addımı evinin görünməməsi üçün atıb. Hazırda liseydə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

    Qərargahın villaya çevrilməsi zamanı çəkilmiş fotoları təqdim edirik:




  • По инициативе Лейлы Алиевой организованы акции помощи нуждающимся – ФОТО

    По инициативе вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой в священный месяц Рамазан в Баку и Москве состоялись акции помощи нуждающимся.

    Как сообщает АЗЕРТАДЖ, на протяжении более 10 лет в Москве проводится ежегодный культурно-благотворительный проект “Шатер Рамадана”. В шатер, размещенный на Поклонной горе, во время ифтара приходили все желающие разделить ужин – ифтар, послушать выступления профессиональных национальных коллективов.

    Представительство Фонда Гейдара Алиева в РФ ежегодно принимает активное участие в данном проекте, организует ифтар для верующих. В нынешнем году из-за пандемии коронавируса “Шатры Рамадана” были отменены. Но волонтеры развозят продукты и готовую еду нуждающимся. Азербайджан также принял участие в этой благотворительной программе Совета муфтиев России. В связи с этим очередной выпуск “Шатер-ТВ” был посвящен азербайджанской культуре.

    В выпуске отмечается, что российское представительство Фонда Гейдара Алиева совместно с фондом “Зякат” приняли участие в развозе продуктовых наборов нуждающимся. Вспоминая вечера Азербайджана, которые проходили в прошлые годы, ведущий выпуска отметил важность таких акций, поблагодарил Фонд Гейдара Алиева за поддержку нуждающихся людей в священный месяц Рамазан. “Пусть Всевышний дарует вам баракят в ваших благих делах”, – сказал он.









  • Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.

    AZƏRTAC xəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada “Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.

    Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə “Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, “Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.

    Buraxılışda qeyd edilir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi “Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.