Month: May 2020

  • В Минкульте прокомментировали информацию о передаче полномочий главы ведомства

    Информация, распространенная рядом СМИ о передаче полномочий министра культуры Азербайджана его первому заместителю, не соответствует действительности.

    Об этом сообщили в отделе информации и связей с общественностью Минкульта.

    “В настоящее время заместители министра исполняют свои обязанности, полномочия главы ведомства никому не переданы”, – сообщает министерство.

    Напомним, что Президент Азербайджана Ильхам Алиев 21 мая подписал распоряжение об освобождении от должности министра культуры Абульфаса Мурсал оглу Гараева.

  • Əbülfəs Qarayevin vəzifəsini kim icra edir? – AÇIQLAMA

    “Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

    Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər:

    “Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib”, – məlumatda deyilir.

  • Azərbaycanda şəhidlər bulağında qoyun saxlayırlar – FOTO

    Abşeron rayonunda şəhidlər bulağında qoyun sürüsü saxlanılır.

    Bu barədə fotoları jurnalist Namiq Həsənov “Facebook” səhifəsində paylaşıb.

    O qeyd edib ki, rayonun Görədil qəsəbəsi, “Qarabağ şəhidlər bulağı”nın ətrafında qoyun sürüsü saxlanılır:

    “Əbədi məşəlin əvəzinə tonqal, insanlar əvəzinə qoyun sürüsü. Bu biabırçı mənzərəyə uzun müddət söz tapa bilmədim, eləcə, duruxub qaldım. Öz şəhidinə, tarixinə belə etinasız yanaşan insanın nə gələcəyi var, nə də qələbəsi”.





  • Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

    Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.

    APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Məhkəmə baxışı iyunun 8-ə təyin edilib.

    Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib.

    Qərarla razılaşmayan C.Hacıyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

    Qeyd edək ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.

    Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq, qanunsuz veksel əməliyyatlarının aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

    Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsində onun cəzası üç ay azaldılıb və barəsində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

  • Azərbaycana yağış yağır – FAKTİKİ HAVA

    Mayın 25-i səhərədək olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 8 mm, Kişçay (Şəki), Zaqatalada 3 mm, Ağdərə, Tovuz, Balakən, Lerikdə 2 mm, Göygöl, Gədəbəy, Ordubad, Şəmkir, Ceyrançöl, Ağstafa, Şəki, Şahdağ, Gəncə, Şahbuz, Qrız, Oğuz, Mingəçevir, Yardımlı, Astara, Xınalıqda 1 mm olub.

    Mayın 25-i səhər saatlarından güclü-şimal küləyi zəifləyib, dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 2.6 metrə enib.

    Qeyd edək ki, mayın 25-də gün ərzində hava şəraiti Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək.

    Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim qərb küləyi 5-10 m/s, arabir 15-17 m/s təşkil edəcək.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, aran rayonlarında 25-30, dağlıq rayonlarda 14-18 dərəcə isti təşkil edəcək.

  • Qurban bayramının vaxtı bəlli oldu

    Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramının qeyd ediləcəyi tarix məlum olub.

    Ölkəmizdə iyulun 31-i və avqustun 1-i Qurban bayramı qeyd olunacaq.

    Bayramla əlaqədar olaraq, həmin günlər qeyri-iş günü hesab olunur.

  • Эрдоган поздравил Президента Ильхама Алиева с праздником Рамазан

    Президент Турции Реджеп Тайип Эрдоган 24 мая позвонил Президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает АЗЕРТАДЖ со ссылкой на пресс-службу главы Азербайджанского государства.

    Эрдоган поздравил Ильхама Алиева и весь азербайджанский народ с праздником Рамазан.

    Президент Ильхам Алиев, в свою очередь, поздравил Реджепа Тайипа Эрдогана и народ Турции с праздником.

    Собеседники также обсудили работу, проделанную в сфере борьбы с коронавирусной пандемией, выразили уверенность в том, что азербайджано-турецкие отношения будут и далее успешно развиваться во всех направлениях.

  • Ərdoğan İlham Əliyevə zəng etdi

    Mayın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Türkiyə Prezidenti dövlətimizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidentinə və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib.

    Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.

    Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

  • Ağstafada gənc oğlan intihar edib

    Ağstafa rayonunda intihar hadisəsi olub.

    “Report”un məlumatına görə, hadisə Dağkəsəmən kəndində qeydə alınıb.

    İlkin məlumata görə, gənc oğlan özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Rusiyalı biznesmen öz mənzilində azərbaycanlını qətlə yetirdi

    Rusiyanın Sankt-Peterburq şəhərində 33 yaşlı azərbaycanlı qətlə yetirilib.

    Konkretno.ru xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda rus biznesmen tərəfindən törədilib.

    Belə ki, mayın 23-də tikinti-montaj işləri ilə məşğul olan kommersiya firmasının rəhbəri Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti olduğu haqqında məlumat verib. Hadisə yerinə gələn tibb işçiləri və polislər mənzildə döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan kişi meyiti aşkarlayıblar.

    Çox keçmir ki, biznesmen qətli törətdiyini etiraf edir. Firmanın rəhbəri deyib ki, qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib.

    Müstəntiqlər hadisə yerindən mərhum azərbaycanlının yeddi sınmış dişini və cinayətdə istifadə olunan bıçağı tapıblar.