Month: May 2020

  • Qərb rayonlarında güclü külək əsir – FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 16:00-a olan məlumatına əsasən respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

    Bununla bağlı Xidmətdən məlumat verilib.

    Bildirilib ki, küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.

  • İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar – VİDEO

    Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Onun sözlərinə görə, hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır.

    Oxu.Az xəbər verir ki, işsiz, xüsusilə toysuz qalan bir sıra şou-biznes nümayəndələri sosial media hesabları vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

    Müğənni Sabir Əhmədov müraciətində yazır:

    “Müraciətim operativ qərargahadır. Musiqiçilər, müğənnilər, musiqi avadanlıqlarını kirayə verənlər, restoranlarda çalışan ofisiantlar, aşpazlar, qab yuyanlar, xadimələr, avtomobilləri kirayə verənlər, təşkilatçılıqla məşğul olanların hamısı işsiz qalıb. Bu işdən evinə gündəlik çörək pulu aparan şəxslərin siyahısı olduqca böyükdür.

    Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, operativ qərargaha müraciət edirəm ki, toylar və el şənlikləri ilə bağlı məsələ bir də nəzərdən keçirilsin.

    Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik. Bu səbəbdən evə bir manat da olsun pul gətirə bilmirik. Topladığımız pulu xərcləmişik və bu sondur. Sizdən artıq dərəcədə rica edirik bizə yardımçı olasınız”.

    Bu müraciətə müğənnilər Nura Suri, Fuad Musayev və digər incəsənət nümayəndələri də qoşulub.

  • Naxçıvana yeni baş nazir təyin edildi

    Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq qərarını imzalayıb.

    Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi məsələsinə də baxılıb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələ ilə əlaqədar deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olub.

    Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

    Xatırladaq ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

  • Bakıda yarmarkalarda kənd təsərrüfatı məhsullarını daha ucuz ala bilərsiniz – VİDEO

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibətilə paytaxtın üç fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunub.

    Baku TV xəbər verir ki, 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir.

    Yarmarkada 70 adda kənd təsərrüfatı məhsulları müştərilərə münasib qiymətə təklif olunur. Burada 100-ə yaxın fermer iştirak edir.

    “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsaldır.

  • Bakıda “Jara-2020” baş tutacaq: Biletlər artıq satışda – VİDEO

    Son illərdə Azərbaycanda yay mövsümünün əsas hadisələrindən olan “Jara-2020” beynəlxalq musiqi festivalının başlanmasına iki ay qalır.

    Dünyanı cənginə alan təhlükəli koronavirus pandemiyasına baxmayaraq, sözügedən layihə baş tutacaq.

    Bunu biletlərin artıq satışa çıxarılması sübut edir. Planlaşdırıldığına görə, festival iyulun 29-dan avqustun 2-nə qədər paytaxtın “Sea Breeze” istirahət kompleksində keçiriləcək.

    Beləliklə, 70 gündən sonra “Jara-2020” beş gün öz hərarəti, möhtəşəm ulduz paradı və onların bir-birindən rəngarəng şouları ilə tamaşaçıların qəlbini isidəcək.

    Bənzərsiz “Jara-2020” beynəlxalq musiqi festivalına biletləri “iticket.az” saytından onlayn əldə etmək mümkündür.

  • Жительница Москвы рассказала о том, как ей помогли азербайджанцы – ВИДЕО

    Региональная общественная организация “Азербайджанская община Москвы” оказала продовольственную помощь семье выходцев из Луганска, которые попали в затруднительную ситуацию в связи с коронавирусной пандемией.

    “Благотворительность не имеет национальности, вероисповедания или же расы, особенно в тяжелые дни. Все перед Богом равны”, – говорится в публикации на странице общины в соцсети.

  • Moskva sakini çətin zamanda ona əl tutan azərbaycanlılara təşəkkür etdi – VİDEO

    Rusiyanın Moskva şəhərində yaşayan qadın işsiz, pulsuz, ərzaqsız qaldığı çətin vəziyyətdə ona əl tutan azərbaycanlılara təşəkkür ünvanlayıb.

    Lena adlı qadın bu barədə video yayımlayıb.

    “Hamıya salam. Mənim adım Lenadır, Moskvada yaşayıram. Donetsk Respublikasının Qorlovka şəhərindən gəlmişəm. Uzun müddətdir, burada yaşayıram və çətin vəziyyətə düşmüşəm.

    Koronavirusa görə işsiz qalmışam. Artıq iki aydan sonra bütün pulum və ərzağım bitdi. İş axtarsam da, tapa bilmədim. Tanışlarım ehtiyacı olanlara kömək edilən hansısa təşkilata müraciət etməyimi təklif etdilər.

    Əlil olmasam da, iş tapmağın çətin olduğunu başa düşürdüm. Ac da qala bilməzdim. İnternetdə insanlara ərzaqla kömək edən adam tapdım. Dövlət Dumasında deputat olan həmin şəxsə müraciət etdim, o, məndən şəklimi istədi. Mən ona pasportumu, şəklimi və vəziyyətimlə bağlı səs yazımı göndərdim. O, səsimə qulaq asmadan yalnız öz millətinə kömək etdiyini bildirdi.

    İnsanlara dininə və millətinə görə fərq qoyulması adamı alçaldır.

    Tanışlarımın məsləhəti ilə Azərbaycanlıların Moskvadakı Cəmiyyətinə müraciət etdim. Orada dinimə, milliyyətimə görə ayrı-seçkilik etmədən yardım edəcəklərini bildirdilər”.

    Bundan sonra qadın Azərbaycan cəmiyyətinin üzvlərinin ona verdikləri ərzaq payını göstərərək, onları Ramazan bayramı münasibətilə təbrik edib və təşəkkürünü bildirib:

    “Siz çox açıqürəkli və mərhəmətli insanlarsınız. Sizə dərin təşəkkürümü bildirirəm”.

  • Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakıda yararsız kitabxana binasının sosial şəbəkələrdə yayılan fotolarına münasibət bildirib.

    İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bərbad vəziyyətdə olan tikili kitabxananın öz binası deyil:

    “Nəsimi rayonunda, Cavadxan küçəsi, 21 ünvanında yerləşən kitabxana Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əsl binası deyil. Hazırda kitabxananın binasında təmir işləri aparıldığı üçün müvəqqəti olaraq orada yerləşdirilib.

    Təmir başa çatdıqdan sonra yenidən köçürüləcək. Bildiyiniz kimi, bir neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə karantin vəziyyəti elan edildiyi üçün əməkdaşlar işə gəlməyib. Onlar işə gəldikdən sonra kitabxananın köçürüldüyü binanın üzərinin o vəziyyətə salındığını görüblər”.

    “Lazımi göstərişlər verilib. Kitabxananın ətrafı abadlaşdırılacaq. Ərazini o vəziyyətə salan daha çox ətrafda yaşayış binası tikənlərdir. Ərazi abadlaşdırıldıqdan sonra biz də ölçülər götürəcəyik”, – deyə İdarədən qeyd edilib.



  • Bakıda quldurlar taksi sürücüsünə hücum etdi

    Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

    Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi “Khazar” markalı avtomobilə üç nəfər naməlum şəxs əyləşərək, onu hədələyib. Həmin şəxslər sürücünün 100 manatını alaraq, hadisə yerindən qaçıblar.

    Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıblar.

    Faktla bağlı cinayət işinə başlanılıb.

  • Yay fəslinin gəlmə vaxtı açıqlandı

    Azərbaycana yay fəslinin gəlməsinin vaxtı məlum olub.

    Yay fəsli iyunun 21-də saat 01:43:42-də başlayır.

    Buna astronomiyada həm də yay Günəş duruşu deyilir. Başqa sözlə, Yerə ən yaxın ulduz üfüqə nisbətdə ən hündür nöqtədə olur. Eyni zamanda, Günəş şüalarının istiqaməti ilə Yer kürəsinin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir.

    Belə olan halda Günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir.