Month: May 2020

  • Sabahın havası: 28 dərəcə isti olacaq

    Azərbaycanda mayın 20-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Mayın 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

    Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Elnur Allahverdiyev: “Güzəşt almaq istəyən sahibkar fəaliyyətində şəffaf olmalıdır”

    “Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməməsi səbəbilə hökumətin həyata keçirdiyi tədbirlərin bir qismi də özəl sektor təmsilçilərinə münasibətdə tətbiq ediləcək güzəştlərdir. Bu güzəştlər sahibkarlıq subyektlərinə postpandemiya dövründəki fəaliyyətlərində ciddi dəstək ola bilər”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

    Millət vəkili bildirib ki, güzəştlər dövlətin özəl biznesə dəstəyinin növbəti mərhələsidir. Əgər sərt karantin rejimində hökumətin sektor təmsilçilərinə ayırdığı maddi dəstək onlara çətin dövrdə, fəaliyyətsizlik şəraitində edilən yardım idisə, güzəştlər sahibkarlıq subyektləri üçün pandemiyadan sonrakı mərhələdə hava-su kimi lazımdır:

    “Bu güzəştlər imkan verəcək ki, iqtisadi münasibətlərin bərpa olunduğu postpandemiya mərhələsində milli biznes özünün əvvəlki inkişaf səviyyəsinə daha rahat və daha tez qayıda bilib, itkilərini bərpa etsin. Özəl sektor nə qədər tez özünə gələrsə, dövlət bundan o qədər də tez xeyir götürə bilər. Vergilər ödənər, vətəndaşların məşğulluq məsələsi öz həllini tapar, nəticə etibarilə, dövlət büdcəsinin yükü azalmış olar”.

    E.Allahverdiyev qeyd edib ki, mümkün güzəştlərin tətbiqində əsas şərt və tələb sahibkarın faəliyyətini şəffaf qurmasıdır. Əks halda dövlət ona münasibətdə güzəşt tətbiq edə bilməyəcək.

    “Bizim əyani nümunəmiz var. Pandemiya ilə bağlı kimlərə maddi yardım olundu? O subyektərə ki, vergidən qaçmayıblar, fəaliyyətlərini leqallaşdırıblar, işçiləri ilə əmək müqaviləsi bağlayıblar, sosial ödənişləri ödəyiblər. Güzəştlər də bu qaydada, qanuni müstəvidə tətbiq ollunmalıdır”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

    E. Allahverdiyev hesab edir ki, vergilərdə nəzərdə tutulmuş güzəştlər özünü sosial sferada da göstərməlidir:

    “Milli Məclisdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər müzakirə olunur. Mən təklif edirəm ki, əgər sahibkar indiyə qədər əmək haqqı fondunu 100% qoruyub saxlayırsa və həmin əmək haqqı fondunda artım edirsə, işçi sayını saxlamaqla və ya işçi sayını artırmaq şərti ilə, həmin artım üçün bir il ərzində işçi maaşına görə özəl sektordan heç bir sosial sığorta haqqı tutulmasın. Məsələn, hər hansı bir şirkət əmək haqqı fondunu şərti olaraq 100 min manatdan 150 min manata qaldırırsa, artırılan 50 min manatdan məcburi dövlət sosial sığorta haqları hesablanmır”.

    Millət vəkilinin fikrincə, bu halda həm dövlət xeyir görür, həm özəl sektor.

    “İndi sahibkar qazanacaq, qarşıdakı illərdə isə dövlət. Birincisi, dövlət büdcəsinə gələcək illərdə əlavə vəsaitin daxil olmasına şərait yaradılmış olacaq. İkincisi isə bu addım özəl sektor təmsilçiləri üçün işçilərini rəsmi qeydiyyata almaq istiqamətində stimul rolunda çıxış edəcək. Cənab Prezident İlham Əliyev demək olar bütün çıxışlarında şəffaflıq amilini qabardır. Şəffaf fəaliyyət dövlətlə yanaşı, sahibkara da mühüm üstünlüklər verir. Məsələn, belə çətin məqamlarda dövlətin güzəştlərindən yararlana bilir. Güzəşt almaq istəyən sahibkar faəliyyətində şəffaf olmalıdır. Eyni zamanda, qanuni müstəvidə fəaliyyət hər zaman üçün mühüm üstünlükdür. Fikrimcə, bu güzəşt özəl sektorun qanuni əsaslarla işləməyən təmsilçilərinin şəffaf fəaliyyətə daha tez keçmələri üçün mühüm təkan ola bilər”, – deyə millət vəkili vurğulayıb.

  • Sumqayıtda məişət tullantıları ərazisində qumbaralar tapılıb – FOTO

    May 22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsi, Çinarlı küçəsində məişət tullantıları ərazisində 4 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan APA-ya verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 37 ədəd 5.45 mm-lik patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Bakıda avtomobil 54 yaşlı qadını vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    20 saylı orta məktəbin yaxınlığında 1966-cı il təvəllüdlü Quliyeva Məlahət Məhəmməd qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əziyi diaqnozları qoyulub.

  • За день коронавирусом заразились более 100 тыс. человек

    Количество заразившихся коронавирусной инфекцией в мире, выросло за сутки более чем на 100 тыс., превысив 4,99 млн.

    Как передает Median.Az, об этом 22 мая сообщила Всемирная организация здравоохранения (ВОЗ).

    Число летальных исходов, связанных с коронавирусом, возросло более чем на 4 тыс. и превысило 327 тыс.,

    По состоянию на 12:00 по бакинскому времени 22 мая в мире были зарегистрировано 4 993 470 инфицированных и 327 738 умерших. Заразившихся стало за сутки больше на 100 284, а умерших – на 4 482.

    Отметим, что статистические данные ВОЗ учитывают только официально подтвержденные сведения о заражениях и смертности, предоставляемые государствами.

    Первое место по числу инфицированных занимает регион Северной и Южной Америки – 2 220 267. За сутки оно возросло на 54 264. Количество умерших увеличилось на 2 956 и достигло 131 605. В Европе насчитываются 1 966 244 заразившихся и 171 327 умерших. За 24 часа число инфицированных возросло на 19 634, а умерших – на 1 044.

  • ÜST: Dünyada bir gündə koronavirusa 100 min yoluxma qeydə alınıb

    Dünyada koronavirusa yoluxanların sayı 4,99 milyon nəfəri ötüb.

    “Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, gün ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 mindən çox artıb.

  • Главы МИД Азербайджана и России обсудили ряд вопросов

    Министр иностранных дел РФ Сергей Лавров и глава МИД Азербайджана Эльмар Мамедъяров 22 мая обсудили по телефону вопросы двустороннего взаимодействия по борьбе с коронавирусом, а также актуальную повестку сотрудничества в рамках СНГ.

    Об этом Median.Az передает со ссылкой на ТАСС.

    “В развитие прошедшего 12 мая 2020 года в формате видеоконференции заседания Совета министров иностранных дел государств – участников Содружества Независимых Государств стороны обсудили ряд актуальных вопросов повестки дня СНГ”, – говорится в сообщении МИД РФ.

    “Состоялся также обмен мнениями о текущих задачах сотрудничества в борьбе с коронавирусной инфекцией в свете итогов 73-й сессии Всемирной ассамблеи здравоохранения”, – отметили в министерстве.

    73-я сессия ВОЗ состоялась в режиме телеконференции 18-19 мая в Женеве. По ее итогам консенсусом была принята резолюция, которая, в частности, призывает к оценке международных мер реагирования на пандемию, в том числе со стороны ВОЗ.

  • Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub

    Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

    Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

    Bildirilir ki, nazirlər koronavirusla mübarizə üzrə ikitərəfli qarşılıqlı əlaqə, həmçinin MDB çərçivəsində cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Nazirlər həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 73-cü sessiyasının nəticələrini nəzərə alaraq koronavirusla mübarizədə əməkdaşlığın cari məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

    ÜST-ün 73-cü sessiyası mayın 18-19-da telekonfrans rejimində Cenevrədə keçirilib. Sessiyanın nəticələrinə uyğun olaraq, pandemiyaya beynəlxalq reaksiya verilməsi üzrə qətnamə qəbul edilib.

  • Dolu, güclü şimal-qərb küləyi və leysan – FAKTİKİ HAVA

    Azərbaycanın qərb bölgəsində əlverişsiz hava şəraiti müşahidə olunmaqdadır.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.

    Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb.

    Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

  • Календарь и молитва двадцать девятого дня месяца Рамазан

    Завтра двадцать девятый день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 22 мая – в 03:28, а время ифтара – в 20:13.

    Молитва, читаемая перед имсак:

    “Аллахумма гхассини фихи биррахма уарзукни фихит тауфикя уаль исма уа тахир кальби мин гхайабихит тухма йа рахиман биибадихиль му’минин”.

    Перевод:

    “Во имя Аллаха, Милостивого и Милосердного. О Аллах! В этот день надели меня Своею милостью, даруй мне успех и отдали от меня пороки и грехи. Очисти мое сердце от тьмы сомнений, о Милостивый к своим верующим рабам!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”.

    Да примет Аллах ваш пост!