Month: May 2020

  • В Мингячевире задержан продавец ртути – ФОТО

    Сотрудники Мингячевирского городского управления полиции в результате оперативно-разыскных мероприятий задержали 60-летнего уроженца Евлахского района Низами Садыгова.

    Как говорится в сообщении шекинской региональной группы пресс-службы МВД, при нем было обнаружено две ампулы с ртутью.

    По данному факту проводится расследование.


  • Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub – FOTO

    Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

    N.Sadıqovun üzərində axtarış zamanı ondan iki ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək, civəni satmaq məqsədilə üzərində gəzdirdiyini bildirib.

    Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

    Qeyd edək ki, civə güclü təsir edən və zəhərli maddələr kimi təsnif edilir. Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, civə və bu qəbildən olan digər maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi cinayət məsuliyyətinə səbəb olur.


  • Gördüyü mənzərədən heyrətə düşdü: Qarğa kirpiyə yolu keçməyə kömək etdi – VİDEO

    Qarğa kirpiyə yolu keçməkdə kömək edib.

    NTV bununla bağlı maraqlı kadrları yayımlayıb.

    Bildirilir ki, qeyri-adi hadisə Latviyada qeydə alınıb.

    Videodan göründüyü kimi, kirpi qarğanın müşayiəti ilə yolu keçir. Arada heyvan dayananda quş onu dimdikləyir, sanki tələsdirir. Səkiyə çatdıqdan sonra isə qarğa kirpini sərbəst buraxaraq aralanır.

  • Koronaviruslu hamilələr uşağı dünyaya gətirəndən sonra yoluxdura bilər

    Həkimlər koronavirusun anadan uşağa ötürülə biləcəyi barədə xəbərdarlıq ediblər.

    “Komsomolskaya Pravda” xəbər verir ki, bununla yanaşı, körpəyə yoluxma riskini azaltmağın bir neçə yolu olduğu da qeyd edilir.

    Cift toxuması virusların uşağın bədəninə daxil olmasına imkan vermir. Amma koronavirus hava-damcı yolu ilə doğuşdan sonra körpəyə ötürülə bilər.

    Buna görə də, hamilələr doğuşu maskada həyata keçirməli və uşaq doğulandan sonra ananın sinəsinə qoyulmamalıdır.

  • İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

    Rusiyalı fitnes-dietoloq Anna Yolkina insanın immunitetini gücləndirən üç giləmeyvənin adını açıqlayıb.

    Bu barədə MK xəbər verib.

    Dietoloq bildirib ki, immuniteti gücləndirən giləmeyvələr arasında birinci yeri çaytikanı tutur. Onu çaya, kokteylə qatmaq və ya adi qaydada yemək olar.

    İkinci yerdə isə mərcangilədir. Bu meyvə vitamin çatışmazlığı xəstəliyində əvəzsizdir. Mərcangilədən arterial təzyiqin yüksəlməsi, zökəm, qrip zamanı istifadə etmək olar.

    Üçüncü yeri isə quşüzmü tutur. Quşüzmü dərinin tonlandırılmasını qoruyur. Ondan eyni zamanda hərarət salıcı vasitə kimi də istifadə etmək olar.

  • Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatdı

    Bu gündən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddəti başa çatıb.

    “Report”un yerli bürosu xəbər verir ki, ölkədə komendant saatının tətbiqi də aradan qaldırılıb.

    Buna baxmayaraq, bir sıra məhdudiyyət və qadağalar qüvvədə saxlanılacaq.

    Qonşu ölkədə restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

    Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

    Bununla yanaşı, Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri və Tetritskaro rayonunda sərt karantin rejimi davam etdiriləcək.

    Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

    Qeyd edək ki, qonşu ölkədə martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti ilk öncə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılıb.

  • Mingəçevirdə maye dolu qab partladı, ər-arvad yandı

    Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıb.

    APA-nın Mingəçevir bürosu xəbər verir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.

    Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb.

    Müxtəlif yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Fərqinə Akif qızı xəstəxanaya çatdırılıb. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.

  • MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi

    Rusiyalı MMA döyüşçüsü Tahir Ulanbekov Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədova müraciət edib.

    Bu barədə idmançı “Instagram” hesabında yazıb.

    T.Ulanbekov mayın 22-də UFC ilə müqavilə imzalayıb.

    “Bugünkü səviyyəyə çatdığım üçün bu insana çox şey borcluyam. Onun yanına necə gəldiyimi və mənim üçün etdiklərini xatırlayıram. Bu insan mənə, ailəmə çox əmək, vaxt və əsəblərini sərf edib”, – deyə idmançı yazıb.

    Xatırladaq ki, A.Nurməhəmmədov koronavirus diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

  • İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başladı

    Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir.

    Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

    Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

    Nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

    Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

    İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

    Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

    2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

    “DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il beş mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə cıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

    Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

  • Anası zorakılıq qurbanı olan uşağı sığınacağa qəbul etmişik – AÇIQLAMA

    “Sığınacağa yeni uşaq qəbul etmişik. Anası zorakılıq qurbanıdır”.

    Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

    O bildirib ki, bir neçə gün öncə sığınacağa yeni müraciət daxil olub:

    “Müraciət ərazi üzrə İcra Hakimiyyəti tərəfindən edilib. Zorakılıq qurbanı olan daha bir ana övladının küçədə qalmaması üçün onun sığınacağa yerləşdirilməsini istəyib.

    Hazırda uşaq sığınacaqdadır. Qızın doqquz yaşı var. Ağıllı, bacarıqlı uşaqdır. Biz uşağa gün ərzində nəzarət edəcəyik. Onun dərslərinə davam etməsi, qidalanması və digər məsələləri həll etməyə çalışırıq. Anası yeni işə düzəlib. Uşağa baxacaq heç kim olmadığı üçün onu sığınacağa qəbul etmişik”.