Month: May 2020

  • Bakıda mənzildən meyit tapıldı

    Bakı şəhərinin Nəsimi rayonunda mənzildən meyit tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Ağayev Natiq İsrafil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Bakıda medal qazanmış cüdoçuda xərçəng aşkarlandı

    Sloveniyalı cüdoçu Anya Stanqar ağır xəstəliyə tutulub.

    “Report”un məlumatına görə, bu barədə 24 yaşlı idmançı sosial şəbəkə hesabında yazıb.

    Stanqarın sözlərinə görə, onda xərçəng xəstəliyi aşkarlanıb. Artıq ilk kimyaterapiya kursunu keçən cüdoçu bildirib ki, bu dəfə daxilindəki rəqiblə mübarizə aparır: “Xərçəng diaqnozu qoyulandan sonra prioritetlərim dərhal dəyişdi. Bu, həyatımdakı ən vacib döyüşdür. İnanıram ki, arzuolunmaz hüceyrələrə qarşı mübarizəni qazanıb, onları məhv edə biləcəyəm”.

    Qeyd edək ki, Anya Stanqar 2017-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə və Bakıdakı Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

  • Oğuzda “QAZ-53” aşdı, xəsarət alanlar var

    Oğuz rayonunda yol qəzası baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Xaçmaz kəndi ərazisində qeydə alınıb.

    Belə ki, kənd sakini Altay Xanbala oğlu Həsənovun idarə etdiyi “QAZ-53” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun sərnişini, Xaçmaz kənd sakini Canpolad Nəbi oğlu Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Во Франции снова начали закрывать школы после отмены карантина

    На севере Франции в городе Рубе закрыли восемь школ после возобновления их работы – у одного из учеников оказался положительный тест на коронавирус. Об этом в понедельник сообщил Daily Mail.

    Закрыты семь государственных школ и одно частное учебное заведение. За то время, пока были открыты начальные классы образовательных учреждений, было зарегистрировано 70 случаев заболевания коронавирусной инфекцией среди учителей и учеников.

    Правоохранительные органы устанавливают, с кем мог контактировать ребенок, чтобы проверить на наличие опасного вируса и изолировать его от здоровых людей.

    По словам местных чиновников, ранее школы закрыли в связи с введенным в стране карантинным режимом в качестве мер предосторожности. По их предположению, пострадавшие от коронавируса учреждения откроются к 25 мая.

  • Bakıda polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs olundu

    Paytaxtın Binəqədi rayonunda dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

    Bakı şəhər Baş Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən şəxsin 1987-ci il təvəllüdlü Zahir Zalov olduğu müəyyən olunub. Ona Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə yol polisi tərəfindən “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq, nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla, onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

    Sürücü barəsində toplanan materiallar Binəqədi Rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməklə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

  • Rusiya Dövlət Dumasının daha bir deputatı koronavirusa yoluxdu

    Rusiya Dövlət Dumasının daha bir deputatı koronavirusa yoluxub.

    TASS xəbər verir ki, müvafiq açıqlama Dövlət Duması Spikeri Vyaçeslav Volodinin müşavirlərindən biri tərəfindən verilib.

    Koronavirusun kimdə aşkar edildiyi açıqlanmayıb.

    Bundan əvvəl, beş deputatda koronavirus infeksiyasının tapıldığı bildirilmişdi.

  • Bryus Uillis dünyanı COVID-19-dan xilas etmək qərarına gəlib – FOTO

    Məşhur Hollivud ulduzu Bryus Uillis karantini keçmiş arvadı Demi Mur və uşaqları ilə birlikdə keçirir. Özünütəcrid rejimində ailənin ən sevimli hobbisi müxtəlif kostyumlar geyinməkdir.

    Bu dəfə aktyor öz qarderobundan “Armageddon” filmində istifadə etdiyi narıncı kostyumunu çıxarıb. Wi-fi.ru-nun məlumatına görə, bununla bağlı görüntüləri ulduzun qızı Rumer Uillis paylaşıb.

    “O dedi ki, bu, dünyanı xilas etmək üçün olan kostyumdur”, – deyə Rumer fotonu şərh edərkən yazıb.

  • Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb – VİDEO

    Lənkəranda xüsusi karantin rejimi zamanı tətbiq edilən qadağaların yüngülləşdirilməsi sakinlərin uzun müddətli intizarına son qoyub.

    “Report”un xəbərinə görə, iki ay müddətində yalnız zəruri hallarda evdən çıxmasına icazə verilən insanlar tədricən normal həyat ritminə qayıdır. Hər kəs öz işinin başına dönür. Uzun müddətdir ev şəraitində qaldıqdan sonra yaşı 65-dən çox olan insanlar da dincəlmək üçün park və istirahət guşələrinə üz tutur.

    Azyaşlı uşaqlar isə hamıdan çox sevinir, onlar heç nə olmamış kimi öz əyləncələrinə davam edir.

    Restoranlarda müştərilərin yerində qəbulu üçün işçilər təlimatlandırılıb. İctimai iaşə məkanlarında sosial izolyasiya və gigiyenik qaydaların gözlənilməsi üçün zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. Çay evlərində isə müştərilər əsasən açıq havada oturmağa üstünlük verirlər.

    Lənkəranın altı kəndində – Separadi, Vilvan, Şağlaser, Sütəmurdov, Şilavar və Boladi kəndlərində son günlər koronovirusa yoluxma halları müşahidə olunduğundan bu kəndlərin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb. Təlimata uyğun olaraq yoxlamalar aparılır.

  • Maşallah Əhmədov: “Vilyam Hacıyevin mənə və Müqayis Verdiyevə borcu var, burnundan gəlsin”

    “2012-ci ildən Vilyam Hacıyevin mənə 400 min manat verəcəyi var”.

    Bunu Oxu.Az-a “Neftçi”nin sabiq oyunçusu, futbol veteranı, Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti Maşallah Əhmədov deyib.

    O, mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ona olan borcundan danışıb:

    “Mən və Müqayis Verdiyev (“Azər-İnşaat-2009” MMC-nin direktoru – S.M.) 2012-ci ildə İmişlidə sahibkar kimi abadlıq işlərinə cəlb olunmuşuq. Bütün bu işlər Nazirlər Kabinetinin Sərəncamı ilə həyata keçirilib. Orada sıfırdan başlayıb Müqayislə birgə işlər görmüşük. Amma Vilyam Hacıyevin dələduzluğu sayəsində pulumuzu tam ala bilmədik.

    Mənə dedi ki, gəl sənə 50 min manat verim, qalanlarını da hissə-hissə verərəm, amma izahat yaz ki, daha borcum yoxdur. Şirin dilə tutdu məni. Mən də Vilyamın bu sözlərinə inandım. 2013-cü ilin fevralın 23-də mənə İmişlidə gördüyümüz abadlıq işinin nəticəsi olaraq 50 min manat verdi. Həmçinin Müqayisə də bu yolla pul verdi.

    Onun I müavini Səfa Ağayev mənə izahat yazdırdı ki, Vilyam Hacıyevin bizə heç bir borcu yoxdur. Özüm inanıb yazdım. İnanmadım ki, o bu qədər pulu danar. Sonra da həmin pulu vermədi. Pulumuzu istəyəndə də bizi həbs etdirdilər. Həmin sənədi də qarşımıza fakt kimi qoydular ki, burada İmişli Rayon İcra Hakimiyyətinin bizə borclu olmadığını göstərmisiniz.

    Sonra polisə tapşırıq vermişdi ki, İmişliyə gəlsəm, məni tutsunlar. Öz pulumla məni tutdurdu”.

    M.Əhmədov ona və şərikinə olan borcun məbləğini açıqlayıb:

    “Hazırda onun 400 min manat mənə, 857 min manat Müqayis Verdiyevə borcu var. İkimiz də İmişlidə abadlıq işlərində iştirak etmişik. Müqayis İmişlidə 86 metr uzunluqda bayrağın ucaldılmasında əziyyət çəkib. Onun burnundan gəlsin”.

    M.Əhmədov bu ay DTX-də zərərçəkmiş şəxslər kimi ifadə verəcəklərini bildirib:

    “Bu ayın 24-nə Müqayisi, 26 və ya 28-nə də məni DTX-yə çağırıblar. Samuxda işləyərkən mənim şərikimə də pul “atıb”. O da zərərçəkmiş şəxs kimi DTX-yə çağırılıb”.

    Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi Rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci ilin dekabrın 14-də həbs olunub. Onun barəsində açılan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

    Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci ilin iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin ilin oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.

  • Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilir. Bunların bir qismi 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunan paradda nümayiş etdirildi. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialının güclənməsinə xidmət edən amillərdəndir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bu istiqamətdə aparılan işlər hərbi potensialımızın daha da güclənməsinə xidmət edir.

    Təlimlərdə, döyüş şəraitində texnikalar sıradan çıxa bilər. Bu səbəbdən hərbi texnikalarla yanaşı onların ehtiyat hissələri də gərəklidir. Silahlanmada olan texnikaların ehtiyat hissələri müvafiq müqavilələr əsasında alınır, daxili komissiya tərəfindən yoxlanılır, aktlaşdırılır və bazanın balansına daxil edilir. Hazırda hərbi anbarlarda olan ehtiyat hissələri Rusiya Federasiyasında istehsal edilən “KamAZ” və Belarus Respublikasının istehsalı olan MAZ-a məxsusdur. Anbara qəbul olunan ehtiyat hissələri müəyyən standartlara uyğun olaraq texnikanı istehsal edən qabaqcıl dövlətlərə məxsusdur.

    Hərbi hissələrin tələbat sifarişləri, eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin Silah və Texnika İdarəsinin müvafiq normalara uyğun verdiyi naryadlar əsasında birləşmələrin maddi-texniki təminat taborlarında yerləşən zirehli tank əmlakı anbarlarına aparılır. Sonra hərbi hissələrin tələbatına uyğun bölüşdürülür.

    Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.