Month: May 2020

  • Azərbaycanda futbol məşqləri bərpa edilir? – RƏSMİ

    Nazirlər Kabineti yanında operativ qərargah kiçik qruplar şəkilində futbol məşqlərinin aparılmasına münasibət bildirib.

    Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, ölkədə elan edilən xüsusi karantin rejiminin yumşaldılma mərhələsində bu barədə qərar yoxdur:

    “Bu məsələ aktiv şəkildə müzakirədədir. Vəziyyətdən asılı olaraq növbəti mərhələlərdə bu məsələyə qayıda bilərik”.

  • Almaniyada daha 4 azərbaycanlı koronavirusa yoluxdu

    Almaniyada qaçqın yataqxasında məskunlaşan 4 Azərbaycan vətəndaşının koronavirus (COVID-19) test nəticələri pozitiv çıxıb.

    Ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərinin Sankt Aqustin bölgəsində yerləşən və təxminən 500-ə yaxın sığınacaq axtaranın məskunlaşdığı yataqxanada yaşayanların koronavirusla bağlı verdikləri testin nəticələri açıqlanıb.

    Məlum olub ki, yüngül və ağır olmaqla iki qrupda dərəcələndirilən 116 nəfərin test nəticələri pozitiv çıxıb. Sözügedən yataqxanada məskunalaşan həmvətənlərimizdən biri “Report”a bildirib ki, koronavirusa yoluxanlardan 4-ü Azərbaycan vətəndaşlarıdır:

    “Onsuz da bu haym (yataqxana – almanca) həbsxana kimi yerdir. Sosial məsafənin və digər izolasiya tədbirlərinə əməl etmək mümkünsüzdür. Həkimlər haymın tibb mərkəzində hamıdan bir-bir test nümunələri götürdülər. Bu gün də yataqxananın mühafizəçiləri kimdə koronavirus çıxmışdısa, onlara anlaizlərinin nəticəsini məktubda verdi. Sonra yataqxananın qarşısında 5-6 təcili yardım maşını peyda oldu. Daha ağır xəstələri Bonn və Köln şəhərindəki xəstəxanalara apardılar. Digərlərini isə haymın bir korpusuna yığdılar. Onları orada xüsusi nəzarət altında saxlayacaqlar. Təəssüflər olsun ki, koronavirusa yoluxanlar arasında 4 azərbaycanlı da var. Onlardan ikisinin familiyası eynidir. Xəstələr haqqında şəxsi məlumatlar gizli saxlanılır deyə, onların ər-arvad və ya başqa qohumluq əlaqələrinin olduğu barədə məlumat verilmir”.

    Yataqxananı işlədən “ORS Deutschland GmbH”ın sözçüsü Lutz Hahn isə bildirib ki, virus bir nəfər vasitəsi ilə yayılıb:

    “Virusdan qorunmaq və gigeyinik qaydalara əməl edilməsi ilə bağlı broşürlər hazırlayıb paylamışıq. Eyni zamanda 11 dildə videoçarx hazırlayıb, yataqxana sakinlərinə izlətmişik. Lakin nəzərə alaq ki, bura həbsxana deyil. İnsanları olduqca sərt qadağalar altında saxlamaq qeyri-mümkündür. Hər kəs məsuliyyətli olmalıdır”.

    Almaniyada infeksion xəstəlikləri araşdıran Robert Kox İnsitutundan isə bildirilib ki, hazırda ölkədə 12 200 aktiv koronavirus daşıyıcısı var.

    ///Report

  • Vladimir Putin Azərbaycan Prezidentinə zəng etdi

    18 мая Президент Российской Федерации Владимир Путин позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Об этом сообщает пресс-служба главы государства.

    В ходе телефонного разговора главы государств говорили о работе, проводимой в области борьбы с пандемией коронавируса, провели обмен мнениями об осуществляемых в данном направлении в условиях взаимной координации мерах на погранично-пропускных пунктах наших стран.

    Подчеркнув успешное развитие стратегического партнерства между Азербайджаном и Россией во всех направлениях, главы государств также обсудили перспективы развития сотрудничества в постпандемический период.

  • Vladimir Putin Azərbaycan Prezidentinə zəng etdi

    Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

    Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.

  • Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər

    Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılmasından danışıb.

    “Report”un xəbərinə görə, Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: “İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan”.

    Onun sözlərinə görə, Komissiyada parlamenti 5 nəfər təmsil edir:

    “Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir.

  • Тургут Алиев арестован на Гавайях

    Гражданин Азербайджана арестован в аэропорту Гонолулу (Гавайские острова, США) при попытке вылететь в Лос-Анджелес. Нашего соотечественника обвинили в нарушении режима карантина, сообщает haqqin.az со ссылкой на местное издание Mauinow.

    По информации островного СМИ, азербайджанца, проживающего в местечке Резеда в Калифорнии, зовут Тургут Алиев. Он прибыл на Оаху – один из гавайских островов – 1 мая, и должен был соблюдать 14-дневное правило самоизоляции. Однако Тургут сразу же стал нарушать режим карантина, постоянно покидая снятое им жилье.

    Специальные агенты, которые начали следить за перемещениями Алиева после жалоб, поступивших на него от местных граждан, заявили о том, что, судя по публикациям гостя в соцсетях, он посетил пляж, Ботанический сад и другие местные достопримечательности.

    Под одним из его постов в соцсетях Алиеву даже сделали замечание, что он нарушает режим карантина, на что был получен ответ: «Да, я знаю, но именно поэтому я уже был оштрафован на 460 долларов».

    На самом деле, как пишет Mauinow, Алиев обманывал. На тот момент его никто не оштрафовывал.

    Алиев был арестован утром 16 мая в аэропорту Гонолулу, когда он должен был сесть на рейс в Лос-Анджелес. Прибыв в аэропорт, Тургут сообщил об этом в соцсетях, написав, что вылетает через несколько часов. Тут-то его и задержали, предъявив обвинение в нарушении карантина и фальсификации данных, предоставленных властям. Был назначен залог за освобождение на сумму в 2 тысячи долларов.

    Генеральный прокурор Клэр Коннорс, комментируя этот случай, заявила:

    «Мы и большинство жителей Гавайских островов не потерпим никого, будь то гость или постоянный житель, кто игнорирует действующие правила чрезвычайной ситуации. Если вы нарушаете, то, скорее всего, о вас сообщат и арестуют. Мы вновь просим гостей отложить свои поездки до тех пор, пока пандемия не пройдет. И мы просим всех, кто прибывает сюда, соблюдать 14-дневное правило самоизоляции. Быть арестованным и, возможно, заплатить тысячи долларов штрафа или даже провести ночь в тюрьме – это не лучший способ начать или закончить отпуск».

    Как удалось выяснить haqqin.az, Тургут Алиев ведет блог в YouTube и других соцсетях, где, действительно, на протяжении последних дней выкладывал видео о Гавайских островах и фотографии, сделанные там.

  • Toy etmək istəyənlərin NƏZƏRİNƏ – Şadlıq evlərinin fəaliyyətə başlaması ilə bağlı MÜHÜM AÇIQLAMA

    “Şadlıq evləri hələlik açıq deyil. Yaxın müddət üçün bu obyektlərin açılacağı gözlənilmir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, iyun-iyul aylarında toyların keçiriləcəyi ilə bağlı indidən söz demək çətindir:

    “Bugünkü statistikaya əsasən, şadlıq evlərinin açılması gündəmdə deyil.

    Amma vəziyyətin dəyişəcəyindən asılı olaraq, mütəxəssislərlə birgə bu barədə qərar veriləcək”.

  • В Азербайджане выявлено 113 новых случаев инфицирования COVID-19, один человек скончался

    В Азербайджане выявлено 113 новых случаев инфицирования коронавирусом (COVID-19).

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 18 мая сказала завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева.

    По ее словам, за прошедшие сутки от коронавируса вылечились 40 человек.

    “Один пациент скончался. Общее число инфицированных в стране достигло 3 387. До сегодняшнего дня от COVID-19 вылечились 2 055 человек. 1 333 пациента продолжают лечение в больницах особого режима. В республике на сегодняшний день проведено 235 910 тестов на выявление COVID-19”, – отметила Я.Гараева.

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 113 yeni yoluxma – RƏSMİ

    “Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

    O qeyd edib ki, koronavirusdan 40 nəfər sağalıb:

    “Bir nəfər koronavirusdan vəfat edib. Virusa ümumi yoluxanların sayı 3387 olub. İndiyə qədər 2055 nəfər koronavirusdan sağalıb. Hazırda aktiv xəstə sayı 1292 nəfərdir. Bu günə qədər 235 910 test aparılıb”.

  • Ailə başçısını itirməyə görə pensiya alanlarla bağlı YENİLİK

    “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, layihə qəbul edilərsə, başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan təqaüdün məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

    Məsələn, başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir. Bu məbləğ ailənin üç nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri ayrıca pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq.

    Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə olunur.

    Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunvericiliklə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya müavinəti) seçmək hüququ verilib.