Month: May 2020

  • Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?

    Təhsil Nazirliyi tərəfindən hansı halda uşağın məktəbə qəbuluna imtina verilə biləcəyi açıqlayıb.

    Qurumdan verilən məlumata görə, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini valideynə (qanuni nümayəndəyə) qaytarır.

    Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

  • Abşeronda “qoçuluq” edən sürücü barəsində araşdırma başladı – RƏSMİ + VİDEO

    Abşeron rayonu Saray qəsəbəsində “qoçuluq” edən sürücü barəsində araşdırma başlayıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib.

    O deyib ki, qurum sosial şəbəkədə yayılan videogörüntülərdən xəbərdardır:

    “Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində sürücü ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

    Xatırladaq ki, hadisə mayın 16-sı Saray qəsəbəsində qeydə alınıb. 90-UN-149 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olub sağa dönən zaman sağ zolaqdakı maşını sıxışdırıb. Bu zaman sürücülər arasında mübahisə yaranıb. Qaydaları pozaraq qəza şəraiti yaradan sürücü digər hərəkət iştirakçısına söyüş söyüb və “səni dərədən aşağı düşürərəm”, – deyərək hədə-qorxu gəlib.

  • Обсуждается ситуация после очередного смягчения карантинного режима – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров 18 мая проводит очередной брифинг для представителей СМИ.

    В пресс-конференции принимают участие глава пресс-службы правительства Ибрагим Мамедов, завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева, глава Исполнительной власти Баку Эльдар Азизов и начальник Управления приморского бульвара Ильгар Мустафаев.

    На брифинге обсуждается ситуация после очередного смягчения объявленного в стране особого карантинного режима.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev iştirak edir.

    Konfransda ölkədə elan edilən xüsusi karantin rejiminin yenidən yumşaldılmasından sonra bir sıra məsələlər müzakirə olunur.

  • Azərbaycanda vəzifəli şəxslər 8,5 milyon manat mənimsədi, cinayət işi açıldı – RƏSMİ

    Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq, ölkə iqtisadiyyatının uğurlu inkişafının, qeyri-neft sektorunun rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılmasının təmin edilməsi üçün dövlət büdcəsindən sahibkarlara güzəştli kreditlər verilir.

    Baş Prokurorluqdan verilən məlumata görə, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə, o cümlədən, əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə Şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə Heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tamamlanıb.

    İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxsin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək, onlara etibar edilmiş 8,5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7,3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb, həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulub, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı

    Sosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun prezidentə videomüraciəti yayılıb.

    Həmin şəxs mayın 14-də Goranboy rayon icra hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən aşağı atıldığını bildirir.

    Goranboy sakini deyir ki, o prezidentin Azərbaycanda ictimai nəzarətin zəif olması barədə çıxışınızdan ruhlanaraq Goranboy rayonunda baş verən qanunsuzluqlarla bağlı faktları ictimailəşdirib. Amma bunun əvəzində rayon İcra Hakimiyyətində döyülüb.

    Arzu Verdiyev hadisəni belə nəql edir: “Dünən başçının qəbul günü idi. Mən də qərara aldım ki, Musayev Eldarla (yerli sakin) başçının qəbuluna gedim. İcra başçısının qəbuluna yaxınlaşdım, orada xeyli adam vardı, təxminən 40-50 nəfər. İcra başçısının birinci müavini Ceyhun Həsənov o boyda əhalinin içərisindən bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Məni orada kobud rəftara məruz qoydu, söyüşlər yağdırdı, nalayiq ifadələrlə danışdı, məni döydü, başımı pəncərəyə, divara vurdu. Sonra götürüb pəncərədən aşağı atdı. Bunun nəticəsi olaraq mənim əlimdə, başımda kəsiklər əmələ gəldi, yerdə məni qan aparırdı. İcra Hakimiyyətinin iki sürücüsü, deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur, mənə bu vəziyyətdə yardım etmək əvəzinə söydülər, təhqir elədilər. Yenidən pəncərədən içəri ataraq hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar…”

    Onunla birlikdə torpaq və örüş yeri məsələsi ilə bağlı şikayətini çatdırmaq üçün qəbula gedən Eldar adlı yaşlı şəxs də videomüraciətdə təsdiq edir ki, icra başçısının müavini C.Həsənov A.Verdiyevin qolundan tutaraq içəri salıb. Onun özünün isə “arxasından təpiklə vurub”.

    Sakinin bildirdiyinə görə, onu İcra Hakimiyyətinin arxa tərəfindən içəri salıblar, zalın yanındakı otaqda, şikayətə gələnlərin yanında Ceyhun Musayev “arxa tərəfindən diziylə vurub”, sinəsindən itələyib. Habelə hədələyib və “səninlə sonra danışacam” deyib.

    Ürək xəstəsi olan Eldar Musayev deyir ki, o, İcra Hakimiyyətindən çıxaraq DİN-in 102 xidmətinə zəng vurub, icra başçısının müavini tərəfindən döyüldüyünü bildirib. Polislər gəlib və onu maşınla evinə çatdırıb. Evdə E.Musayevin vəziyyəti pisləşib və o, xəstəxanaya zəng vurub. Daha sonra onu xəstəxanaya aparıblar və tibbi yardım göstəriblər. Polislər də xəstəxanada şikayətçinin ifadəsini alıb.

    Sonda A.Verdiyev deyir ki, həmin Ceyhun Həsənov Goranboyda oliqarxdır, çoxlu biznes obyektləri var və vəzifəsindən istifadə edib biznesinə “krışalıq” edir. “Xahiş edirəm onun barəsində tədbir görəsiniz”,-sakin prezidentə müraciətini yekunlaşdırır.

  • Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO

    Aylardır, karantin rejimi qaydalarını pozanlara inzibati qaydada cərimələr yazılır.

    Bəziləri iddia edir ki, onsuz da silinəcək, bəziləri isə heç vaxt bu cəriməni ödəməyəcəyini deyir. Amma qanunda fərqli qaydalar müəyyən edilib.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında süjet yayımlanıb.

  • Состоялась встреча президентов Азербайджана и Молдовы в формате видеоконференции – ФОТО/ВИДЕО

    18 мая по инициативе молдавской стороны состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Республики Молдова Игоря Додона в формате видеоконференции.

    Как сообщает АЗЕРТАДЖ, приветствуя главу нашего государства, Президент Молдовы Игорь Додон сказал:

    – Доброе утро.

    Президент Ильхам Алиев: Доброе утро.

    Президент Игорь Додон: Уважаемый господин Президент, уважаемый наш друг. Очень рад иметь возможность общаться с Вами хотя бы в таком режиме. Хочу с самого начала Вас поздравить с прошедшим великим праздником – Днем Победы. Также хочу поблагодарить за ту помощь, которую Вы приняли решение оказать нам в борьбе с пандемией. Буквально несколько дней назад, на прошлой неделе мы приняли помощь, которую Вы направили специальным самолетом. Хочу Вам сказать большое спасибо от имени всего нашего народа за то, что наши друзья, наши братья из Баку решили нам помочь в этой трудной ситуации. Знаю, что у Вас тоже идет борьба с пандемией. Знаем, что Вы успешно с этим справляетесь. Я надеюсь, что об этом и о других пунктах нашего сотрудничества мы сегодня сможем в режиме телеконференции пообщаться.

    Президент Ильхам Алиев: Да. Очень рад Вас видеть, уважаемый господин Президент. Хотел бы также поздравить Вас и в Вашем лице весь народ Молдовы с прошедшим праздником Победы. В наших странах этот праздник всегда являлся очень дорогим. Отрадно, что мы сохраняем память о тех, кто сложил голову за нашу Победу. Те, кто сегодня еще в строю, хотя их остается все меньше и меньше, пользуются большим уважением в наших странах. Конечно же, мы в двустороннем плане всегда ориентировались на активное взаимодействие. Я вспоминаю наши с Вами встречи и в Баку, и на международных площадках. Поэтому естественно, что Азербайджан проявил солидарность с Молдовой в это трудное время. Потому что именно в трудное время нужно и поддерживать друг друга. Когда у всех все хорошо, все друг друга поздравляют и радуются успехам. Но в трудную минуту, конечно, по мере возможности мы должны оказывать друг другу поддержку. Я благодарен Вам за Ваше письмо в связи с этим, и также за то, что сегодня Вы это отметили. Но и, конечно, пандемия повлияла на ход событий во всех странах, в том числе в вопросах международной политики. Но современные технологии позволяют активно работать и общаться даже в таком режиме. Так что уверен, что сегодняшнее обсуждение будет тоже очень полезным и нацеленным на результат.

    В ходе беседы главы государств провели обмен мнениями о мерах по борьбе с пандемией коронавируса, поговорили о предстоящей работе в области устранения ее социально-экономических последствий.

    Выразив удовлетворение развитием двусторонних отношений, Президент Ильхам Алиев и Президент Игорь Додон отметили высокий уровень политических связей.

    Коснувшись вопросов развития сотрудничества между нашими странами в различных сферах по окончании пандемии, главы государств подчеркнули, что есть благоприятные возможности для расширения связей в области торговли, экономики, транспорта, энергетики и других сферах, а также реализации инвестиционных проектов. В этом контексте президенты констатировали, что проведение заседания межправительственной комиссии в постпандемический период внесет вклад в укрепление экономического сотрудничества.

    Главы государств также обсудили перспективы расширения связей между деловыми кругами наших стран и проведения в будущем бизнес-форума. Президент Молдовы еще раз довел до внимания приглашение главе нашего государства посетить его страну с официальным визитом. Президент Ильхам Алиев в свою очередь пригласил Президента Молдовы Игоря Додона посетить Азербайджан с официальным визитом в удобное для него время.

    * * * * *

    18 мая по инициативе молдавской стороны состоялась встреча Президента Азербайджана Ильхама Алиева и Президента Молдовы Игоря Додона в формате видеоконференции.

    Об этом сообщает пресс-служба главы Азербайджанского государства.




  • İlham Əliyevlə İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib – YENİLƏNİB + FOTO/VİDEO

    Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevi salamlayaraq deyib:

    – Sabahınız xeyir.

    Prezident İlham Əliyev: Sabahınız xeyir.

    Prezident İqor Dodon: Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim.

    Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər.

    Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq.

    Prezident İlham Əliyev: Bəli. Sizi görməyimə çox şadam, hörmətli cənab Prezident. Mən də Sizi və Sizin şəxsinizdə bütün Moldova xalqını ötən Qələbə bayramı münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu bayram həmişə çox əziz tutulur.

    Bizim Qələbəmiz uğrunda canlarından keçənlərin xatirəsini əziz tutmağımız fərəhlidir. Hazırda sağ olanlar, – düzdür, onların sayı getdikcə azalır, – ölkələrimizdə böyük hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənmişik. Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram.

    Buna görə də Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm.

    Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək.

    Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışdılar.

    Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.

    Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var.

    Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğulayıblar.

    Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə ediblər. Moldova Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət edib.

    Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.




  • За нарушение карантина наказаны 1 720 участников дорожного движения

    За нарушение особого карантинного режима, введенного в Азербайджане в целях предотвращения распространения коронавирусной инфекции (COVID-19), за прошедшие три дня сотрудниками Главного управления государственной дорожной полиции задержаны 1 720 водителей.

    Они привлечены к ответственности по статье 211 Кодекса об административных проступках.

    Как сообщили в управлении, в целом с 1 апреля за нарушение особого карантинного режима на дорогах республики к административной ответственности привлечены 55 678 водителей.