Month: May 2020

  • Xüsusi karantin rejimində cərimələnən şəxslərin sayı açıqlandı

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 15.05.2020-ci il, saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

    BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.05.2020-ci il, saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1720 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

  • В Азербайджане продаются сигареты армянского производства – ВИДЕО

    В Азербайджане продаются сигареты армянского производства.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил читатель, который прислал в редакцию доказывающие это фотографии и видеокадры.

    “Я зашел в маленький магазин на въезде в Сабирабад и купил там пачку сигарет. Присмотревшись внимательно, я увидел, что они называются Masis и произведены в Армении. Об этом свидетельствует надпись Made in Armenia.

    Не понимаю, каким образом они могли попасть в Азербайджан”, – говорит читатель на видео.


  • Azərbaycanda Ermənistanda istehsal olunmuş siqaret satılır – VİDEO

    Azərbaycanda istehlakçı Ermənistanda istehsal olunmuş siqaret satıldığının şahidi olub.

    Bu barədə redaksiyamıza müvafiq foto və videolar göndərilib.

    Sübutları göndərən yerli sakin iddia edir ki, siqareti Sabirabadda yerləşən marketlərdən birindən alıb:

    “Sabirabadın girişindəki dairəvi yolun yaxınlığında yerləşən kiçik marketə daxil oldum. Siqaret alıb çıxdım. Onun üzərində “Masis” yazılıb. Sonra diqqətlə baxanda üzərində “Made in Armeni” yazısını gördüm.

    Bəlkə də, inanmazlar, amma üç aydan çoxdur, ölkədə karantin rejimi tətbiq olunur. Heç yerə gedə bilmirik. Ermənistan istehsalı olan siqaretlər Azərbaycana necə gətirilib, başa düşə bilmirəm”.


  • Bulvarda bir sıra obyektlər işləməyəcək

    Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək.

    Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Dənizkənarı Milli Park ərazisindəki kafe və restoranlar operativ qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək.

    Vurğulanıb ki, idarə bu məsələləri xüsusi nəzarətdə saxlayacaq.

    Qeyd edilib ki, parkinqlər – maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.

    Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək.

  • Bakıda zəncirvari qəza – FOTO

    Bakıda zəncirvari qəza olub.

    Hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

    İki avtomobil qarşıda dayanan yük maşınına çırpılıb. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Hadisə nəticəsində minik maşınlarına ciddi ziyan dəyib. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
    //oxu.az

  • Baş prokurordan yeni TƏYİNATLAR – FOTO

    Baş Prokurorluq orqanlarında yeni təyinatlar olub.

    Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Baş prokurorun imzaladığı müvafiq əmrlərə əsasən, Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad ediliblər.

    Digər əmrlərə əsasən, Toğrul Muxtarov Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.

    Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi vəzifəsinə, Namiq Məmmədov isə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsinə təyinat alıblar.

    Baş prokurorun növbəti əmri ilə Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyinat alıblar.

  • Завтра в Азербайджане будет до 30 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 19 мая.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, ночью и утром – туман, северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха в Баку и на Абшероне составит ночью 11-14, днем – 21-25, в Баку ночью – 12-14, днем – 22-24 градуса тепла.

    Атмосферное давление составит 766 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В горах и предгорьях Азербайджана завтра прогнозируются грозы, дожди, град, на остальной части территории страны ночью и утром ожидается туман, восточный ветер.

    Температура воздуха составит ночью 12-17, днем – 25-30, в горах ночью – 6-11, днем – 15-20 градусов тепла.

  • Sabah Azərbaycanda temperatur 30 dərəcəyə yüksələcək

    Azərbaycanda mayın 19-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeronda gecə 11-14°, gündüz 21-25°, Bakıda gecə 12-14°, gündüz 22-24° isti olacaq.

    Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz 40-45% olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 19-u və 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacaq.

  • Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq” – FOTO

    Bərdə şəhərində Elçin Əsədov küçəsi, bina 8A-nın yaxınlığındakı ərazidə antisanitar vəziyyət yaranıb.

    Bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

    Binanın sakinləri iddia edirlər ki, yaxınlıqdakı restoranların da tullantıları həmin əraziyə atılır. Zibillikdən yayılan üfunət bina sakinlərini narahat edir.

    Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fuad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib:

    “Sosial şəbəkədə paylaşılan fotoları görmüşük. Məsələ ilə bağlı əraziyə baxış keçirildi və məlum oldu ki, fotolar yeni deyil. Digər tərəfdən, ərazidəki zibilliklə bağlı sakinlər tərəfindən bizə də müraciətlər daxil olur. Müvafiq qaydada ərazidə zibil qutuları da qoyulub. Lakin zibillərin bina sakinləri deyil, gecə saatlarında ərazidən keçən şəxslər və digər küçələrdə yaşayan vətəndaşlar tərəfindən atıldığı deyilir”.

    F.Hacıyev onu da əlavə edib ki, ərazidə yaşayan sakinləri narahat edən problemin həlli istiqamətində tədbirlər görüləcək:

    “Ərazidə günlərlə zibil qala bilməz. Hər gün aidiyyəti üzrə ərazidən zibillər təmizlənir. Bu problemin tamamilə aradan qaldırılması üçün əraziyə bina sakinləri, eləcə də icra hakimiyyətinin nümayəndələri tərəfindən nəzarət ediləcək”.


  • Macəra dolu Bakı qəsəbəsi: Evə getmək ekstrimə çevrilib – VİDEO

    Xəzər rayonu, Binə qəsəbəsində “Bakavtomat yolu” adlanan yaşayış massivinin sakinləri yolsuzluqdan əziyyət çəkir.

    Bura yaşayış massivi demək də çətindir. Yolları keçilməzdir, zirzəmilər isə su, çirkab içində üzür. Yəni bir insanın yaşamaması üçün ideal yerdir.

    Baku TV-nin əməkdaşları ərazidə olub, sakinlərin dərdləri ilə maraqlanıblar.

    Daha ətraflı videosüjetdə: