Month: May 2020

  • Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı – FOTO

    Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

    Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Ölən şəxs – 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

    Xəsarət alanlardan biri – 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

    Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

    Faktla bağlı araşdırma aparılır.



  • ВС Азербайджана проводят широкомасштабные оперативно-тактические учения

    Согласно утвержденному Президентом Азербайджана, Верховным главнокомандующим Вооруженными силами Ильхамом Алиевым плану, 18 мая стартовали широкомасштабные оперативно-тактические учения азербайджанской армии, которые продлятся до 22 мая.

    Об этом сообщает пресс-служба Минобороны.

    В учениях задействованы до 10 000 военнослужащих, около 120 танков и другой бронетехники, до 200 ракетно-артиллерийских установок разного калибра, реактивных систем залпового огня и минометов, до 30 самолетов и вертолетов армейской авиации, а также беспилотники различного назначения.

    Армия отрабатывает вопросы боеготовности, планирования и всестороннего обеспечения операций, взаимодействия органов управления различными видами и родами войск, проверяет огневые и маневренные возможности созданных по условиям учений ударных группировок.

    Кроме того, предусматривается применение войск на выбранных направлениях, нанесение массированных ракетных и артиллерийских ударов.

  • Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən mayın 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

    Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

    Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

    Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

  • Bakıda tikintidə kişi meyiti tapılıb

    Bakıda orta yaşlı kişi meyiti tapılıb.

    APA xəbər verir ki, meyit Nizami rayonu, Keşlə qəsəbəsində tikinti gedən binanın həyətində aşkar edilib.

    Aparılan müayinə zamanı şəxsin yıxılaraq öldüyü məlum olub.

    Hazırda Nizami Rayon Prokurorluğunda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

  • Sumqayıtda yaşayış binasında yanğın olub

    Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    Məlumata görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 33 kvadrat metr olan bir otaqlı mənzildə ev əşyaları 20 kvadrat metr sahədə yanıb.

    Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda bu şəxslərə əlillik statusu müddətsiz veriləcək

    Azərbaycanda bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək.

    Bununla əlaqədar “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişikliklər edilir.

    Bu dəyişikliyə əsasən, irsi qan xəstəliyi olan şəxslərin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanununa uyğun olaraq müəyyən edilir.

    İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Məlumatı modern.az yayıb.

  • Belçikalı həkimlər Baş nazir üçün “utanc dəhlizi” qurdular – VİDEO

    Belçikanın səhiyyə işçiləri ölkənin Baş naziri Sofi Vilmesi özlərinə məxsus şəkildə boykot ediblər. Onlar ölkədə koronavirus səbəbindən yaranmış vəziyyətə görə ittiham etdikləri Baş nazir üçün “utanc dəhlizi” düzəldiblər.

    Bu barədə RTBF kanalı məlumat yayıb.

    Məlumata görə, Brüsselin xəstəxanalarından birinə gələn Vilmes tibb işçiləri ilə COVID-19-la mübarizə məsələlərini müzakirə etmək istəyib. Onu 120-yə yaxın səhiyyə işçisi xəstəxanaya aparan yolun hər iki tərəfində düzülərək qarşılayıb. Lakin Vilmesin korteji xəstəxanaya çatar-çatmaz onlar arxalarını maşınlara tərəf çeviriblər.

    Həkimlərin həmkarlar ittifaqı bildirib ki, onlar bu hərəkəti yerli hökumətin pandemiya ilə mübarizəyə qeyri-ciddi münasibətinə görə ediblər.

    Qeyd edək ki, Belçikada 55 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Bu virusdan ölənlərin sayı isə 9 mini ötüb.

  • DİN: Rəis olmaq istəyənlər 10 dəfə turnikdən dartınmalıdır

    Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

    DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi və əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

    Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

    Müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

    Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər 2020-ci il may ayının 18 – dən iyun ayının 18 – dək DİN-in saytrında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

    Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

    Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

    – şəxsiyyət vəsiqəsi;

    – ali təhsil haqqında diplom;

    – hərbi bilet;

    – əmək kitabçası (olanlar üçün);

    Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

    Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

    “Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilmişdir.

    Əlavə məlumat almaq üçün əlaqə telefonları:

    (012) 590-93-51; (012)-590-94-12;

    (012) 590-93-64; (012) 590-80-66.

    Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

    Qanunvericilik aktları və nəzəri bilik sahələri:

    – Azərbaycan Respublikasının Konstitusiyası.

    – Dövlət və hüquq nəzəriyyəsi.

    – Cinayət hüququ.

    – Cinayət prosesi.

    – İnzibati hüquq.

    – Kriminalistikanın əsasları.

    – Kriminalogiyanın əsasları.

    – BMT-nin “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməsi.

    – “Polis haqqında” qanun.

    – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun.

    – “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanun.

    – “Vətəndaşların müraciətləri haqqında” qanun.

    – “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun.

    “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş aşağıdakı tapşırıqlar və normativlər əsasında yoxlanılır:

    Qaçış: 100 (yüz) metrə – 15 saniyə, 1000 (min) metrə – 4 dəqiqə;

    Turnikdə dartınma:

    – çəkisi 80 kiloqramadək – 10 dəfə,

    – çəkisi 80 kiloqramdan yuxarı – 6 dəfə;

    Qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə;

    Arxası üstə uzanmış halda gövdənin döşəmədən qaldırılıb-endirilməsi –20 dəfə.

  • Минуло 28 лет со дня оккупации Лачина

    Минуло 28 лет с того дня, как Вооруженные силы Армении оккупировали Лачинский район Азербайджана.

    18 мая 1992 года в результате оккупации Лачинского района ВС Армении, Нагорный Карабах “де-факто” был присоединен к Армении.

    В результате оккупации в руки врагов перешел один город, один поселок и 120 сел, 264 человека погибли, 65 были взяты в заложники, 103 лачинца стали инвалидами.

    По району из 24 374 детей в возрасте от 1 до 16 лет 18 стали шехидами, 225 – инвалидами, 31 – потерял обоих родителей. 64 тысяч человек стали вынужденными переселенцами.

    На оккупированной территории осталось 133 крупных и средних предприятия, 20 лечебных учреждений, 217 очагов культуры. Около 40 культурных и исторических памятников, десятки школ находятся в зоне оккупации.

    В результате оккупации несколько культурно-исторических памятников Лачинского района, площадь которого составляет 1 835 квадратных километров, были разграблены вражеской стороной или армянизированы.

    Оккупация Лачина, имеющего важную геостратегическую позицию, нанесла серьезный ущерб экономике Азербайджана.

    Враги привели в непригодное состояние центры легкой промышленности района и отрасли сельского хозяйства.

  • Laçının işğalından 28 il ötür

    Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il keçir.

    1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

    İşğal nəticəsində Laçında bir şəhər, bir qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə bir yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

    Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

    İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.