Month: May 2020

  • Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi – ƏMR

    Salyan Dövlət Yol Polisinə yeni rəis təyinatı olub.
     
    Median.Az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə baş-leytenant Tural Namazov Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.
     
    Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin daxili tədqiqat yoxlaması nəticəsində Salyan DYP-nin rəisi Orxan Qəribov, rəis müavini Əsəd Əsədov, inspektor Raqib Dəmirov, İstintaq bölməsinin rəisi Kərim Xələfov, Əməliyyatçı İntiqam Dəmirov və daha 2 nəfər tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.
     
    Bundan başqa Salyan Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini İlqar Şabanov da tutduğu vəzifədən azad olunaraq Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəis təyin edilib.(apa)

  • Bakıda karantin postları ləğv edildi

    Xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postları ləğv olunub.

    Qərara əsasən, xüsusi polis postları ləğv edilib.

    Median.Az xəbər verir ki, “Report” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidova müraciət edib, lakin E.Zahidov onda bu barədə məlumat olmadığını deyib.

  • Baş prokuror bütün köməkçilərini – VƏZİFƏDƏN AZAD ETDİ

    Baş prokuror Kamran Əliyev bütün köməkçilərini – Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib.

    Median.Az biznes xəbərləri portalı “BakuPost”a istinadən xəbər verir ki, işdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxslərin övladlarıdır.

    Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.

    Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.

    Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə “Embawood” şirkətinin sahiblərindən biridir.

    Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi.

  • Bu gündən Bakıdan rayonlara gediş-gəliş necə olacaq? – DİN-dən AÇIQLAMA

    “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir:

    “Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb.

    Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.

  • Bakı polisi ƏMƏLİYYAT KEÇİRDİ – “Azərpoçt”un vəzifəli xanım ƏMƏKDAŞLARI TUTULDU

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi ilə bağlı saxlanılanlar var.

    Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt şöbəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin şöbənin əməkdaşları – S.Ələkbərova, G.Tağıyeva və T.Vəliyeva müəyyən olunaraq tutulublar.

    Faktla bağlı başlanmış cinayət işi üzrə şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. Belə ki, may ayında poçtda daxili audit yoxlaması zamanı 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı üzə çıxıb. Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.(report)

  • Bu gün Bakıda 400-dən artıq küçə və prospekt dezinfeksiya edilib – FOTO

    Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

    Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlərə RİH-in strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin iki mindən artıq işçisi cəlb olunublar.

    Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

  • Календарь и молитва двадцать третьего дня месяца Рамазан

    Завтра двадцать третий день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 17 мая – в 03:36, а время ифтара – в 20:07.

    Молитва, читаемая после имсака:

    “Аллахуммагх сильни фихи миназ зунуб уа тахирни фихи миналь уйуб Уамтахын кальби фихи битакваль кулюб Йа мукиля асара́тиль музнибин”.

    Перевод:

    “Во имя Аллаха, Всемилостивого и Милосердного. О Аллах! Освободи меня в этом месяце от тяжести грехов, очисти меня от недостатков и испытай мое сердце богобоязненностью сердец. О Прощающий проступки грешников!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Rusiyada hərbçilər arasında COVID-19-a yoluxanların sayı artdı

    Rusiyada hərbçilər arasında koronavirusla bağlı keçirilən testlərin 1 622-si müsbət olub. Hərbi təhsil müəssisələrindəki kursantların isə 1 216-sı COVID-19 infeksiyasına yoluxub.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    Bununla da, Rusiyada koronavirusa yoluxan hərbçilərin sayı 2 838-ə çatıb. Bundan başqa, mülki şəxslər arasında aparılan 390 test müsbət nəticələnib.

    Qeyd olunub ki, müalicə alan 1 637 nəfər sağalıb.

  • 59 yaşlı Xalq artisti: “Hər gün səkkiz kilometr piyada gəzirəm”

    “Sənət insanı gərək özünə fikir versin. Həm geyiminə, həm də oturuşuna-duruşuna. Xüsusi olaraq bu muğam ifa edən xanəndələrə aiddir. Onların geyim tərzləri də fərqlidir”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.

    59 yaşlı sənətçi formada qalmaq üçün az yediyini və çoxlu piyada gəzdiyini bildirib:

    “Mən hər zaman hərəkətdəyəm. Həyət evində yaşayıram. Hər gün səkkiz kilometr piyada gəzirəm. Fəal həyat tərzi sürürəm. Yeməklə aram yoxdur. Qurman deyiləm. Yeməyimə diqqət edirəm. Həyatda hər şeyin qədərini sevirəm.

    Tərəzi bürcündənəm. Hər şeyi 100 dəfə ölçüb, bir dəfə biçirəm. Səhnə insanı hər zaman formada olmalıdır”.//oxu.az

  • Gürcüstanda koronavirusa yoluxanların sayı 683-ə çatıb

    Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 683 nəfərə çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib.

    Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 3822 nəfər karantində saxlanılır, 360 nəfər isə stasionar şəraitdə müalicə olunur. Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 419 nəfəri sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

    Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.