Month: May 2020

  • Kanadada koronavirusa qarşı vaksinin sınağı keçiriləcək

    Kanada Səhiyyə Nazirliyi koronavirusa (COVID-19) qarşı hazırlanan vaksinin ilk sınağının keçirilməsinə icazə verib.

    Median.Az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo bəyan edib.

    Onun sözlərinə görə, testlər Dolhauz Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək:

    “Əgər həyata keçirilən peyvənd sınaqları müvəffəqiyyətlə nəticələnsə, peyvəndi ölkəmizdə istehsal edib əhaliyə paylayacağıq”.

    Qeyd edək ki, Kanadada koronavirus infeksiyasına ilk yoluxma 15 yanvarda qeydə alınıb. Hazırda ölkədə 75 min insanda COVID-19 aşkarlanıb, 5,5 mindən çox xəstə dünyasını dəyişib, müalicə alan 37,2 min pasiyent sağalıb.

  • В Турции число зараженных COVID-19 выросло за сутки на 1 610

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки более чем на 1,6 тысячи, общее число заразившихся превысило 148 тысяч.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлены 1 610 новых случаев, всего заразившихся – 148 067. Мы потеряли сегодня 41 пациента, всего умерших – 4 096. Вылечились сегодня 2 003 пациента, всего 108 137”, – написал Коджа в Twitter.

  • Türkiyədə koronavirusla bağlı son statistik göstəricilər açıqlandı

    Türkiyədə ötən sutka koronavirusdan daha 41 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 096-ya çatıb.

    Bundan başqa, son 24 saatda ölkədə 1 610 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 148 067 nəfərə çatıb.

    Habelə bir gündə koronavirusa yoluxmuş 2 004 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 108 137 nəfərə çatıb.

  • Число жертв COVID-19 в мире превысило 310 тысяч

    Количество случаев заражения коронавирусом нового типа в мире достигло 4 672 159.

    Как передает Median.Az, до сих 310 065 человек стали жертвами COVID-19, количество выздоровевших уже составило 1 780 403 человек.

    Состояние размещенных в больницах 44 984 пациентов считается тяжелым.

    Напомним, что ВОЗ 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией.

  • Dünyada koronavirusdan ölənlərin sayı 310 mini ötdü

    Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 4 672 159 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan 310 065 nəfər dünyasını dəyişib, müalicə alan 1 780 403 nəfər sağalıb.

    Xəstəxanaya yerləşdirilən 44 984 pasiyentin vəziyyəti ağırdır.

    Ən çox yoluxma halları ABŞ (1 489 419), İspaniya (276 505) və Rusiyada (272 043) qeydə alınıb.

    Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 146 457 nəfər yoluxub, 4 055 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 118 392-dir. Son məlumata görə, bu ölkədə 6 937 nəfər pandemiyanın qurbanı olub.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

  • DTX: Xarici ölkə ərazisində gizlənən şəxs saxlanıldı – VİDEO

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytı məlumat yayıb.

    Qeyd olunub ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

    Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.

    2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib.

    2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

    2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib. Hazırda həbs oluan Saleh Adilov barəsində cinayət işi davam etdirilir.

  • Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib – FOTO

    Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib. Körpə mayın 15-i Beynəlxalq Ailə Günündə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində dünyaya gəlib.

    AZƏRTAC xəbər verir ki, doqquz illik övlad həsrətindən sonra dünyaya gələn körpə Culfa rayonunun sakinləri Quliyevlər ailəsindəndir.

    Valideynlər bildirir ki, neçə illərdir Türkiyə və İranda müalicə alıblar, lakin heç bir ümidverici hal baş verməyib.

    Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın verdiyi məlumata görə, doqquz ildir sonsuzluqdan əziyyət çəkən ailə Mərkəzə müraciət edərək hərtərəfli müayinə və laborator analizlərdən keçib, 2019-cu il sentyabrın 15-də Mərkəzi Klinikanın həkim heyəti ilə birlikdə cütlüyə süni mayalanma tətbiq edilib:

    “Hamiləlik baş tutduqdan sonra qadının hamiləlik dövrü mərkəzimiz tərəfindən ciddi şəkildə izlənilib və uğurlu nəticə əldə olunub. Bu süni mayalanma Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin və Mərkəzi Klinikanın həkim-ginekoloqu Mahirə İsmayılovanın iştirakı ilə həyata keçirilib. Doğulan uşağın çəkisi 3 kiloqram 400 qramdır, cinsi oğlandır, bütün instrumental və laborator müayinələrdən keçirilən körpə tam yetkin və sağlamdır”.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi çox zəngin maddi-texniki bazaya malikdir, ən müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Mərkəz dünyanın ən qabaqcıl klinikaları səviyyəsində qurulub. Burada endoskopik və açıq əməliyyatların aparılması üçün şərait mövcuddur. Mərkəzdə ekstrakorporal mayalanma şöbəsi və embrioloji laboratoriya da var.

  • “AG Bank” və “NBC Bank”dakı sığortalı əmanətlərin qaytarılmasına hazırlıq gedir

    Azərbaycan Mərkəzi Bankının lisenziyalarını ləğv etdiyi “AG Bank” və “NBC Bank” ASC-lərdəki sığortalı əmanətlər qanunvericiliyə uyğun müddətdə geri qaytarılacaq.

    “Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun açıqlamasında bildirilir.

    “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

    Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.

    Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

    Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib”-deyə, məlumatda qeyd olunub.

  • Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 23-cü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də imsak vaxtı saat 03:36-da, iftar vaxtı isə 20:07-dədir.

    23-cü günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”.

    Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xilas et! Ey günahkarların xətasına göz yuman Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

    Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

    Allah orucunuzu qəbul etsin!

  • Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT

    Bakı Tikiş Evi (ASC) bəzi internet resurlarında yayılmış məlumatlara münasibət bildirib.

    ASC-dən verilən məlumata görə, Bakı Tikiş Evi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunların geyimlərinin istehsalı ilə ölkənin ən çətin günlərində peşəkar fəaliyyəti ilə dövlətə və dövlətçiliyə daim xidmət edib və xidmət etməyə davam edir:

    “Bakı Tikiş Evi bəzi internet resurlarında yayılmış dəqiqləşdirilməmiş məlumatla bağlı narahatlığını bildirir. Ölkəmizdə karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, müəssisəmiz rəsmi icazə əsasında koronavirusa qarşı müvafiq qorunma tədbirlərini alaraq, azsaylı işçi qüvvəsi ilə fəaliyyətini bərpa edib.

    Fabrik fəaliyyətə başlamazdan əvvəl, Səhiyyə Nazirliyi Sanitariya və Epidemiologiya xidməti tərəfindən dezinfeksiya edilib. Həmçinin profilaktik tədbir olaraq müəssisənin öz təşəbbüsü ilə, əməkdaşlar “COVID-19” testindən keçirilib.

    Yoxlama zamanı şübhəli test nəticələri olan işçilərlə bağlı dərhal bütün tədbirlər görülərək, TƏBİB-ə rəsmi məlumat verilib. TƏBİB tərəfindən müvafiq əməkdaşlarımız, dövlət tərəfindən təyin olunmuş karantin bölgələrindən birinə yerləşdirilib.

    Qeyd etmək istərdik ki, fabrikin fəaliyyəti karantin rejiminin yumşaldılmasından sonra bərpa edildiyindən kütləvi yoluxma halları müəssisə daxilində baş verməyib. İşçilərimizin vəziyyəti stabildir və heç bir ağırlaşma halı yoxdur.

    TƏBİB-dən bizə verilən məlumata əsaslanaraq deyə bilərik ki, önümüzdəki həftənin ilk yarısında yekun müayinələr aparılaraq, onlar uyğun qərar əsasında evə yola salınacaqlar.

    Son olaraq qeyd etmək istərdik ki, bundan əvvəl mövzu ilə bağlı müəssisəmiz haqqında yayılan bütün xəbər və məlumatlar əsassızdır”.