Month: May 2020

  • Abşeronda şəhid oğlu boğularaq öldü – VİDEO

    Abşeron rayonunda 41 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. Faciə Ceyranbatan qəsəbəsində baş verib.

    Baku TV xəbər verir ki, qoyun otaran şəxs ehtiyatsızlıqdan Ceyranbatan su anbarına düşüb və boğularaq ölüb.

    Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Batan şəxsin meyiti Ceyranbatan su anbarından çıxarılıb və müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

    Hadisə yerinə Abşeron Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları da gəlib.

    Məlumata görə, Fariz Təhməzov batmazdan əvvəl yaxınları ilə əlaqə saxlayaraq, heyvanların suya düşdüyünü bildirib.

    Qeyd edək ki, F.Təhməzov Laçın rayonunun Minkənd kəndindən məcburi köçkündür. O, 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olan Hidayət Təhməzovun oğludur.

  • Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi – VİDEO

    Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan dörd vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Ə.Nağıyevlə birlikdə DSX-nin Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.

    Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil dəstə tərəfindən rüşvət alma maddələri ilə ittiham olunur.

  • Orta aylıq əməkhaqqı artıb – MƏBLƏĞ

    Ötən il orta aylıq əməkhaqqı 2018-ci illə müqayisədə, 16,6 faiz artaraq, 634,8 manat təşkil edib.

    Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilib.

    Qiymət indeksi ilə müqayisədə, əhalinin gəlirlərinin və orta aylıq əməkhaqqının müvafiq olaraq 4,8 faiz və 14,0 faiz yüksək olması real alıcılıq qabiliyyətinin artmasına səbəb olub.

  • В Масаллинском районе брат задушил сестру – ФОТО

    В селе Чахырлы Масаллинского района совершено убийство.

    Как передает Qafqazinfo, 15 мая, примерно в 16:00, Рафиг Гезалов (2001 г.р.) веревкой задушил свою спящую сестру Кенуль Мамедрзаеву (2003 г.р.).

    Сообщается, что девушка 9 мая уехала в Баку. 11 мая ее мать заявила в полицию о пропаже дочери, однако Кенуль сама вернулась домой 12 мая.

    Тогда мать забрала заявление из полиции, сообщив правоохранителям, что дочь нашлась. Оказалось, что девушка все это время гостила у своей родственницы в Сумгайыте.

    Отмечается также, что тело Кенуль первым обнаружил ее отец, страдающий психическим расстройством. Сначала родные подумали, что она повесилась, но позже Р.Гезалов признался родителям в убийстве сестры, после чего добровольно сдался полиции.

    Мотивы преступления пока неизвестны.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Azərbaycanda dəhşət: Qardaş bacısını boğaraq öldürdü – FOTO

    Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.

    Qafqazinfo-nun məlumatına görə, hadisə mayın 15-i, saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib.

    2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı, 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rafiq qızını yatdığı yerdə iplə boğaraq öldürüb.

    Məlumata görə, K.Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi barədə polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası “darıxıb, Sumqayıta xalasıgilə gedibmiş” deyərək, rəsmilərə şikayəti olmadığını bildirib.

    Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Əlavə pul ödəmədən “biznes klass”da necə uçmaq olar?

    “Skyscanner” onlayn bilet satışı xidmətinin mütəxəssisləri təyyarələrin “biznes-klass” hissəsinə biletin asanlıqla əldə edilməsi qaydasını açıqlayıblar.

    Bu barədə “Daily Express” xəbər yayıb.

    Şirkətin inkişaf məsələləri üzrə meneceri Layn Yunik bildirib ki, bank işçilərinin və digər biznes səyahətçilərinin tətil günlərində keyfiyyətli yerə bilet almaq şansı yüksəkdir.

    Belə ki, “biznes-klass”da yerlər boş olacaq və onlardan bəziləri “ekonom-klas”da oturan turistlərə təklif ediləcək.

    Eyni zamanda, bu cür bonuslar sərnişin davamlı olaraq eyni aviaşirkətdən bilet aldığı vaxt da mümkündür.

    L.Yunik daimi müştərilərin güzəştlərdən ilk dəyərlənən şəxslər olduğunu bildirib.

    O, bununla yanaşı, aeroporta tez gəlməyi tövsiyə edib:

    “Əgər siz hamıdan əvvəl gəlsəniz, kim bilir, bəlkə də, “biznes-klass”da boş yer tapa biləcəksiniz”.

  • Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı

    Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov vəzifəsindən azad edilib.

    APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

    Hələlik həmin vəzifəyə təyinat olmayıb.

  • Завтра в Азербайджане будет ветрено и дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 17 мая.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, к вечеру – местами дождь, ночью и утром – туман, сильный северо-западный ветер.

    Температура воздуха в Баку и на Абшероне составит ночью 14-18, днем – 18-20, в Баку ночью – 16-18, днем – 18-20 градусов тепла.

    Атмосферное давление повысится с 756 до 768 мм ртутного столба, относительная влажность составит 70-80%.

    В горах и предгорьях Азербайджана завтра прогнозируются грозы, дожди, град, ночью и утром – туман, порывистый западный ветер.

    Температура воздуха составит ночью 14-17, днем – 25-30, в горах ночью – 7-12, днем – 12-16 градусов тепла.

  • Sabahın havası: Yağış, külək, şimşək

    Azərbaycanda mayın 17-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 18-20° isti olacaq.

    Bakıda gecə 16-18°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

    Azərbaycanın rayonlarında yağmursuz hava gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır.

    Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 14-17°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 12-16° isti olacaq.Azərbaycanda mayın 17-də müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 18-20° isti olacaq.

    Bakıda gecə 16-18°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

    Azərbaycanın rayonlarında yağmursuz hava gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır.

    Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 14-17°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 12-16° isti olacaq.

  • Календарь и молитва двадцать второго дня месяца Рамазан

    Завтра двадцать второй день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 16 мая – в 03:37, а время ифтара – в 20:06.

    Молитва, читаемая после имсака:

    “Аллахуммафтах ли фихи абваба фадлик уа анзиль алейа фихи баракятик уа уаффикни фихи лимуджибаты баракятик уа аскинни фихи бухбухати джаннатик йа муджиба да‘ватиль мудтарин”.

    Перевод:

    “О Аллах! Отвори предо мною в этом месяце врата Своей милости и щедрости, ниспошли Свое благословение, окажи мне помощь в совершении того, что вызовет Твое довольство и введи меня в рай. О Внемлющий просьбам несчастных рабов!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!