Month: May 2020

  • Azərbaycanda karantin rejiminin müddəti yenidən uzadıldı – RƏSMİ

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Qərargahdan verilən məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

    Bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

    Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

    ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

    ● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

    ● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

    ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

    Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

    Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir

  • Qazaxıstan dörd azərbaycanlını saxladı – Biri öldü

    Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, 30 aprel 2020-ci ildə Xəzər dənizində qazaxıstanlı sərhədçilər tərəfindən içində dörd Azərbaycan vətəndaşı olan “bayda” tipli kiçik ölçülü qayıq saxlanılıb. Saxlanma gecə saat 3:55-də (Nur-Sultan vaxtı ilə) Rakuşeçnıy burnundan 30 mil aralıqda baş tutub.

    Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilib.

    Saxlanılan qayıq Qazaxıstanın ərazi sularında aşkar olunub. Sərhəd mühafizə katerin ekipajinın beynəlxalq dəniz qanunveriliyi ilə nəzərdə tutulan “dayan” əmrlərinə baxmayaraq, dövlət sərhəd pozucuları buna reaksiya verməyiblər və yüksək sürətlə sərhəd mühafizə kateri önündə təhlükəli manevrlər edərək, toqquşma təhülkəsini yaradıblar.

    Pozucuların təqibi 1 saat 40 dəqiqə çəkib və bu müddət ərzində qayığın məcburi dayanması üçün “Qazaxıstan Respublikasının Dövlət Sərhədi haqqında” qanunun tələblərinə ciddi riayət olunmaqla sərhədçilər tərəfindən silahdan istifadə olunub.

    Beləliklə, odlu silahdan havaya 25 xəbərdarlıq, 87 qayığın getdiyi istiqamət və 185 pozucuların mühərrikinə tuşlanan atəş açılıb.

    Silahdan istifadə edilməsi zamanı üç pozucu yaralanıb. Saxlanma zamanı yaralananlara dərhal ilkin tibbi yardım göstərilib. Görülən tədbirlərə baxmayaraq, sahilə çatdıqda təcili tibbi yardım həkimləri saxlanılanların birinin ölüm faktını qeydə alıblar.

    Hazırda saxlanılanlarla bağlı Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma tədbirləri görülür.

    Bildirilir ki, 2017-ci ildə saxlanılan dörd brakonyerdən üçü eyni qanun pozuntusuna görə Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq altı ay müddətinə azadlıqdan məhrum edilib.

    Qazaxıstan tərəfi həlak olan Azərbaycan vətəndaşının ailəsinə başsağlığını verir. Bu gün səhər saatlarında mərhumun nəşi Azərbaycan tərəfinə təhvil verilib.

    İnsidentlə bağlı tam məlumat Azərbaycan tərəfinə çatdırılıb.

    Qazaxıstan tərəfi Azərbaycan vətəndaşları tərəfindən Qazaxıstan Respublikasının dövlət sərhədinin pozulması faktlarının çoxalması ilə bağlı narahatlığını bildirir. 2017-ci ildən bu günə qədər 41 Azərbaycan vətəndaşı saxlanılıb, onlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozduğuna görə məhkum olunub.

  • “Baksol” adlanan ərazidə ağacların kəsilməsi məsələsinə RƏSMİ MÜNASİBƏT – FOTO

    Bakı şəhərinin “Baksol” adlanan ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Ələsgər Qayıbov küçəsində, “Baksol” adlanan ərazidə Bakı Biskvit Fabrikinə məxsus ərazidə drenaj kanalı çəkilərkən bir neçə sərv ağacının dibinin kök sisteminə zərər vurulduğu və nəticədə ağacların aşdığı məlum olub.

    Araşdırma zamanı təbiətə 3900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Aşan ağaclar isə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğranaraq ərazidən kənarlaşdırılıb.

    Nazirliyin sözçüsü qeyd edib ki, faktla bağlı Bakı Biskvit Fabrikinin məsul şəxsi barəsində akt tərtib olunub:

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluğa göndərilib”.

    İ.İbrahimova yaşıllıqlara belə laqeyd münasibət göstərənlərin məsuliyyətə cəlb olunacağını və barələrində ciddi tədbirlər görüləcəyini bildirib:

    “Lakin cərimə və cəza ilə iş bitmir, bu cür insanlar ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar”.

  • Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi

    Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, təbrik mətnində deyilir:

    “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

    Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

  • Azərbaycanda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlər açıqlandı – SİYAHI

    Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

    1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

    1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

    1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

    1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

    1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

    1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

    1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

    1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

    2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

    3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

  • Koronavirusa qarşı mübarizədə ictimai nəzarət sistemi yaradıldı – RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir.

    Vətəndaşlar qida məshullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı WhatsApp nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər.

    Məlumatlara eyni zamanda qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə olunmalıdır.

    Bununla vətəndaşlar karantin rejimi dövründə müvafiq qurumları zamanında məlumatlandıraraq, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına ictimai dəstək göstərmiş olacaqlar.

    Qayda pozuntuları barədə məlumatlar, məlumat verən şəxsin anonimliyi qorunmaqla, portalda, eləcə də kütləvi informasiya vasitələrində yayımlanaraq ictimai qınaq təmin ediləcək. Eyni zamanda qayda pozuntusu törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

    Koronavirus (COVID-19) infeksiyasının profilaktikası və yayılmasının qarşısının alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif fəaliyyət sahələrini tənzimləyən metodiki göstərişləri ilə www.koronavirusinfo.az saytında tanış olmaq mümkündür.

  • DİN Abşeronda it döyüşdürən şəxslərin şəklini yaydı – FOTO

    Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər paylaşılmışdı.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib.

    Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan altı nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan dördü Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıblar.

    Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb və Mətləb Əliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Odur ki, onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə hər biri bir ay müddətinə inzibati qaydada həbs ediliblər.

    Qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • В Азербайджане продлили сроки открытия границ

    Государственные границы Азербайджана останутся закрытыми до 15 июня текущего года.

    Как сообщили в оперативном штабе при Кабмине, в рамках мер, предпринимаемых против распространения коронавирусной инфекции, многие страны продлили сроки открытия государственных границ.

    Принимая во внимание текущую ситуацию в мире, в Азербайджане также принято решение оставить закрытыми границы до вышеуказанного срока.

    Следует отметить, что исключение составляют грузоперевозки и чартерные рейсы.

  • Azərbaycan sərhədlərinin bağlı qalma vaxtı uzadıldı – RƏSMİ + VİDEO

    Azərbaycan Respublikasının dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

    Operativ Qərargahdan verilən məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

    COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.

  • Müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı

    İyunun 1-dən 5-dək Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu keçiriləcək.

    Yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

    Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

    Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

    1. DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

    2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;