Month: May 2020

  • Bakıda qardaş qardaşı bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Niyaməddin Həsənov kiçik qardaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun boyun və qarın boşluğunda kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. N.Həsənov cərrahi əməliyyat olunub.

    İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş imiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Daha üç rayonda peşə tədrisi mərkəzi açılır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.

    Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

    Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

    Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.

  • Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinə yekun vurulub.

    Turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub.

    Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar.

    Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları – müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

    Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur.

    Yarış playchess.com virtual oyun platforması vasitəsilə keçirilib.

  • Cəbhə xəttində bu gecə də atəşkəs pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

  • A Seriyasının bərpa tarixi dəyişdirildi

    Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.

    Median.Az
    “Football Italia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib.

    O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-dən davam etdiriləcəyini deyib. Nazir tam təhlükəsizliyin təmin edilməsi üçün belə qərar verdiklərini bildirib.

  • Bakıda karantin rejimini pozan kafelər aşkarlandı

    Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

    “Report”un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən “Dəli Kür” kafesinin, Qaçaq Nəbi küçəsindəki “Sakit Məkan” və Ramiz Quliyev küçəsindəki “Çırağan” kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

    Reydlərlə “Dəli Kür”də 5 nəfər, “Sakit Məkan”da 4 nəfər və “Çırağan” kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

    Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

  • ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb

    ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli və Milli Məclisin Sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

    Report verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

    G.Tsereteli parlament sədrini Azərbaycanın Respublika Günü münasibətilə təbrik edib.

    Söhbət zamanı COVID-19 pandemiyası ilə bağlı durum və parlamentlərin fövqəladə vəziyyət rejimində fəaliyyəti müzakirə olunub.

    S.Qafarova öz növbəsində G.Tsereteliyə təşəkkür edib və ATƏT-lə aktiv əməkdaşlığın önəmini bildirib. Tərəflər pandemiyadan sonra əməkdaşlığın daha da fəal olacağına ümid ifadə ediblər.

    Danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in münaqişənin həllinə fəal cəlb olunması məsələsinə də toxunulub.

    G.Tsereteli və S.Qafarova həmçinin Gürcüstan və Azərbaycan arasındakı mehriban qonşuluq və strateji əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar.

  • В результате ДТП на трассе Баку-Сумгайыт образовалась пробка – ВИДЕО

    На автодороге Баку-Сумгайыт произошло дорожно-транспортное происшествие (ДТП).

    Как передает Median.Az, авария зарегистрирована на Хырдаланском круге автодороги Баку-Сумгайыт. Автомобиль марки Hyundai столкнулся с Mercedes.

    В результате аварии обоим транспортным средствам нанесен ущерб. Информации о пострадавших и погибших нет.

    В настоящее время устанавливаются причины ДТП.

    В результате инцидента на дороге образовалась большая пробка.//oxu.az

  • Bakıda avtomobil 31 yaşlı kişini vurdu

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародована последняя статистика по коронавирусу в Азербайджане

    Сегодня в Азербайджане было проведено 4 006 тестов на коронавирус.

    Об этом говорится в сообщении объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB.)

    Всего на территории страны было сделано 284 669 тестов.

    Отметим, что сегодня в Азербайджане выявлен еще 191 случай инфицирования коронавирусом, двое скончались.

    В настоящее время 1 681 больной получают лечение в больницах особого режима. Из них 79 человек размещены в реанимации, 20 подключены к аппаратам искусственной вентиляции легких.