Month: May 2020

  • Государство выставило на продажу квартиры в Говсаны – СКИДКИ И ЦЕНЫ

    Государственное агентство жилищного строительства Азербайджанской Республики объявило об очередном проекте – продаже квартир со скидкой в жилом комплексе в поселке Говсаны.

    Всего на продажу выставлено 249 квартир. Все квартиры предлагаются в полностью отремонтированном состоянии, оснащенные кухонной мебелью, комбинированной системой отопления (включая тепло и электроэнергию), счетчиками воды, газа и электричества.

    Стоимость квартир следующая:

    Цена 1-комнатной квартиры – от 32 130 манатов;

    Цена 2-комнатных квартир – от 42 415 манатов,

    Цены на 3-комнатные квартиры начинаются с 57 120 манатов.

    Примечание: цена включает НДС.

    Если гражданин желает приобрести квартиру с единовременной оплатой, то получит дополнительную скидку в размере 10%.

  • Trampdan sosial şəbəkələrlə bağlı – Qərar

    ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayıb.

    Ağ Ev rəhbəri bildirib ki, artıq sosial şəbəkələr məsuliyyətdən kənarda qalmayacaq.

    “Bu gün söz azadlığını ən böyük təhlükələrin birindən qorumaq üçün buradayıq”, – deyə Ağ Ev rəhbəri bildirib.

    Tramp qeyd edib ki, yeni fərmanla sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırıla, yaxud tam bağlana bilər.

  • В Польше рассказали о раскрытии Турцией секретов «Панцирь-С1»

    Турция в ходе военных действий в Ливии могла раскрыть секреты зенитных ракетно-пушечных комплексов (ЗРПК) «Панцирь-С1» российского производства, которые уничтожались турецкими ударными беспилотными летательными аппаратами Bayraktar TB2, пишет польское издание Defence24.

    По данным издания, конфликт в Ливии мог стать «бесценным источником информации для турецкой стороны, а также для всего западного мира об одном из самых новых и успешных российских зенитных комплексов ближнего радиуса действия».

    В мае украинское консалтинговое агентство Defense Express заявило, что турецкие ударные беспилотники Bayraktar TB2 устроили «настоящий геноцид» «разрекламированным» ЗРПК «Панцирь-С1» российского производства. Тогда же турецкое агентство Anadolu сообщило об уничтожении за четыре дня в Ливии девяти ЗРПК российского производства.

  • Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var – RƏSMİ

    Mayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ – FOTO

    Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.


  • Sabah güclü külək əsəcək, şimşək çaxacaq – PROQNOZ

    Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

    Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

    Mayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.

    Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Xətai RPİ tərəfindən araşdırma aparılır.

  • Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı – VİDEO

    Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

    Bu tədbirlərdən biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini ehtiva edir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən http://e-telebe.edu.az portalı yaradılıb.

    Sözügedən qərarda qeyd edilən əhali qruplarına aid ailələrin üzvləri olan tələbələr adıçəkilən platformada qeydiyyatdan keçməklə təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciət edə bilərlər.

    Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ tərəfindən müvafiq video təlimat hazırlanıb. Video təlimatın hazırlanmasında məqsəd dövlət tərəfindən yaradılmış bu imkandan hüququ çatan hər bir tələbənin faydalanmasına töhfə verməkdir.

    Video təlimatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

  • Pandemiya ilə bağlı ən faciəvi görüntü: Uşaq ölən anasını oyatmağa çalışır – VİDEO

    Sosial şəbəkələrdə uşağın ölmüş anasını oyatmaq istədiyi barədə faciəvi video yayılıb.

    “Mumbai Mirror”un məlumatına görə, kadrlar Hindistanın Bihar əyalətində dəmir yolu stansiyasında çəkilib.

    Qeyd edək ki, pandemiya ilə əlaqədar Hindistan özünün ən çətin dövrlərindən birini yaşayır. İnsanlar ailələrini dolandırmaq üçün öz ev-eşiklərini tərk edib, böyük şəhərlərə köçürlər.

    Dəmir yolu stansiyasında vəfat edən qadının da bu məqsədlə evini tərk etdiyi bildirilir. 23 yaşlı ananın acından öldüyü vurğulanıb.

  • Bakıda karantin rejimini pozan kafelər aşkarlandı – FOTO

    Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

    “Report”un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən “Dəli Kür” kafesinin, Qaçaq Nəbi küçəsindəki “Sakit Məkan” və Ramiz Quliyev küçəsindəki “Çırağan” kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

    Reydlərlə “Dəli Kür”də beş nəfər, “Sakit Məkan”da dörd nəfər və “Çırağan” kafesində isə iki nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

    Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.